WORD

word1

n 1. söz, kəlam; What’s the French word for "dog"? "İt" sözünə fransızca nə deyirlər? ~ for ~ sözbəsöz, hərfi; a man of few ~s az danışan adam, yığcam / müxtəsər danışan adam; a man of many ~s çoxdanışan adam, çərənçi; in a in one ~ bir sözlə, qısası, müxtəsəri; to put in (to say) a ~ for smb. bir kəs üçün ağız açmaq; bir kəs haqqında bir-iki kəlmə söz demək; to take smb. at his ~ bir kəsi sözünün üstündə tutmaq; the final / the last ~ son söz; 2. (adət. pl) nitq, danışıq; söz; Can I have a word with you? Səninlə / Sizinlə bir-iki kəlmə kəsə bilərəmmi? to have ~s with smb. bir kəslə sözü olmaq / bərk dalaşmaq; to put one’s thoughts into ~s fikrini sözlə ifadə etmək; Words fail me Söz tapa bilmirəm; bold in ~ only təkcə söz pəhləvanıdır; to take the ~s out of smb.’s mouth bir kəsin ağzından söz almaq / qapmaq; bir kəsin danışığını qabaqlamaq; warm / hot ~s söyüş, bərk savaş; fair ~s kompliment, xoş söz; 3. qeyd, fikir, mülahizə, rəy, məsləhət; 4. vəd, söz; to give one’s ~ vəd etmək, söz vermək; a man of his ~ sözünün ağası; 5. əmr, göstəriş; ~ of command hərb. farağat əmri; to give / to send ~ sərəncam / əmr vermək; to say the ~ komanda vermək; His word is law Onun sərəncamı qanundur; 6. parol (məxfi söz); to give the ~ parolu demək; 7. şüar, çağırış;

◊ beyond ~s təsvirə gəlməz; to swallow / to eat one’s ~s sözlərini geri götürmək, tüpürdüyünü yalamaq; üzr istəmək; the last ~ in / on smth. ≅ 1) son moda; 2) son söz (müəyyən bir sahədə); The last word hasn’t yet been said on this subject Bu məsələ barədə hələ son söz deyilməyib; in so many ~s tamamilə aydın, qəti / aşkar surətdə; Hard words break no bones at. söz. ≅ Milçək bir şey deyil, könül bulandırır; He hasn’t a word to throw at a dog 1) Onun ağzından kəlbətinlə bir kəlmə də söz çəkmək olmaz; 2) O, danışmaq belə istəmir; A word spoken is past recalling at. söz. ≅ Söz quş kimidir, ağzından çıxdı geri qayıtmaz; a ~ to the wise ≅ arifə bir işarə; Upon my word! Vicdanım haqqı!

word2

v sözlərlə ifadə etmək, münasib sözlər seçmək; She worded the explanation well O, izahı gözəl verdi

