Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Swallow the Sun
Swallow the Sun — Death/doom metal qrupu, 2000-ci ildə Finlandiyada Juha Raivio və Pasi Pasanen tərəfindən yaradılmışdır. "Plutonium Orange" qrupunda əvvələr birlikdə çıxış etmişlər, daha sonra Swallow the Sun proyektini yaratmışlar. Dahan sonra qrupa Markus Jämsen gitara, Mikko Kotamäki vokal , Aleksi Munter sintezatora və Matti Honkonen bas gitara üçün qrupa daxil oldular. Bununla belə qrup formalaşmağa başladı. Daha sonra qrup 2003-cü ildə "Out of This Gloomy Light" adlı ilk debüt demo albomunu çıxartdılar. Bu demodan sonra qrup Finlandiyalı Firebox Records albom şirkəti ilə müqavilə imzalayaraq, 2003-cü ildə ilk debüt studio "The Morning Never Came" adlı albomlarını çıxartdılar. 2005-ci ilin fevralında Swallow the Sun, "Ghosts of Loss" adlı özünün ikinci studio albomunu buraxdı. Bu albomdan əlavə həmin ildə "Forgive Her..." adlı sinqlda buraxıldı. Bu sinql Finlandiyada "20 singles chart Top Finnish" siyahısın da 6 həftə boyunca 4-ci yerdə olmuşdur. 2006-ci ildə Spinefarm Records albom şirkəti müqavilə imzalandı.
Wallows
Wallows — Dilan Minnett, Breydan Lemasters və Koul Preston tərəfindən Los-Ancelesdə qurulmuş alternativ rok qrupu. Qrup 2017-ci ildən etibarən müstəqil olaraq mahnılar buraxmağa başladı, onların "Pleaser" mahnısı Spotify Qlobal Viral 50 hit-paradında ikinci yerdə qərarlaşdı. 2018-ci ildə Wallows Atlantic Records ilə müqavilə imzaladı və ilk mini albomları olan Spring EP-i buraxdı. Qrup 2019-cu ildə debüt studiya albomu olan Nothing Happens-i, ardınca Remote adlı mini albom buraxdılar. Onlar 2022-ci ildə ikinci albomları olan Tell Me That It's Over-i buraxdılar.