Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zuvand
Köhnə Zuvand — Masallı rayonunda kənd. Yeni Zuvand — Masallı rayonunda kənd.
Köhnə Zuvand
Köhnə Zuvand — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 625 nəfərdir.
Yeni Zuvand
Yeni Zuvand (əvvəlki adı: Zuvandlı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati ərazi dairəsi tərkibindəki Zuvandlı kəndi Yeni Zuvand kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Lerik rayonunun indi mövcud olmayan Zuvand kəndindən (keçmişdə Masallı rayonunun adı da Zuvand olmuşdur) çıxmış ailələrin bu ərazidə məs­kunlaşması nəticəsində yaranmışdır. Oyko­nim "Zuvanddan gələnlər, zuvandlılar" mə­nasındadır. 2001-ci ildən kəndin adı Yeni Zuvand kimi rəsmiləşdrilmişdir. == Əhalisi == Əhalisi 888 nəfərdir. == Təhsil == Kənddə 1 tam orta məktəb fəaliyyət göstərir.
Zuvand itburnusu
Zuvand itburnusu (lat. Rosa zuvandica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan koldur; budaqları yuxarı qalxan və ya bir az əyilmişdir. Tikanları yarpaqların bünövrəsində cüt yerləşmiş, düz və ya bir az əyridir. Orta yarpaqların uzunluğu 5-8 sm, yalançı zoğları ensiz, uzunluğu 8-10 mm, hər tərəfdən çılpaqdır, ancaq alt tərəfdə bol vəzicikli, kənarları cüt dişli və vəzicikli-kirpikciklidir. Əsas oxu gövdə vəzicikləri və seyrək tükcüklərlə örtülmüşdür. Xırda yarpaqları 7 ədəd, enli-ellipsvari, ucu qısa, biz, uzunluğu 1,2-1,8 sm, eni 0,7-1,1 sm-dir, yaşlı zoğlarda tünd, yuxarı tərəfi seyrək, alt tərəfi sıx tükcüklü, hər tərəfdən vəziciklidir, kənarları cüt dişli, dişcikləri vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri xırda, çiçək saplağı hipanti kimi seyrək vəziciklidir, uzunluğu 1-1,2 sm-dir.
Zuvand qaraşəngi
Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == İkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır.
Zuvand rayonu
Lerik rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lerik şəhəridir. Lerik rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır. == Tarixi == Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. 1938-ci ilə yanvar ayınadək mərkəzi Qosmalıan kəndi olmaqla Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 km² əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Prezident İlham Əliyevin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir.
Zuvand Dövlət Təbiət Yasaqlığı
Zuvand Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda Lerik və Yardımlı rayonları ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır. Sahəsi 15 000 hektardır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyil. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.
Hurand
Hurand (fars. هوراند‎) — İranın Şərqi Azərbaycan ostanında bir şəhər, Hurand şəhristanının inzibati mərkəzi. Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşir. Əhali sayına görə Şərqi Azərbaycanın 42-ci böyük şəhəri sayılır. 2013-cü ilədək Əhər şəhristanının tərkibində yerləşirdi, habelə həmin şəhristanın Hurand bəxşinin mərkəzi idi. 2013-də şəhər statusunu qazandıqdan sonra, keçmiş Hurand bəxşinin ərazisi ilə Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan mərkəzi olaraq təyin olundu. Hazırda Hurand şəhristanının inzibati mərkəzidir.
Mutand
Mutant, orqanizmin X, Y, Z, Qamma və buna bənzər hiper şüalanmaya məruz qalması nəticəsində hüceyrə nüvəsindəki DNT ardıcıllığının və qıvrımlarının dəyişdirilməsi nəticəsində canlıların fizioloji və bioloji xüsusiyyətlərində göz ilə görünən dəyişikliklərin müşahidə edilməsidir.
Sapand
Sapand -bir ucunda, barmağa keçirmək üçün ilgək olan, ipdən atıcı soyuq silah və ov vasitəsi. Sapand ipinin ortasındakı enliyə daş yerləşdirilərək, ipin bir ucunda olan ilgək barmağa keçirilir, o biri ucunda olan düyün isə, həmin əlin barmaqları ilə sıxılaraq, başın üzərində, üfuqi müstəvidə, ya da, əgər döyüş sıx səfli cərgədə baş verirsə, yandan şaquli müstəvidə fırladılır. Lazımı fırlanma sürəti yığılandan sonra, ipin düyünlü ucu buraxılır. Daş ətalət qanununa tabe olaraq atılır.
Siland
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. == Tarixi == Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Sivard
Sivard (ing. Seward) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Susano
Susano Yaponiya mifologiyasında dəniz və tufan tanrısıdır.O,həmçinin yeraltı dunya olan Yominin də tanrısı hesab edilir. == Mif == Yapon miflərində Susano günəş tanrısı Ametirasunun və Tsukuyominin qardaşıdır.Onların hər üçü İzanaqidən onun Yominin çirkabını təmizlənərkən yaranmışdı.Ametriasu sol gözündən,Tsukuyomi sağ gözündən,Susano isə burnundan yaranışdı. Qədim mənbələrə görə Susano və Ametirasu arasında ədavət vardı.Bu ədavətin nəticəsdində Susano cənnətdən qovularaq qoca cütlüyə rast gəldiyi İzumoya gılib çıxır.Qocalar ona 8 başlı ilan Yamatanın onların 8 qızını yediyini deyirlər.Bundan sonra Susano Yamatanı öldürür. Susano ilanın quyruğundan olan qılınc Kusanaqi-i barışıq üçün Ametirasuya təqdim edir.Əfsanələrə görə Ametriasu Yasakani güzgüsu,Maqatama mücəvhəri ilə birlikdə Kusanaqini də öz sülaləsinə vəsiyyət edir.
Zuvanda
Zuvanda (lat. Zuvanda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Sevan
Sevan (Ermənistan)
Sivan
Sivan (Xoy)
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. == Tarixi == Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Suvon
Suvon - Cənubi Koreyanın şəhəri. Müxtəlif tarixi abidələri ilə seçilən şəhərlərdən biri. Koreya müharibəsi zamanı bu şəhərə xeyli zərər dəymişdir. Samsung Electronics şirkətinin baş ofisi bu şəhərdə yerləşir. Kyung Hee Universitetinin bir kampusu bu şəhərdə yerləşir. Azərbaycan Respublikasının prezidenti, İlham Əliyev bu universitetin fəxri doktorudur.
Ampar (Hurand)
Ampar (fars. امپار‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (17 ailə).
Avalan (Hurand)
Avalan (fars. آوالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (25 ailə).
Alçalı (Hurand)
Alçalı (fars. الچالو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (5 ailə).
Aydınlı (Hurand)
Aydınlı (fars. آیدین‌لو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (40 ailə).
Ağdərə (Hurand)
Ağdərə (fars. آغ‌دره‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (5 ailə).
Baldağı (Hurand)
Baldağı (fars. بال داغي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
Süvari
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Şubanı
Şubanı — Bakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır. == İstinadlar == == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007.
Süğad
Süğad – İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,065 nəfər və 3,001 ailədən ibarət idi.
Şuvaş
Şuvaş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.