Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • suxərçəngi

    suxərçəngi

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • SUXƏRÇƏNGİ

    мед. нома, водяной рак (гнойное воспаление лица)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • SUXƏRÇƏNGİ

    сущ. мед. водяной рак, нома

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • YENGƏC

    is. zool. Qısaquyruqlu dəniz xərçəngi.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • LUNG CANCER

    n tib. ağ ciyərlərin xərçəngi

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • КРЕВЕТКА

    ж zool. krevet (xırda dəniz xərçəngi).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ОМАР

    м zool. omar (onayaqlı, iri dəniz xərçəngi).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • LOBSTER

    n 1. omar (irioynaqlı dəniz xərçəngi); 2. omar əti

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ЛАНГУСТА

    ЛАНГУСТ м, ЛАНГУСТА ж lanqust (dəniz xərçəngi).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ЛАНГУСТ

    ЛАНГУСТ м, ЛАНГУСТА ж lanqust (dəniz xərçəngi).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • КРАБ

    м krab, yengəc, qısaquyruq (onayaqlı dəniz xərçəngi).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • SHRIMP

    n 1. zool. krevet (xırda dəniz xərçəngi); 2. karlik (çox kiçik boylu adam)

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • PANCREATIC

    ...aid olan; ~ juice mədəaltı vəzinin şirəsi; ~ cancer mədəaltı vəzinin xərçəngi

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • PROSTAT

    сущ. анат. простата (предстательная железа). Prostat xərçəngi мед. рак простаты, prostatın iltihabı воспаление простаты (простатит)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • PERİTON

    ...выстилающая внутреннюю поверхность брюшной полости). Periton xərçəngi рак брюшины II прил. брюшинный. Periton siniri брюшинный нерв

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • CRAWFISH

    crawfish1 n zool. çay və ya göl xərçəngi crawfish2 v 1. amer. d.d. xərçəng kimi geri-geri / daldalı getmək; 2. yayınmaq, geri çəkilmək (bir şeydən)

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • QARACİYƏR

    ...опущение печени, qaraciyər yırtılması разрыв печени, qaraciyər xərçəngi рак печени II прил. печёночный: 1. относящийся к печени. Qaraciyər sarılığı п

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • HÖRÜMÇƏK

    ...buğumayaqlı böcək. Hamının tanıdığı xallı hörümçəyin bədəni çay xərçəngi bədəni kimi başdöş və qarın hissələrinə ayrılır… Hörümçəyin baş-döşü üzərind

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TƏXƏRRÜŞ

    ...dəyişdirir, selik qişasını təxərrüşə gətirib, iltihab, yara və mədə xərçəngi kimi xəstəliklər törədir.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • XƏRÇƏNG

    ...наружных или внутренних органов человека или животного). Qaraciyər xərçəngi рак печени II прил. раковый. Xərçəng şişi раковая опухоль

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • QİDA

    ...пищевод, qida borusunun daralması сужение пищевода, qida borusu xərçəngi рак пищевода, qida ilə (qidadan) zəhərlənmə отравление пищей, qida horrası б