WOOLLY
WORD-BUILDING
OBASTAN VİKİ
Microsoft Word
Microsoft Word – mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. == Üstünlükləri == Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir (Notepad, WordPad və s.) == Proqramın çağırılması == Kompyuteri işə saldıqdan sonra Windows əməliyyat sistemi yüklənir. Windows yüklənəndən sonra Word proqramını işə salmaq üçün "Start" düyməsi basılır və "Programs" menyusundan Microsoft Word seçilir. Mətn redaktorlarının görünüşləri təxminən eynidir. Yəni bu proqramların əsas hissələri mətn daxil edilən ərazi və menyulardır. Menyulardan əlavə alətlər paneli və xətkeş də mövcuddur. Alətlər panelindəki düymələr əsasən menyularda olan əməliyyatları daha rahat işə salmaq üçün istifadə olunur. == Alətlər paneli == MS Word proqramının düymələri yerinə yetirdikləri əməliyyatlara görə qruplara bölünüb panellərə düzülüblər.
Do I Have to Say the Words?
"Do I Have to Say the Words?" Brayan Adams tərəfindən ifa olunan, Adams, Robert Lunc ve Cim Uolens tərəfindən qələmə alınmış və bəstələnmiş soft-rok stilində bir mahnıdır. Mahnı Adamsın Waking Up the Neighbours (1991) adlı albomunda mövcüddür. Video klipi Adams Türkiyəyə konsert vermək üçün gələnda hələ orada İstanbulda çekmişdir. Mahnı olduqca uğurlu oldu. Billboard ümümi çartlarında nömrə 11, rok çartında isə nömrə 3 hiti olarkən, Adamsın vətəni Kanadada nömrə 4-ə qədər qalxdı. Mahnı Kanadada SOCAR mükafatı qazanmışdır. Billboard jurnalının məlumatına görə mahnı ilin ən çox qulaq asılmış 100 mahnısından biri olub (70-ci yer). == Video klip == Waking Up the Neighbours albomunun təqdimatı üçün dünyayı gəzməyə başlayan Brayan Adamsın ziyarət etdiyi ilk ölkələrdən biri Türkiyə oldu. Ölkə tarixindəki ilk stadyon konsertini verən müğənni bu mahnısına klipi də burada çekdi. Klipdə Brayan taksiyə minir.
The Garden of Words
Söz bağçası və ya Yaponiyada tanınan adı ilə Kotonoha no Niwa (言の葉の庭) — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır. Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir.
WordPress
WordPress (WP və ya WordPress.org) pulsuz və açıq mənbəli məzmun idarəetmə sistemidir (CMS-Content Management System / Məzmun İdarəetmə Sistemi). Hipermətn preprosessor dilində yazılmışdır və dəstəklənən HTTPS ilə MySQL və ya MariaDB verilənlər bazası ilə qoşalaşmışdır. Tətbiq sahəsi bloqlardan kifayət qədər mürəkkəb xəbər resurslarına qədərdir. Daxili "mövzular" və "pluginlər" sistemi uğurlu arxitektura ilə birlikdə geniş funksional mürəkkəb layihələrini tərtib etməyə imkan verir. Kökləri və inkişafı 2001ə qədər uzanır.İstifadədə olan ən populyar məzmun idarəetmə sistemlərindən biri olan WordPress 2021-ci ilin oktyabrına olan ən yaxşı 10 milyon vebsaytın 42,8%-i tərəfindən istifadə edilir. == Özəllikləri == WordPress güclü bir fərdi yayım platformasıdır və internetdə bir nümayişçi olaraq istifadəçinin təcrübəsini mümkün olduğu qədər cazibədar hala gətirmək üçün nəzərdə tutulmuş xüsusiyyətlər ilə işləyir. Azadca paylaşma, standart, sürətli, yüngül və fərdi rejimdə və tamamilə istənilən xüsusiyyətlərə görə dəyişdirilə bilən bir yayım platforması təqdim edir. Bunun yanında hər istifadəçi öz ehtiyacları istiqamətində mövzular çıxarıb istifadə edə bilməkdədir. Bu sahədə WordPress, rəqiblərinə görə olduqca müvəffəqiyyətli və zəngindir. WordPressin ən böyük xüsusiyyətlərindən biri də, çox yaxşı və geniş əhatəli dokümentasyona və olduqca sıxlıq və şəxslərin hər cür problem və suallarına cavab tapa biləcəyi forumlarının tapılmasıdır.
Wordle
Wordle, əvvəllər Reddit üçün Place və The Button sosial təcrübələrini yaradan proqramçı Coş Uordl tərəfindən hazırlanmış veb əsaslı söz oyunudur. Beş hərfli sözü oyunçular altı cəhddə təxmin etməyə çalışırlar; Hər bir təxminə rəngli qutular şəklində rəy verilir və oyunçulara cavab sözündə hansı hərflərin düzgün və hansının digər mövqelərdə olduğu bildirilir. Bu cür oyun mexanikası Mastermind kimi oyunlara bənzəyir, lakin Wordle hər bir təxmində hansı hərflərin düzgün olduğunu dəqiq müəyyənləşdirir. Hər gün və hər kəs üçün eyni olan xüsusi bir cavab sözü var. Uordl oyunu əvvəlcə yalnız özü və sevgilisi üçün hazırlamışdı. Oyun, 2021-ci ilin oktyabrında ictimaiyyətə təqdim edilmişdir. Uordl oyuna gündəlik nəticələri Twitter -də geniş şəkildə paylaşılan emoji kvadratları kimi kopyalamaq imkanı əlavə etdikdən sonra oyun 2021-ci ilin dekabrında kütləvi populyarlıq qazandı. Oyunun ingilis dilindən başqa dillərdə çoxlu nüsxələri, uyğunlaşdırmaları və versiyaları da yaradılmışdır. Oyun 2022-ci ilin yanvarında açıqlanmayan yeddi rəqəmli məbləğə The New York Times şirkəti tərəfindən alınıb və əvvəlcə bütün oyunçular üçün pulsuz saxlanması planlaşdırılıb. == Oyun gedişatı == Hər gün oyunçuların altı cəhddə təxmin edəcəyi beş hərfdən ibarət bir söz seçilir.
кинематографи́ческий ко́сонька кури́ные ма́ршевый на чёрта неискорени́мый полечи́ть февра́ль фиста́шковый я́рмарка авиадеса́нт голоце́н подбрести́ разру́б слоно́вий тата́рин aspherical blastogenesis death knell hash Mountie oratorically stooling лазейка метеосводка