Mirzə Adıgözəl bəy ailəsinin türbələri

Mirzə Adıgözəl bəy ailəsinin türbələriGoranboy rayonunun Rəhimli kəndində yerləşən tarix-memarlıq abidələridir. Rəhimli kənd qəbiristanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir. Türbələrin fasadında, qərb divarına hörülmüş gips lövhə üzərindəki kitabələrdən məlum olur ki, onlardan birində Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy, digərlərində isə onun ailə üzvləri dəfn edilmişlər.

Mirzə Adıgözəl bəy ailəsinin türbələri
Xəritə
40°34′50″ şm. e. 46°44′32″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Goranboy
Yerləşir Rəhimli
Aidiyyatı Mirzə Adıgözəl bəy
Tikilmə tarixi XIX əsr
İstinad nöm.4265
KateqoriyaTürbə
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kvadrat formalı bişmiş kərpicdən inşa edilmiş türbələr eyni xətt üzrə, bir-birindən təxminən 10 metr aralıda inşa edilmişdir. Mirzə Adıgözəl bəyin türbəsi xaricdən demək olar ki, düzgün formaya malik olan kvadrat, daxildən isə qolları dərin olmayan xaç formasına malikdir. Mirzə Adıgözəl bəy türbəsinin yanında yerləşən ikinci türbə xaricdən küncləri kəsilmiş kvadrat formasına maikdir. Türbənin nazik divarları dərin olmayan nişlər şəklində həll edilmişdir.

Rəhimli kənd qəbirsanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir.[1] Türbələrin fasadında, qərb divarına hörülmüş gips lövhə üzərindəki kitabələrdən məlum olur ki, onlardan birində Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy, digərlərində isə onun ailə üzvləri dəfn edilmişlər.[1] Mirzə Adıgözəl bəy türbəsinin üzərində alimin vəfat etdiyi tarix 1847/1848[1] olaraq göstərilmiş, kitabəni yazan xəttatın adı isə Mirzə Mehdi Gəncəvi olaraq yazılmışdır.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kvadrat formalı bişmiş kərpicdən inşa edilmiş türbələr eyni xətt üzrə, bir-birindən təxminən 10 metr aralıda inşa edilmişdir. Onlardan ortada yerləşən iki türbə elmi baxımdan daha yaxşı öyrənilmişdir.[2]

Mirzə Adıgözəl bəyin türbəsi xaricdən demək olar ki, düzgün formaya malik olan kvadrat, daxildən isə qolları dərin olmayan xaç formasına malikdir. Türbənin daxili həcminin bu cür həll edilməsi, günbəzli türbələrin geniş yayılmış erkən formalarından birinə əsaslanır.[1]

Türbənin daxili ölçüləri 5.8x5.8 metr, fasad divarlarının qalınlığı isə 82 sm-dir. Xaricdən düzgün dördguşəli prizma fomasına malik olan türbənin əsas həcmindən bir qədər kənara çıxan karniz üzərində sferik günbəz yerləşir. Günbəz, 20x21x4 sm ölçüyə malik kvadrat formalı kərpiclərdən tikilmişdir.[1] Türbənin əsas girişi onun cənub tərəfində yerləşdirilsə də, qərb, şərq və şimal tərəflərində də kiçik qapı yerləri vardır.[1]

Mirzə Adıgözəl bəy türbəsinin yanında yerləşən ikinci türbə xaricdən küncləri kəsilmiş kvadrat formasına maikdir. Türbənin nazik divarları dərin olmayan nişlər şəklində həll edilmişdir. Nişlər oxvari formada tamamlanır. Nişlərin səthi şam ağacı toxunuşu ilə kərpiclə hörülmüşdür.[1]

İkinci türbənin də daxili həcminin həlli Mirzə Adıgözəl bəyin türbəsinin memarlığına uyğundur.[3] Kvadrat türbə həcmindən günbəzə keçid təşkil edən yelkənlər nəbati naxışlarla bəzədilmişdir. Ornamentlər yaş suvaq üzərində konturlar cızılmaqla yaradılmış və sonradan rənglənmişdir.[3]

  1. 1 2 3 4 5 6 7 8 Саламзаде, 1964. səh. 63
  2. Н.В.Минкевич-Мустафайева, С.К. Ахмедов. Мавзолеи семейства Мирза Адигезал-бека. АН Азерб. ССР, т.IV, вып. 12. 1948. 220. (#accessdate_missing_url)
  3. 1 2 Саламзаде, 1964. səh. 62
  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
  • Н.В.Минкевич-Мустафайева, С.К. Ахмедов. Мавзолеи семейства Мирза Адигезал-бека. АН Азерб. ССР, т.IV, вып. 12. 1948. 220.