Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quvadar
Quvadar (urdu گوادر) — Bəlucistan əyalətinin cənub-qərbində, Ərəb dənizi sahilində şəhər.Quvadar, 1783-cü ildən 1958-ci ilə qədər Omanın müstəmləkəsi idi. Turbatdan təqribən 120 kilometr (75 mil) cənub-qərbdə, İranın Sistan şəhərindən 170 kilometr (110 mil) məsafədədir.
Suvacal
Suvacal — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Suvacal oyk., mür. Qusar rayonunun Xuray i.ə.v.-də kənd. Qusarçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Suvacal hibrid coğrafi addır, oykonim ləzgi dilindəki sıva (dağ) və türk dillərindəki çal (təpə) sözlərindən ibarət olub, "dağın təpəsi" mənasındadır. Coğrafi ad kəndin fiziki-coğrafi mövqeyini əks etdirir. == Əhalisi == Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Kənddə ləzgi kəndlərindən (gəlin) köçüb gəlmiş ləzgilər də yaşayır.
Quvadar rayonu
Quvadar rayonu — Pakistanın Bəlucistan əyalətində rayon.İnzibati mərkəzi Quvadar şəhəridir.Şəhər iki sözdən ibarətdir:Quva və dar.Bəluc dilində isə havanın qapısı deməkdir.Quvadar rayounu 1 iyul 1977-ci ildə rayon statusu aldı.
Kentaro Savada
Kentaro Savada (d. 15 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Saak Sevada
Saak Sevada (doğum və ölüm tarixləri bilinmir) - X əsrin I yarısında Xaçın və Girdiman hakimi. Qriqor Hamamın oğlu, Atrnersehin nəvəsidir. Onun hakimiyyətinə Parisos (Artsakın şimalı), Uti və Girdimanın xristianlarla məskunlamış əraziləri daxil idi. Saak Sevada, qızı ilə evlənmiş erməni hökmdarı II Aşotun köməkliyi ilə Utili Movsesin üsyanını yatırmışdır. Saak Sevadanın digər qızı Şahanduxt isə Sünik knyazı I Smbatla evli olmuşdur. I Smbat Sünikin müstəqilliyini elan etdikdə Saak Sevada onun tərəfində duraraq erməni hökmdarı II Aşota qarşı çıxmışdı. II Aşotla döyüşdə məğlub olan Saak Sevada əsir alınmışdı. Erməni hökmdarı onun və oğlu Qriqorun gözlərini çıxartdırmışdı. Digər oğlu Hovannes Sənəkərim isə Parisos hakimi olmuşdur.
Suada Salimova
Suad Nizami qızı Salimova (19 mart 1993, Bakı) — " Iron Girl " ləqəbli Azərbaycanlı peşəkar döyüşçü. K1 üzrə dünya çempionu, WTKA versiya üzrə dünya çempionu, kikboks üzrə 4 qat Azərbaycan çempionu, Uşu-Sanda üzrə 3 qat respublika çempionu. == Həyatı == Suad Salimova 19 mart 1993-cü il Bakı şəhərində anadan olmuşdur. Bakı Slavyan Universitetinin Regionşünaslıq fakultəsin bitirmişdir. 2017-ci ildən Hollandiyanın Amsterdam şəhərində yaşayır. == Karyerası == 2014-cü ildə K1 üzrə Gürcüstanda keçirilən yarışda çempionu olmuşdur. 2015-ci ildə Sankt-Peterburqda Uşu-Sanda üzrə keçirilən yarışda qalib olmuşdur. 2015-ci ildə K1 üzrə Iranda keçirilən yarışda çempionu olmuşdur. 2015-ci ildə Ispaniyada keçirilən WTKA versiya üzrə yarışda dünya çempionu olmuşdur. 2016-cı ildə Romaniada keçirilən WTKA versiya üzrə keçirilən yarışda gümüş medal qazanmışdır.
Suada Ələkbərova
Suada Ələkbərova (24 fevral 2001, Bakı) — 2012-ci ildə Azərbaycanı Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edən iştirakçı. == Həyatı == Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasının yetirməsidir. Bir neçə ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasında müəllim Nigar Axundova-Kərimovanın rəhbərliyi ilə vokal-oxuma məşğələlərində iştirak edir. Studiyanın direktoru Əminə Musayeva bildirib ki, studiya üzvlərinin bu uğuru təsadüfi deyil: "Çünki onlar bu yarışmaya çox ciddi hazırlaşmışdılar. Mən sevinirəm ki, son mərhələyə vəsiqə qazanan 5 uşaqdan 3-ü bizim studiyanın yetirməsi oldu. Suada isə finalçı kimi Amsterdamda keçiriləcək yarışmada ölkəmizi təmsil etmək hüququ qazandı".
