Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağbil türbələri
Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri. Ağbil kəndində üç türbə olmuşdur ki, onlardan biri tamamilə dağılmışdır. Həmin türbə planda kvadrat formalı olmaqla, qabağa çıxan antları ilə kiçik portal yeri formalaşdırırdı. Daxildən tübə 2.7x2.7 metr ölçüyə malik olmuş, giriş üzərindəki 1.43x48 sm ölçülü kitabədə isə hicri tarix ilə 940-cı il (miladi 1533), o cümlədən türbədə dəfn edilən şəxsin adı — Şah-Murad — göstərilmişdir. == Səkkizbucaqlı türbə == Dövrümüzə çatmış türbələrdən birincisi xaricdən səkkizguşəli formaya malikdir. Bu türbə, bir tərəfdən tarix-memarlıq abidələri ilə kasıb olan dövrə — XVI əsrə aid olması baxımından, digər tərəfdən isə, şimal və cənub türbələrinin xüsusiyyətlərini birləşdirən tipoloji xarakteristikasına görə böyük maraq kəsb edir.Türbənin kərpicdən hörülmüş divarları daş kürsülük üzərində ucaldılmış, divar və təməl hissənin hörgüsü eyni ölçüdə aparılmışdır. Buna görə də, kürsülük və tikilinin əsas həcmi halnız hörgü materialının fakturası ilə fərqlənir. Kürsülüyün yalnız faktura xarakteristikası baxımından fərqləndirilməsinə, Cənubi Azərbaycanın bəzi kərpic türbələrində də rast gəlinir.Türbənin özünəməxsus xüsusiyyətlərindən biri də xaricdən səkküzguşəli formada olmasına baxmayaraq, daxildən tikilinin 2.8x2.8 metr ölçülü kvadrat həcmə malik olmasıdır. Kvadratın cənub tərəfində türbəyə giriş yerləşdirilmişdir. Digər üç tərəfdə isə 76x50 sm ölçülü kiçik nişlər inşa edilmişdir.
Dəmirçilər türbələri
Dəmirçilər türbələri — Azərbaycanın Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən, XIV əsrə aid iki qülləvari türbə.Türbələrdən biri Ağaçayın sağ sahilində yerləşir. Türbə planda səkkizbucaqlı formadadır. İçəridə qapı gözü qarşısındakı üzdə kiçik mehrab tağçası quraşdırılmışdır. İç divarlar yaxşı yonulmuş daşlarla üzlənmişdir. Səkkizüzlü günbəzin dairəvi əsasına keçid künclərdə bütöv daşdan yonulmuş tromplar qoymaqla yerinə yetirilmişdir. Trompların üstündəki karnizə sferik günbəz söykənir. Türbənin tavanının forması Macar şəhərindəki türbələrin formasına bənzəsə də, tamamilə fərqli tərtibatda, eləcə də fərqli formalı baraban ilə kəskin şəkildə fərqlənir. Türbələrin pərvazları sadə pərvaz növlərinə aiddir.2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli sərəncamı ilə hər iki türbə dövlət tərəfindən mühafizə olunan obyektlər siyahısına daxil edilmiş və "respublika əhəmiyyətli memarlıq abidələri" elan edilmişdir.
Kasubi türbələri
Uqanda Kampaladakı Kasubi türbələri Buqanda kralları və Baqanda kral ailəsinin digər üzvləri üçün tikilmişdir. Kral keçmişinə görə, ərazi Qanda xalqı üçün mənəvi və siyasi yer olmaqla yanaşı ənənəvi memarlığın mühüm nümunəsi olaraq qalır. 2001-ci ilin dekabrında UNESCO tərəfindən Dünya İrsi Mirası elan edilmiş və "Afrikanın sub-Sahara bölgəsində bitki materiallarından hazırlanan əlamətdar quruluşlardan biri" olaraq təsvir edilmişdi.Ərazidəki bəzi böyük binalar 2010-cu ilin mart ayında baş vermiş yanğınla demək olar ki, tamamilə məhv edildi.