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
OBASTAN VİKİ
Ağciyər xərçəngi
Ağciyər xərçəngi — ağciyər toxumalarındakı hüceyrələrin normadan artıq çoxalması ilə müşayiət olunan bir xəstəlik. Bu nəzarət edilə bilməyən artım hüceyrələrin ətrafdakı toxumaları əhatə etməsi və ya ağciyərdən digər orqanlara yayılması ilə (metastaz) nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ağciyər xərçəngi dünya miqyasında xərçəng xəstəlikləri arasında ən çox ölümə səbəb olan xərçəng növüdür və dünyada hər il təqribən 1,6 milyon insanın ölümünə səbəb olur.Ölümcüllüyü yüksək olan bu xərçəng növündə dünya miqyasında insanların siqaret çəkmə vərdişlərindəki dəyişməyə bağlı olaraq alt tiplərində və qadınlarda müşahidə edilmə nisbətlərində dəyişikliklər olmuşdur. Ağciyər xərçənginin ən böyük səbəbi uzunmüddətli olaraq tütün tüstüsünün ağciyərə dolmasıdır, amma bununla yanaşı ağciyər xərçəngli xəstələrin 15 faizlik bir hissəsi siqaret istifadə etməyənlərdən ibarətdir. Ağciyər xərçəngi bir çox amildən asılı olaraq yaranan xəstəlikdir. Bu amillər arasında genetik amillər, radon qazı, asbest və atmosferin çirklənməsi kimi amillər vardır. Ağciyər xərçənginin simptomları xəstəliyin harada başlandığından, necə yayıldığından və bədənin xəstəliyə reaksiyalarından asılı olaraq dəyişə bilir. Ən çox müşahidə edilən simptomları nəfəs daralması, öskürək (qanlı öskürək - hemoptizis də daxil) və çəki itkisidir. Bu simptomlar sadəcə ağciyər xərçənginə xas olmadığından xərçəng diaqnozu qoyulması gecikə bilər. Ağciyər xərçəngi döş qəfəsi rentgeni və kompüter tomoqrafiyası ilə görülə bilər.
Beyin xərçəngi
Beyin xərçəngi — keçmişdə beyin toxumasının özünün normal komponentləri (neyronlar, glial hüceyrələr, astrositlər, oliqodendrositlər, ependimal hüceyrələr), limfa toxuması, beynin qan damarları, kəllə sinirləri, beyin qişaları, kəllə, beynin qlandalar formasiyalar (hipofiz və epifiz) və ya başqa bir orqanda yerləşən ilkin şişin metastazı nəticəsində yaranır. Şişin növü onu meydana gətirən hüceyrələr tərəfindən müəyyən edilir. Lokalizasiyadan və histoloji variantdan asılı olaraq xəstəliyin simptomları formalaşır. == Təsnifat == Beyin şişləri aşağıdakı meyarlara görə qruplara bölünə bilər : Əsas ocağına görəBirinci dərəcəli şişlər — beyin toxumalarından, onun membranlarından və kranial sinirlərdən inkişaf edən şişlər (glioblastoma, glioma). İkinci dərəcəli şişlər metastatik mənşəli şişlərdir .Hüceyrə tərkibinə görə2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatımütəxəssisləri tərəfindən hazırlanmış mərkəzi sinir sisteminin şişlərinin müasir histoloji təsnifatı 1979, 1993, 2000-ci illərin əvvəlki nəşrlərindən müsbət şəkildə fərqlənir. Hər şeydən əvvəl, bir sıra ən son üsulların, xüsusən də neyromorfologiyada geniş tətbiqi nəticəsində meydana gələn bir sıra neoplazmaların histogenezi və bədxassəli olma dərəcəsinə dair fikirlərin dəyişməsini kifayət qədər tam əks etdirməsi ilə immunohistokimya və molekulyar genetik analiz. Ən çox yayılmış morfoloji alt tiplər aşağıdakılardır: Neyroepitel şişləri (ependimoma, glioma, astrositoma). Onlar birbaşa beyin toxumasından inkişaf edir. Onlar təxminən 60% təşkil edir. Qabıq şişləri (meningioma).
Dəri xərçəngi