Suzada toy mərasimi
Suzada toy mərasimi — e.ə. 324-cü ildə Əhəmənilər imperiyasının Suza şəhərində Makedoniyalı İsgəndərin təşəbbüsü ilə təşkil olunan ellin əyanlarının yerli zadəgan qızları ilə, həmçinin makedoniyalı əsgərlərin yerli qızlar ilə kütləvi izdivac mərasimi. Cəmi 80 (bəzi məlumatlara görə 90) izdivac bağlandı. Makedoniyalı İsgəndərin özü 2 xanımla ailə qurub - III Daranın qızı Statira ilə və III Artakserksın qızı Parisatida ilə. Qeyd etmək lazımdır ki, bir az öncə İsgəndər Baktriya hökmdarının qızı Roksana ilə izdivac bağlamışdı. Çoxevliliklə İsgəndər özünü fars hökmdarlarına bənzətmək istəyirdi. Ümumilikdə isə, makedoniyalı hökmdar bu mərasimlə iki mədəniyyət arasında möhkəm əlaqə yaratmaq niyyətində idi. Bu mərasimdə tarixi Azərbaycan dövləti Atropatena üçün mühüm bir hadisə baş verib. Atropatena dövlətinin banisi hesab olunan Atropat öz qızını Makedoniyalı İsgəndərin yaxın silahdaşı Perdikkaya ərə verib. Bu nikah diplomatiyası müqabilində Atropat yaxın gələcəkdə öz ölkəsinin müstəqilliyini təmin edib.
Yuvadan quş uçdu (teleserial, 2003)
Yuvadan bir quş uçdu — 2003-cü ildə TRT 1-də yayımlanmış, Samet Polatın rejissorluğu və Kemal Başar ilə İşıl Özgentürkün ssenarisini yazdığı dram serialdır. 13 bölümün ardından finalı olmuş və efirdən qaldırılmışdır.
Akvadaq
Akvadaq — qrafitin suda suspenziyası. Elektron-şüa borusunun iç səthində elektriki keçirən təbəqə yaratmaq üçün işlədilir. == Tarixi == Qrafitin suda suspenziyasını sabitləşdirmək üçün bir üsul olan akvadaq 1906-cı ildə ABŞ kimyaçısı və sənayeçisi Edvard Açeson tərəfindən patentləşdirilmişdir və əvvəlcə sürtkü kimi istifadə edilmək üçün nəzərdə tutulmuşdur. "Akvadaq" sözü "Aqueous Deflocculated Acheson Graphite" ("suda deflokulyasiya edilmiş Açeson qrafiti") ifadəsinin qısaltmasıdır. İxtiraçı daha sonra ixtirasını 23 sənayeləşmiş ölkədə patentləşdirdiyindən və məhsul ixtiraçının rəhbərlik etdiyi "Acheson Industries" tərəfindən eyniadlı ticarət nişanı altında istehsal olunduğundan, ad qısa müddətdə məşhurlaşmış və dünyanın bütün dillərinə daxil olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Аквадаг // Большая Энциклопедия Нефти Газа Аквадаг // Большой энциклопедический политехнический словарь. — 2004. // Большой энциклопедический политехнический словарь. 2004.
Buğadaq
Buğadaq - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı [133, 43]. Buğa (erkək maral) yaşayan dağ mənasındadır. Azərbaycanda Buğadaş (Şuşa rayonu) dağ adı ilə mənaca eynidir. Bax: Böyük Buğutlu.
Şinadağ
Şinadağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Şnatağ, Şenatağ formalarında da qeyd edilir. Toponim qədim türk dilində «tikinti, tikili, qəsəbə, kənd, oba, yurd» mənasında işlənən şen sözünün qədim forması olan şin sözü ilə Azərbaycan dilində «yerin hündür, dik, yamaclı və zirvəli hissəsi» mənasında işlənən dağ sözünün qədim fonetik forması olan tağ sözü əsasında əmələ gəlmişdir. «Kənd, oba, yurd, tikili, yaşayış məntəqəsi» mənasında işlənən şen sözü öz izini Azərbaycan dilində «abad yaşayış yeri, ümumiyyətlə məskun yer, məntəqə», «qəsəbə» mənasında işlənən şenlik sözündə və «adam az olan, əhalisi az olan» mənasında işlənən şenliksiz sözündə saxlamışdır. Bu söz həm də şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) işlənməkdədir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.
Şuşada mədəniyyət
Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılmışdır. == Memarlıq == Şuşa şəhərinin memarlıq siması üçün, şəhərin yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı ilə səsləşən mənzərəlik xarakterikdir. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefə, sonradan məskunlaşmış qərb tərəfi isə amfiteatr xüsusiyyətinə malikdir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qaya daşlarından istifadə edilmişdir.Şuşa şəhərinin XVIII-XIX əsr mülki memarlığında evlərin həllində çoxobrazlılıq diqqət çəkir; Şuşada inkişaf etmiş şəhər və saray tipli yaşayış evlərinin inşası ilə yanaşı, Azərbaycan ərazisində daha qədim dövrlərdə yayılmış qaradam tipli evlərin inkişaf etmiş forması olan Qarabağ daş qaradamlarının da inkiafı dava etdirilirdi. Şuşanın sıravi yaşayış evləri isə öz memarlıq-planlaşdırma xüsusiyyətlərinə görə Azərbaycanın digər rayonlarında həmin dövrlərdə inşa edilmiş yaşayış evləri ilə eyniyyət təşkil edir.Plan həlli baxımından Şuşa evlərinin konfiqurasiyasında üç tip müəyyən edilmişdir: düzbucaqlı, Г-formalı və П-formalı evlər.
Şuşada erməni üsyanının yatırılması
Şuşada erməni üsyanının yatırılması və ya Şuşada ermənilərə qarşı qətliam (erm. Շուշիի ջարդեր – Shushii charder) — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərində 1920-ci ilin mart ayında yerli erməni əhalisinə qarşı törədilmiş poqrom aktı. Hadisələrin baş verməsinin əsas səbəbi kimi Qarabağ ermənilərinin Azərbaycan Xalq Cümhuriyyətinə bağlı ordu birləşmələrinə tabe olmaması və bunun nəticəsində, ərazidəki erməni silahlıların tərki-silah edilməsi göstərilmişdi.Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş Xosrov bəy Sultanovun 1919-cu ilin 15 yanvar tarixində Dağlıq Qarabağa general-qubernator təyin edilməsi bölgədə yaşayan etnik ermənilərin etirazı ilə qarşılanmışdır. Qarabağ erməniləri, Xosrov bəy Sultanovun əsas məqsədini bölgənin Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatmaq olduğunu və bölgənin Azərbaycan əsilli bir şəxs tərəfindən idarə edilməsinin doğru olmadığı iddia etdilər. Xosrov bəy Sultanov Kürdhacıdan olmaqla türk (azərbaycanlı) kökənli idi. 1918-ci ildə Müsavat partiyasından İttihada keçmişdi.1920-ci ilin 22 – 26 mart tarixlərində baş vermiş hadisələr nəticəsində 500, bəzi mənbələrdə isə 30 min nəfər şəxsin öldürüldüyü təxmin edilməkdədir. Bu hadisə Dağlıq Qarabağ probleminə görə Azərbaycan və İlk Ermənistan Respublikası (1918-1920) tərəfləri arasındakı ilk əsaslı döyüş sayılır. Qətliam nəticəsində şəhərdə yaşayan erməni əhalisinin sayı əhəmiyyətli dərəcədə azalmış və bu azlıq SSRİ-nin dağılmasına qədər bu şəkildə davam etmişdir. == Arxa plan == Birinci Dünya müharibəsinin başa çatmasından sonra Cənubi Qafqazda yaranmış Azərbaycan Xalq Cümhuriyyəti və İlk Ermənistan Respublikası (1918-1920) adlı yeni dövlətlər Dağlıq Qarabağ bölgəsində üstünlük əldə etməyə çalışırdı. XX əsrin əvvəllərində, Şuşa şəhəri, Dağlıq Qarabağ bölgəsinin əsas adminstrativ mərkəzi sayılırdı şəhər əhalisi əsasən etnik azərbaycan türklərindən və ermənilərdən ibarət olmuşdur.