Kələxana türbələri
Kələxana türbələri — Şamaxı şəhərindən 6 km aralıda, Kələxana kəndi yaxınlığında yerləşən və 250x140 m ərazini əhatə edən tübələr kompleksidir. Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılarıa məruz qalmışdır. Digər türbələr dövrümüzə yaxşı vəziyyətdə çatmış, bəzilərində isə heç bir dağıntı baş verməmişdir. Türbələrdən yalnız biri üzərində kitabə qalmışdır. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilmişdir. Həmin kitabədən məlum olur ki, türbə hicri tarixlə 1074-cü ildə (miladi 1663/1664) sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edilmişdir. == Tarixi == XIX əsrin sonlarına kimi Kələxana türbələri elmi ədəbiyyatda ötəri olaraq vurğulanmış, komplksə daxil olan abidələrin mümarlıq xüsusiyyətləri isə əsaslı tədqiq edilməmişdir.Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılarıa məruz qalmışdır. Digər türbələr dövrümüzə yaxşı vəziyyətdə çatmış, bəzilərində isə heç bir dağıntı baş verməmişdir. Tübələrdən üçünü əhatə edən müdafiə divarlarının qalıqları da dövrümüzə çatmışdır. Onlardan yalnız biri tikilinin ilkin görünüşünün elmi bərpasına imkan verəcək vəziyyətdədir.Kornelius de Bruinin kitabında verdiyi təsvirdə (XVIII əsrin əvvəlləri) doqquz türbədən beşi portallı girişə malik divarlarla əhatə edilmişdir.
Xubyarlı türbələri
Xubyarlı türbələri — Cəbrayıl rayonun Xubyarlı kəndində memarlıq abidəsi. == Tarixi == Cəbrayıl rayonun Xubyarlı kəndində memarlıq üslubuna görə orta əsr tarixində özünəməxsus yer tutan XV əsrə aid "Dairəvi" türbə və XVI əsrə aid səkkizguşəli türbə xüsusi təmir-bərpa briqadası tərəfindən tam bərpa olunmuşdur. Lakin bu tarixi abidələr 1993-cü il Cəbrayıl rayonunun işğalı zamanı erməni vandalları tərəfindən yerlə — yeksan edilmişdir.Cəbrayıl rayonun Xubyarlı kəndindəki türbələr Orta əsrlərin yadigarıdır. Özünəməxsus memarlıq üslubu ilə XV əsrə aid edilən "Dairəvi türbə" və XVI əsrə aid səkkizguşəli türbə Cəbrayıl rayonun işğalından əvvəl bərpa olunmuşdu. == İstinadlar == == Xarici keçidlər == "Mədəniyyətimizin beşiyi". sia.az. İstifadə tarixi: 25 may 2021. "Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri". anl.az. İstifadə tarixi: 25 may 2021.
Xudayarlı türbələri
== Haqqında == Xudayarlı türbələri – Cəbrayıl rayonu Xudayarlı kəndində yerləşən tarix-memarlıq abidələridir. Ümumilikdə kənd ərazisində bir-birinə yaxın yerləşən iki türbə dövrümüzə çatmışdır. Onlardan biri planda dairəvi, digəri isə səkkizguşəli formaya malikdir. == Memarlıq xüsusiyyətləri == Ümumilikdə kənd ərazisində bir-birinə yaxın yerləşən iki türbə dövrümüzə çatmışdır. Onlardan biri planda dairəvi, digəri isə səkkizguşəli formaya malikdir. Xudayarlı kəndində yerləşən türbələr yaxşı yonulmuş qumdaşından inşa edilmişdir. Bu türbələr aid olduqları dövrün memarlığında XIII–XIV əsrlərin türbə memarlığının necə təkrarlanmasını öyrənmək baxımından elmi maraq kəsb edirlər.Ə. Salamzadə qeyd edir ki, Xudayarlı kəndindəki dairəvi türbədə Füzuli rayonunun Aşağı Veysəlli kəndində yerləşən Mirəli türbəsinin birbaşa memarlıq təsiri açıq şəkildə görünməkdədir. Lakin, böyük həcm və ölçülü türbə üçün işlənmiş kompozisiya üsulunun kiçik türbəyə uyğunlaşdırılması zamanı Xudayarlı kəndindəki dairəvi türbə bədii inandırıcılığından məhrum olmuşdur. Bir qədər aralıda yerləşən səkkizguşəli türbə də eyni xüsusiyyətlərin daşıyıcısıdır. Bu türbənin inşası zamanı nümunə olaraq dövrümüzə çatmamış daha qədim bir türbə əsas götürülmüşdür.Füzuli, Qubadlı, Cəbrayıl və ətrafdakı digər rayonlar ərazisində XIII–XIV əsrlərdə çoxlu sayda müxtəlif formalı daş türbələr inşa edilsə də, onların çox az bir qismi dövrümüzə çatmışdır.