Dəri xərçəngi (ing. Skin cancer) — dəri xəstəliklərindən biri. Dəri hüceyrələrinin anormal böyüməsi olan dəri xərçəngi ən çox günəşə məruz qalan dəridə meydana gəlir. Ancaq, xərçəngin bu həddən artıq çox görülən növü normal şəraitdə günəş şüasına məruz qalmayan dəri nahiyələrində də meydana gələ bilməkdədir. Dəri xərçənginin bazal hüceyrəli karsinoma, skuamoz hüceyrəli karsinoma və melanoma olmaq üzrə üç əsas növü mövcuddur. Ultrabənövşəyi şüalara (UV-infra qırmızı) məruz qalmağı məhdudlaşdıraraq və ya məruz qalmaqdan imtina edərək dəri xərçəngi riskini azalda bilərsiniz. Dərinizin şübhəli dəyişikliklər cəhətindən araşdırılması xərçəngin ilkin mərhələlərdə müəyyən edilməsinə kömək edə bilər. Xərçəngin ilkin mərhələdə aşkar edilməsi sizə ən yüksək uğurlu müalicə imkanını verir. == İnkişaf etdiyi nahiyələr == Dəri xərçəngi əvvəlcə saçlı dəri, üz, dodaqlar, qulaqlar, boyun, sinə, qollar və əllər və qadınlarda ayaqlar daxil olmaqla dərinin günəşə məruz qalan sahələrində ortaya çıxır. Ancaq ovuc, əl və ayaq dırnaqlarının altı və genital nahiyə kimi günəş şüasını nadir hallarda görən nahiyələrdə də meydana gələ bilər.
Mədə xərçəngi
Mədə xərçəngi — mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Əvvəl ümumi zəiflik, iştahın azalması, arıqlama, anemiya, psixi depressiya meydana çıxır. Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir. Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər. İlk şikayətlər enterokardia tipli agrılar olur. Proses diafraqma və plevraa keçdikdə təkrarlanır. Daha sonra mədə xərçəngi üçün xarakter olan gecikmiş. == Yaranma səbəbləri == Hal-hazırda mədə xərçənginin yaranma səbəbi tam aydın deyil. Lakin müasir inkişaf nəzəriyyəsi mədənin selikli qişasının Helicobakter Pylori infeksiyalarının mühüm rolu olduğu qənaətindədir. Risk faktorları kimi xroniki qastrit, mədədə cərrahi əməliyyatın aparılması, vitamin B12 çatışmazlığı anemiyası, genetik meyillilik göstərilir.
Prostat xərçəngi
Prostat vəzinin xərçəngi — bədxassəli şiş. Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər: — yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur; — kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri; — piylənmə; — irsiyyət; — zərərli istehsal sahələrində işləmək; — zərərli adətlərin olması (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.) Digər, əksər xərçəng şişləri kimi, prostat vəzinin xərçəngi də xəstəliyin ilkin dövrlərində özünü heç bir əlamətlə büruzə vermir. Müəyyən müddətdən sonra şiş ölçülərinin getdikcə artması səbəbindən sidik kanalının sıxılması baş verir. Bu isə öz növbəsində sidik ifrazının çətinləşməsinə, sidiyin sidik kisəsində ləngiməsinə, sidikdə qan qarışığının olmasına səbəb olur. Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi əlamət də yarana bilir. Bu zaman gün ərzində olan sidik ifrazı 15–20 dəfəyə çatır (normada gün ərzində 4–5 dəfə və gecə 1 dəfə), onlar güclü sidiyə çağırış hissiyyatı və ağrı ilə müşayiət olunurlar. Şiş toxum kisəciklərinə sirayət etmiş (yayılmış) olarsa, potensiya qabiliyyətində müəyyən problemlər də baş verə bilər. Şiş daha böyük ölçülərə çatmış olduqda, xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər.
Qaraciyər xərçəngi
Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir . Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur. == Simptomlar == HCC-nin simptomlarına qısa müddət ərzində çəki itirilməsi, Sarılıq, assit, iştahasızlıq aiddir. == Risk faktorları == HCC-in əsas risk faktoru Qaraciyər serozu hesab edilir. Belə ki, HCC-li xəstələrin 80-90%-də qaraciyər serozu müşahidə edilir. Buna əlavə olaraq, Hepatit B, Hepatit C, uzunmüddətli alkoqol qəbulu istər qaraciyər serozu, istərsə də HCC üçün önəmli risk faktorlarıdır. == Diaqnostika == Qaraciyər şişlərinin ilkin diaqnostikasında qarın boşluğunun ultrasəs müayinəsi (USM) önəmli rol oynayır. Ancaq USM zamanı müəyyən edilən şişlər daha dəqiq diferensiyal diaqnoz üçün Kompüter tomoqrafiyası, Maqnit rezonans tomoqrafiya daha yaxından müayinə edilməlidirlər.
Çay xərçəngi
