Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Duzluluq
Duzluluq — təbii suların tərkibində olan güclü turşularla (Cl, SO4 və b.) əsasların (K, Na, Ca, Mg və b.) birləşməsi nəticəsində yaranan xassədir == Haqqında == Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluq ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. == Duzluluq indikatorları == Duzluluq indikatorları çöküntütoplanma hövzələrinin duzluluq dərəcəsini (şirin su, şorumtul, normal duzlu, çoxduzlu-rapa) tam qətiyyətlə təyin etməyə imkan verən çökmə süxur komponentləridir. Şirin su hövzələri əsas etibarilə fauna (Unio, Paludina, Valvata və b.) qalıqlarına görə müəyyən edilir; bu hövzələrin çöküntülərində çox vaxt vivianitə rast gəlinir; autigen qlaukonit olmur. Şorumtul su çöküntüləri üçün normal dəniz formalarının dəyişilməyə uğramış spesifik - növ tərkibi kasıb, lakin fərdlərin sayına görə zəngin olan ikitayqabıqlı və qastropod faunası səciyyəvidir. Bu çöküntülərdə stenoqalin formalar (mərcan, krinoideya, dəniz kirpisi, ammonit, braxiopoda və b.) rast gəlmir. Krım-Qafqaz vilayətinin pliosen və pleystosen çöküntüləri üçün dreysenziya, didakna, monodaknalar, potamidlər, hidrobilər və s. səciyyəvidir.
Solçuluq
Solçuluq — mövcud olan sosial iyerarxiyanı (təbəqələşməni) məhv etmək istəyən və zənginliyin bərabər bölgüsünü dəstəkləyən siyasi mövqe. Solçuluq termini ilk dəfə olaraq Fransız inqilabı sonrasında yaradılan məclisdəki yerləşmə uyğunluqundan ilham alınaraq yaranmışdır. Zimbabve, Kuba və ya Şimali Koreya kimi ölkələrdəki sol,kommunizm və ya sosializmin fərqli növləriylə uyğunlaşdırıla bilər; bunlar Stalinizm, Maoizm və Afrika sosiyalizmini öz içində yerləşdirə bilər. Fransa, Hindistan və ya Braziliya kimi ölkələrdə sol, demokratik sosiyalist və ya sosial demokrat siyasətləri üçün mübarizə aparırlar. Müasir sosial demokratiya həm sosiyalist həm də kapitalist proqramlara sahibdir və vətəndaşların maddi rifahını müdafiə edir. Sosial demokratlar kapitalizmdə gördüyü əskikləri silmək və ya onları yaxşılaşdıracaq proqramların yaradılmasını, sağlam kapitalizm sisteminin yaradılmasını istəyir. == Tarixi == Sağ və sol adlı siyasi anlayışlar Fransız İnqilabı (1789-1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır.
İfrat solçuluq
İfrat solçuluq (Radikal sol ya da ingilis dilindəki adı ilə far-left) — kommunist və sosialist siyasi partiyaların solunda yerləşən və parlament demokratiyasını rədd edən bütün inqilabçı hərəkatlar. Bunlar köklü struktur islahatların tərəfdarıdırlar. İctimai azadlıqlara görə sosializm; İstehsal və dəyişdirmə vasitələrinin kollektivləşməsinin tərəfdarı olan marksist-leninist-maoist kommunizm, ifrat solçuluğa bir nümunədir. Ümumiyyətlə Parlament sistemini rədd edir və birbaşa fəaliyyəti müdafiə edirlər. Bununla belə, Karl Marks kommunist sisteminə keçidin yalnız proletar inqilabı ilə mümkün olacağını, sonrakı dövrlərdə istehsal vasitələrinə və kütləvi informasiya vasitələrinə dövlət sahibliyi ilə bir egalitar (bərabərlik) cəmiyyətin qurulacağını və dövlətin bir müddət sonra yox olacağını bildirirdi. Digər tərəfdən, anarxistlər dövlətin ən qısa müddətdə məhv edilməsinin və insanların öz həmrəylik sistemlərində yaşamasının tərəfdarıdırlar. İfrat sol qanad siyasətində din və milliyyət arxa plandadır. Hər cür millətçiliyi rədd edir. Çünki bütün insanların bir dam altında həmrəylik içində yaşadığını müdafiə edir. Tam egalitardır.
Çayların sululuğu
Dağlıq ölkələrdə coğrafi mühitin komponentlərinin, o cümlədən iqlimin və hidroloji rejimin formalaşmasında əsas rolu ərazinin dəniz səviyyəsindən hansı yüksəklikdə yerləşməsi oynayır. Yüksəklik dəyişdikcə günəş enerjisinin paylanma xüsusiyyəti, istilik və rütubətin nisbəti dəyişir. Bununla əlaqədar coğrafi şəraitin bütün kompleksi, o cümlədən ərazinin su balansı dəyişikliklərə məruz qalır. Dağlıq ölkənin yüksəklik amplitudası nə qədər çox olarsa onun hidroloji elementlərə təsir edən amillərin müxtəlifliyi də çox olur. == Çay axımının təyin edilməsi == Hidroloji rejimin genezisinin tədqiqat tarixinə nəzər salsaq görə bilərik ki, bu tədqiqatlarda iqlim amilinə əsas yer verilirdi. Ona görə çay axımını təyin etmək üçün orta illik axım və bəzi meteoroloji elementlər (yağıntı, temperatur) arasında əlaqələr qurulurdu. Bu əlaqələrdən vaxtilə kiçik və az öyrənilmiş çayların axımını təyin etmək üçün geniş istifadə edilirdi. Lakin bu fikir keçmiş dövrlərdə geologiyanın, relyefin, torpaq-bitki örtüyünün az öyrənilməsindən irəli gəlmişdir. Hazırda belə qənaətə gəlinmişdir ki, ərazinin su rejimi bir-biri ilə sıx əlaqədə olan təbii amillərin kompleks təsirinin nəticəsidir. Məsələn, iqlim hər hansı bır ərazidən mümkün olan buxarlanmanı müəyyən edir.
Çayların sululuğu və ona təsir edən amillər