Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süsənbər
Baqəvər (lat. Alisma) — baqəvərçiçəklilər sırasının baqəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Bağayarpağıyabənzər süsənbər
Bağayarpağıyabənzər süsənbər (lat. Alisma plantago-aquatica) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü.
Süsənlər
Süsənlər (fr. Les Iris) — məşhur holland rəssamı Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsm əsəri. "Süsənlər" əsəri ölümündən bir il öncə, rəssamın Sen-Remi-de-provans yaxınlığında Mavzoleyli Müqəddəs Pavel klinikasında yaşadığı zaman çəkilmişdir. Van Qoq "Süsənlər"i 1889-cu ilin mayında, ruhi xəstəxanaya gəldikdən sonra, bir həftə ərzində, xəstəxananın bağında naturadan çəkməyə başlamışdır. Rəsm əsərində onun sonrakı işlərində üzə çıxan yüksək gərginlik yoxdur. O, əsəri "xəstəliyim üçün ildırım sipəri" adlandırıb. Çünki hiss edirdi ki, rəsm çəkməyi davam etdirərək xəstəliyindən xilas ola bilər. Tabloda Van Qoqun digər işlərində və həmçinin müasirlərinin də işlərində olduğu kimi Ukiyo-e yapon qravürlərinin təsiri görünür. Bu oxşarlıq, obyektlərin konturlarının ayrılması, qeyri-adi rakurslarda, detallı çəkilmiş ərazilər və reallığa uyğun olmayan tam rənglə dolu sahələrin olması ilə izah olunur. == Rəsmin sahibləri == Rəsmin ilk sahibi tabloya 300 frank vermiş fransalı sənətşünas və anarxist Oktav Mirbo olmuşdur.
Şərq süsənbəri
Şərq süsənbəri (lat. Alisma orientale) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü.
Susəngerd
Süsəngird — İranın Xuzistan ostanının şəhərlərindən biri, Dəşt Azadegan şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43 591 nəfər və 7 636 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Düşənbə
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir. == Tarixi == " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır.Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı.1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.1925-ci ildə Düşənbə qışlağının yerində Düşənbə şəhəri təşkil edildi.16 oktyabr 1929-cu ildə adı dəyişdirilərək Stalinabad adlandırılmış, Stalinin ölümündən sonra 1961-ci ildə şəhərin tarixi adı özünə qaytarılaraq Düşənbə adı bərpa edilmişdir. == Ərazisi == 1 yanvar 2012-ci ilə olan rəsmi məlumata əsasən şəhər 126.6 km² ərazini əhatə edir. === İnzibati-ərazi bölgüsü === 1 yanvar 2012-ci ilə olan məlumatlara əsasən şəhər inzibati cəhətdən 4 rayona bölünür: 1.
Düşənbə hadisələri
Düşənbə hadisələri (rus. Массовые беспорядки в Душанбе) — 1990-cu ilin 12–14 fevral tarixlərində Tacikistan Sovet Sosialist Respublikasının paytaxtı Düşənbə şəhərində yaşayan etnik ermənilər, ruslar və taciklərlərə qarşı tacik millətçilər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində 26 nəfər həlak olmuş, 565 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisələr müxtəlif mənbələrdə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müşahidə olunan hökumət əleyhinə nümayişlər kimi də təqdim olunmuşdur.
Düşənbə şəhəri
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir. == Tarixi == " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır.Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı.1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.1925-ci ildə Düşənbə qışlağının yerində Düşənbə şəhəri təşkil edildi.16 oktyabr 1929-cu ildə adı dəyişdirilərək Stalinabad adlandırılmış, Stalinin ölümündən sonra 1961-ci ildə şəhərin tarixi adı özünə qaytarılaraq Düşənbə adı bərpa edilmişdir. == Ərazisi == 1 yanvar 2012-ci ilə olan rəsmi məlumata əsasən şəhər 126.6 km² ərazini əhatə edir. === İnzibati-ərazi bölgüsü === 1 yanvar 2012-ci ilə olan məlumatlara əsasən şəhər inzibati cəhətdən 4 rayona bölünür: 1.
Susevər böcəklər
Susevər böcəklər-(lat. ) Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ == Həyat tərzi == Bu böcəklərin adları susevər olsa da özləri yaxşı üzə bilmirlər. Hətta çoxları heç üzmür. Işığa çox həvəslə uçurlar. Onlar bataqlıq və durğun suların yaxınlığında yanan işıqlara daha çox gəlirlər. Çünki onlar durğun sularda və bataqlıq yerlərdə yaşayır və artıb çoxalırlar. Sakit yay gcələrində işıq vasitəsilə cücüləri toplayan zaman adamın qulağına hər tərəfdən tappıltı səsləri gəlir. Elə bilirsən ki, göydən daş tökülür. Başını qaldırıb baxanda ətrafında yerə və divara zərbə ilə dəydikdən sonra hələ özünə gəlməyən yaşılımtıl qara rəngli, güzgü kimi parıldaq və çox iri böcəklərin arxası üstə düşüb çapaladığını görürsən. onlar çevrilmək üçün ayaqlarını göydə oynadaraq özünə dayaq nöqtəsi axtarır, saatlarla çapalayır, fırfıra kimi fırlanır və buna nail ola bilmirlər.