Çay xərçəngi (lat. Astacus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Baş-döş uzunsov-yumurtavari formalıdır. Rostrum nisbətən uzun olub, ucu itidir. Baş-döş zirehində qövsvari şırım aydın görünür, onun qabarıq hissəsi arxaya yönəlmişdir. Həmin şırımdan arxaya 2 dərin olmayan qəlsəmə-ürək şırımları ayrılır. Dişi fərdlərdə ilk 3 cüt ətraflar qısqaclıdır. Birinci cüt ətrafların qısqacı daha iri və kütləlidir. == Yayılması == Cinsin nümayəndələri bütün dünyada şor və sirin sularda geniş yayılmışdır. Su anbarlarında, çaylarda, göllərdə və nohurlarda yaşaya bilirlər.
Enlibarmaq çay xərçəngi
Enlibarmaq çay xərçəngi (lat. Astacus astacus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü. Enlibarmaq çay xərçənginin bədəni iki hissədən ibarətdir. Onlar baş-döş və qarıncıq adlanır. Çay xərçənginin tənəffüs orqanları yerimə ayaqlarının dibindəki qəlsəmələrdir. Çünki onların baş döş hissəsi secilmədiyi üçün baş-döş və qarıncıqdan ibarətdir. Ayrıcinslidirlər. Ürək beşbucaqlıdır, baş-döş hissənin bel tərəfində yerləşir. Açıq qan-damar sistemi vardır. Bütün Avropa qitəsində şirin sularda yayılmışdır.
Mədəaltı vəzi xərçəngi
Mədəaltı vəzi xərçəngi və ya pankreatik duktal adenokarsinoma (PDAC) - Pankreas axacağının epitelindən başlanğıc götürən Bəd-xassəli şişdir. Hər il dünyada bu xərçəng səbəbindən 200 mindən artıq insan dünyasını dəyişir. PDAC Amerika və Avropa ölkələrində əsasən 60 yaşdan yuxarı insanlarda müşahidə edilir . Bundan əlavə bu xərçəng növünün risk faktorlarına xroniki pankreatit, siqaretçəkmə də aiddir. Xəstəliyin əsas simptomlarına isə Sarılıqı, qarın və ya bel ağrılarını, istəmədən çəki itirilməsini, iştahasızlığı misal göstərmək olar. PDAC-ın müalicəsində cərrahiyyə, kimyaterapiya və şüa terapiyasından istifadə edilir. Qeyd etmək lazımdır, hansı müalicə metodunun tədbiqinə xərçəngin ölçüsündən, digər orqanlara sirayət etməsindən və ya metastaz verməsindən asılı olaraq qərar verilir. == Simptomlar == Mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əksər hallarda simptomsuz olur. Buna görə də, xəstələr həkim müraciət etdiyi hallarda artıq xəstəlik irəliləmiş mərhələdə olur. Belə PDAC-lı xəstələrin sadəcə 15-20%-i ilkin diaqnoz zamanı əməliyyat edilə bilirlər.
Mədəaltı vəzin xərçəngi
Mədəaltı vəzi xərçəngi və ya pankreatik duktal adenokarsinoma (PDAC) - Pankreas axacağının epitelindən başlanğıc götürən Bəd-xassəli şişdir. Hər il dünyada bu xərçəng səbəbindən 200 mindən artıq insan dünyasını dəyişir. PDAC Amerika və Avropa ölkələrində əsasən 60 yaşdan yuxarı insanlarda müşahidə edilir . Bundan əlavə bu xərçəng növünün risk faktorlarına xroniki pankreatit, siqaretçəkmə də aiddir. Xəstəliyin əsas simptomlarına isə Sarılıqı, qarın və ya bel ağrılarını, istəmədən çəki itirilməsini, iştahasızlığı misal göstərmək olar. PDAC-ın müalicəsində cərrahiyyə, kimyaterapiya və şüa terapiyasından istifadə edilir. Qeyd etmək lazımdır, hansı müalicə metodunun tədbiqinə xərçəngin ölçüsündən, digər orqanlara sirayət etməsindən və ya metastaz verməsindən asılı olaraq qərar verilir. == Simptomlar == Mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əksər hallarda simptomsuz olur. Buna görə də, xəstələr həkim müraciət etdiyi hallarda artıq xəstəlik irəliləmiş mərhələdə olur. Belə PDAC-lı xəstələrin sadəcə 15-20%-i ilkin diaqnoz zamanı əməliyyat edilə bilirlər.
Pilzov çay xərçəngi
Pilzov çay xərçəngi (lat. Astacus pachypus) — Pulcuqluqanadlılar dəstəsinin növüdür. Məhdud areallı endemik növdür. Arealı Respublikamızın daxilindədir. Respublikamızın şirin sularında cinsin 2 növü yayılmışdır. == Qısa təsviri == Orta ölçülü çay xərçəngidir. Karapaks yumurtavari olub, gözlərin arxasında və rostrumun əsasında tikancıqvari çıxıntılara malikdir. Baş – döş və qarıncıq yığcam, axımlı və silindrik formadadır. İri qısqacları var. Qısqacın hərəkətsiz tayının daxili səthində girinti-çıxıntı yoxdur, onun xarici səthi isə hamardır.
