Berberis hookeri
Hoker zirinci (lat. Berberis hookeri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Himalay dağlarında, Sikkimdə, Butanda yayılmışdır.
== Botaniki təsviri ==
Möhkəm budaqlı, çoxsaylı zoğları, enli, şaxələnmiş çətiri olan, iynəli, həmişəyaşıl koldur. Yaşlı bitkilərdə yan zoğları aşağıya sallanır. Hündürlüyü 1-1,5 m-dir. Qabığı sarı və ya boz-sarı, möhkəm iynələri 3 sm-dir. Yarpaq yerləşməsi növbəli, yarpaqları 2-3 ədəd, sadə, iri, ellipsvariyədək dəyişir, yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır, alt tərəfi mavidir, kənarları xırda dişlidir, uzunluğu 4-8,5 sm, eni 1-2,5 sm-dir. Çiçəkləri sarı, çoxsaylı, xoş qoxulu, salxımvari çiçək qruplarında toplaşmışdır. May-iyun aylarında çiçəkləyir.