Suvaranats
Suvaranats - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda
kənd.
Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı Azərbaycan mənbələrində Suvarı
formasında qeyd edilir.
Toponim birinci dəfə Ptolomey tərəfindən adı çəkilən suvar türk etnonimi (287, s. 127-128)
əsasında əmələ gəlmişdir. Toponimin sonundakı -ants erməni dilində mənsubluq anlayaşını ifadə edir və Azərbaycan dilində mənsubluq bildirən -lı şəkilçisinin vəzifəsini yerinə yetirir. Deməli, Suvarants «suvar tayfasına mənsub olan yer» anlamını verir.
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.