Süd vəzi xərçəngi
Süd vəzi xərçəngi — insanın süd vəzisinin toxumalarında meydana gələn xərçəng xəstəliyi növü. Başlıca qadınlarda meydana gəlir; xəstələrin yalnız 1%-i kişilərdir. Qərb ölkələrində süd vəzisi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Əksərən xəstələnmələr sporadik meydana çıxır, amma anadangəlmə və qazanılma risk faktorları da mövcuddur. Sağalmayla yanaşı süd vəzisinin saxlanması və hər şeydən əvvəl həyat keyfiyyəti tibbi müalicənin əsas hədəfidir. Müalicə bir qayda olaraq cərrahi əməliyyat, kimyəvi terapiya, hormonal terapiya və şüa terapiyasının xastəliyin stadiyasına uyğun kombinasiyasından ibarətdir. Ayrıca xərçəng immunterapiyası sahəsindən yeni yanaşmalar monoklonal anticisimlərlə də (Trastuzumab və ya Pertuzumab tətbiqi kimi) mümkündür. Tibbi metodlar böyük ölçüdə araşdırmalardakı təcrübələrə əsaslanır. Erkən diaqnozun qoyulması və strukturlaşdırılmış müalicə üçün saysız milli və beynəlxalq proqramlar gələcəkdə ölüm hallarının azalması məqsədini daşıyır. == Epidemiologiya == === Qadınlarda süd vəzi xərçəngi === ÜST aprel 2021-də Dünya Xərçəng Günündə 2020-ci ildə dünya miqyasında 19,3 milyon insanın xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirdi.
Uzunbarmaq çay xərçəngi
Uzunbarmaq çay xərçəngi (lat. Astacus leptodactylus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü. == Təsviri == Çay xərçənginin silindrvari baş-döşü 5 baş və 8 döş buğumundan ibarətdir. Ön antenalar 2 qamçılı və bığyanı pulcuqludur. Başın ön hissəsində 2 buğumdan ibarət saplaqlı, fasetli gözlər yerləşir. Rostrum iti ucluqla qurtarır. Döşün 8 heteronom buğumu başla hərəkətsiz birləşib ümumi xitin zirehlə (karapaks) örtülüb baş-döşü əmələ gətirmişdir. Qarın yaxşı inkişaf etmişdir və baş-döşün altına bükülmür. Zireh hamar və ya qırışıqlı, qabarıqlı ola bilər. Çay xərçəngində oynaqlı ətrafların ümumi sayı 19 cütə çatır.
Uşaqlıq ağzı xərçəngi
Uşaqlıq ağzı xərçəngi, serviks xərçəngi, servikal xərçəng bütün dünyadakı qadın xərçəngləri arasında döş və bağırsaq xərçəngindən sonra 3. sıxlıqda görülən xərçəng tipidir. Serviks Xərçəngi qadın artıma orqanlarından biri olan rəhmin (uterus) ağız qismi olan rəhm ağızının (serviks) normal xarici inkişaf nəticəsində yaranan pis xasiyyətli şişinə verilən addır. Ancaq darama testlərini məşhur olaraq istifadə edərək serviks xərçənginin görülmə sıxlığını və bu xərçəngə bağlı ölüm nisbətlərini azaltmaq mümkündür.Uşaqlıq ağzının səthini yaradan hüceyrə təbəqəsinin anormal hüceyrələrə çevrilməsiylə " xərçəng öncülləri" adlanan hüceyrələr meydana gəlir. Xərçəng öncülləri; prekanseröz strukturlardır və erkən müəyyən olunub müalicə edilmədiklərində uşaqlıq ağzı xərçənginə çevrilə bilərlər. Bu dəyişikliklərdən məsul olan əsas faktor, "HPV" olaraq bilinən İnsan papilloma virusudur. Uşaqlıq ağzı xərçəngi ümumiyyətlə orta və orta yaş üstü qadınlarda görülsə də, hər hansı bir yaşda da ortaya çıxa bilər. Uşaqlıq ağzı xərçəngindən qorunmaq üçün İlk cinsi əlaqədən 3 il sonra ginekoloji yoxlanışlar sırasında PAP smear testi edilməsi tövsiyə edilir. 30 yaş üzərində 3 ardıcıl normal PAP test nəticəsindən sonra PAP smear testi 2 −3 ildən bir edilə bilər.Serviks xərçəngi Dünya üzərində ortalama hər 2 dəqiqədə bir qadının ölümünə səbəb olan və müxtəlif ölkələrdə aparılan işlərdə qadınlarda döş xərçəngindən sonra ən sıx görülən ikinci xərçəngdir.. == Risk Faktorları == HPV infeksiyası (Serviks xərçəngi hadisələrin% 95’ini HPV DNT müsbət tapılmışdır) HPV virusu rəhm ağızına seksual yolla yoluxma mümkündür.