Xərrəqan türbələri
Xərrəqan türbələri – Güney Azərbaycanda, Qəzvin və Həmədan şəhərləri arasında yerləşən Xərrəqan yaşayış məskənində, bir-birindən 29 metr aralı yerləşən Böyük Səlcuq İmperiyası dövrünə aid iki türbə. Xərrəqan türbələri Azərbaycan memarlığının ən dəyərli nümunələrindən olmaqla, divar və üzlük materialı kərpic olan tikililərin ən yaxşı örnəklərindən sayılır. Türbələr "Qoşa imam hasarı" adlı yaşayış yerindən iki kilometr aralıdadır. Mütəxəssislər qeyd edirlər ki, Səfəvilər dövründə bu türbələr imamzdələrə çevrildiyindən "Qoşa imam" adı yaranmış və yaxınlıqdakı kənd də belə adlandırılmışdır. Türbələr isə indi də yerli əhali (Azərbaycan türkləri) tərəfindən Qoşa İmam Türbələri adlandırılırlar. Türbələrdən Şərqdə olan ən qədimi Sultan Alp Arslanın (1063–1072) hakimiyyəti zamanı hicri 450-ci ildə (miladi 1067) Əbu Səid Bicar Səəd adlı bir türkmən bəyinin xatirəsinə inşa edilmişdir. Türbənin kitabələrindən birində tikilmə tarixindən sonra "Məhəmməd Məkər oğlu Zəncaninin əməli" məlumatı yazılmışdır. == Memarlıqları == === Birinci Xərrəqan türbəsi === Bayır diametri 11 metr olan birinci Xərrəqan türbəsinin planı səkkizbucaqlı biçimdədir. Bucaqların hər birinə silindrik qülləciklər birləşir. Qülləciklərdən ikisinin içərisində dolama pilləkən quraşdırılmışdır.
Yanıqlı türbələri
Yanıqlı türbələri — Tovuz rayonu Yanıqlı kəndində yerləşən və üç türbədən ibarət abidələr kompleksidir. Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formaya malikdir. Türbələrin XVII əsrdə inşa edilməsi güman edilir. Türbələrin inşası zamanı çaydaşı və bişmiş kərpic istifadə olunmuşdur. == Tarixi == Yanıqlı türbələrinin XVII əsrdə inşa edildiyi güman edilir. Ə. Salamzadənin fikincə türbələrin memarlıq xüsusiyyətləri onların da, yaxınlıqdakı Şah Abbas məscidi kimi Səfəvi memarlığı nümunəsi olduqlarını göstərir. == Memarlıq xüsusiyyətləri == Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formadadır. Hər üç türbə dövrümüzə yarıdağılmış vəziyyətdə çatmışdır. Səkkizguşəli türbə daha yaxşı qorunduğundan onun memarlıq xüsusiyyətləri daha aydın görünməkdədir. Həmin türbənin daxili divarları nişlərlə işlənmiş, xarici divarları isə düz saxlanılmışdır.
Mirzə Adıgözəl bəy ailəsinin türbələri
Mirzə Adıgözəl bəy ailəsinin türbələri — Goranboy rayonunun Rəhimli kəndində yerləşən tarix-memarlıq abidələridir. Rəhimli kənd qəbirsanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir. Türbələrin fasadında, qərb divarına hörülmüş gips lövhə üzərindəki kitabələrdən məlum olur ki, onlardan birində Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy, digərlərində isə onun ailə üzvləri dəfn edilmişlər. Kvadrat formalı bişmiş kərpicdən inşa edilmiş türbələr eyni xətt üzrə, bir-birindən təxminən 10 metr aralıda inşa edilmişdir. Mirzə Adıgözəl bəyin türbəsi xaricdən demək olar ki, düzgün formaya malik olan kvadrat, daxildən isə qolları dərin olmayan xaç formasına malikdir. Mirzə Adıgözəl bəy türbəsinin yanında yerləşən ikinci türbə xaricdən küncləri kəsilmiş kvadrat formasına maikdir. Türbənin nazik divarları dərin olmayan nişlər şəklində həll edilmişdir. == Tarixi == Rəhimli kənd qəbirsanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir.