Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təlafər
Təlafər — (ərəb. تلعفر‎ – Təl Afər; türk. Telafer) İraqın Ninəvə mühafazasının Təlafər qəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Mosuldan sonra Ninəvə mühafazasının ikinci böyük şəhəridir. Əsasən İraq Silahlı Qüvvələri və könüllü xalq qüvvələri — Həşdi Şabinin keçirdiyi əməliyyat nəticəsində 27 avqust 2017-ci ildə İŞİD-dən tamamilə azad edilib. Təlafər şəhəri Mosuldan 78 km qərb, Bağdaddan 447 km şimal-qərb istiqamətində yerləşir. Əhalisinin əksəriyyətini rəsmən Türkman adlandırılan, dilləri Azərbaycan dilinə çox yaxın olan türkdilli xalq təşkil edir. Mosul (Təlafər) İraq Türklərinə Qarşı Törədilən Qətliamlar, Soyqırımları (Araşdırma).
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Təlafər qəzası
Təlafər qəzası (ərəbcə: قضاء تلعفر) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Təlafər şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 4.453 km² ərazini əhatə edir. İnzibati cəhətdən dörd nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Təlafər nahiyyəsi (ərəbcə: ناحية تلعفر), Zimmər nahiyyəsi (ərəbcə: ناحية زمار), Rəbiyyə nahiyyəsi (ərəbcə: ناحية ربيعة) və Ayadiya nahiyyəsi (ərəbcə: ناحية العياضية) 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Təlafər qəzasının əhalisi həmin tarixdə 425.861 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Təlafər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 13.71%-ni təşkil edirdi. Qəzanın inzibati mərkəzi olan Təlafər şəhəri monoetnik türkman şəhəridir. Şəhərdə yaşayan türkmanaların 75%-i şiə, 25%-i isə sünni müsəlmanlardır. Bütün qəza əhalisi oturaq olsa da tayfa quruluşunu saxlamışdır və qəza ərazisində toplam 82 tayfa yaşayır. Onalardan 51-i türkman tayfasıdır.
Təlafər şəhəri
Təlafər — (ərəb. تلعفر‎ – Təl Afər; türk. Telafer) İraqın Ninəvə mühafazasının Təlafər qəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Mosuldan sonra Ninəvə mühafazasının ikinci böyük şəhəridir. Əsasən İraq Silahlı Qüvvələri və könüllü xalq qüvvələri — Həşdi Şabinin keçirdiyi əməliyyat nəticəsində 27 avqust 2017-ci ildə İŞİD-dən tamamilə azad edilib. Təlafər şəhəri Mosuldan 78 km qərb, Bağdaddan 447 km şimal-qərb istiqamətində yerləşir. Əhalisinin əksəriyyətini rəsmən Türkman adlandırılan, dilləri Azərbaycan dilinə çox yaxın olan türkdilli xalq təşkil edir. Mosul (Təlafər) İraq Türklərinə Qarşı Törədilən Qətliamlar, Soyqırımları (Araşdırma).
Sinu (Təlafər)
Sinu (türk. Sinu, ərəb. سينو‎) — İraqın Ninəvə mühafazasının Təlafər qəzasının mərkəzi nahiyyəsində kənd. Sinu kəndi 2014-ci ildə İŞİDin yürüşünə məruz qalaraq 90%-ə qədəri viran edilmişdi. Kənd isə ilk olaraq qonşu Səncər qəzasına təxliyə edilərək oradan da İraqın cənubuna qaçqın düşmüşlər. 2017-ci ildə Sinu kəndi İŞİDin işğalından azad edilib. Kənd Mosuldan 80 km, Təlafərdən isə 25 km qərbdə Səncər qəzasının qonşuluğunda yerleşir. Sinudan Suriya sərhəddinə qədər cəmi 38 km məsafə var. Kənd 400 evdən ibarət olaraq 2,000 nəfərdən çox əhalisi vardır. Sinu kəndi monoetnik Türkman kəndidir və əhalisi Azərbaycan dilinə çox yaxın bir Türk dilində danışırlar.
Təvaf namazı
Təvaf namazı — 2 rəkətdir və sübh namazı kimi qılınır. Kəbəni 7 dəfə təvaf edəndən sonra qılınır. Müstəhəbdir ki, Fatihə surəsindən sonra birinci rəkətdə Kafirun surəsi, ikinci rəkətdə isə İxlas surəsi oxunsun. Cəmiyyətin izdihamı halında mümkün olan tərzdə "İbrahim məqamı" arxasında namaz qılmaq lazımdır. Müstəhəb olan təvafın namazını Məscidül-Həramın hər bir yerində qılmaq kifayət edir. Təvaf namazını unudub onu qılmadığını səy əsnasında xatırlayan şəxs, səy əməlini dayandırıb təvaf namazını yerinə yetirməli və namazı yerinə yetirdikdən sonra qayıdaraq səy əməlini dayandırdığı yerdən davam etdirməlidir. Təvaf namazını qılmadığını səy əməlindən sonra xatırlayan şəxs, dərhal onu yerinə yetirməlidir. Təvaf namazını qılmadığını Məkkə şəhərindən xaric olduqdan sonra xatırlayan şəxs üçün Məkkəyə qayıtmaq çətin olduqda, mümkün olan hər bir yerdə onu yerinə yetirməlidir. Təvaf namazının qiraəti (oxunuşu) sair namazlar kimi imkan daxilində düzgün oxunulmalı və başqa namazları qıldığı oxunuşa kifayətlənməlidir və onun bu barədə ayrı bir şəxsi naib seçməyə ehtiyac yoxdur.
Təkaful
Bu məqalə ənənəvi sığorta əməliyyatlarına alternativ olaraq tətbiq olunan, İslam Şəriətinə uyğun qaydada həyata keçirilən TƏKAFUL (ərəbcə: التكافل) sığortasının mahiyyəti haqqındadır. Dünyanın sığorta sektorlarındakı inkişaf tendensiyalarını araşdırarkən, sığorta nəzarəti və biznesi ilə bağlı qəbul edilmiş yeni beynəlxalq prinsip və standartlarla tanış olarkən, ayrı-ayrı beynəlxalq konfrans və forumlarda iştirak edərkən çox tez-tez rastlaşdığımız mövzulardan biri də İslam sığortası və ya təkaful anlayışları ilə bağlıdır. Bu anlayışlar əksər hallarda sinonim kimi işlənsə də, əslində onlar arasında müəyyən fərq var ki, bu da təkafulun İslam sığorta modellərinin Şəriət alimləri tərəfindən daha geniş şəkildə qəbul edilmiş bir qrupunu əhatə etməsindədir. Təkaful əməliyyatlarının həcminin dünya maliyyə sistemində analoqu olmayan sürətlə inkişafı, habelə maliyyə böhranlarının bu sistemdən demək olar ki, təsirsiz ötüşməsi (təkcə bir faktı demək kifayətdir ki, 2007-2010-cu illər arasında təkaful əməliyyatlarının həcmindəki artım illik 28 % təşkil etmişdir ) istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı transmilli korporasiyaların son vaxtlar təkafulla bağlı nəzəri və təcrübi tədqiqatlara vaxt və pul sərf etmələrinə səbəb olmuşdur. “Təkaful” ərəb mənşəli olub, "كفل" (“kəfələ”) sözündən götürülmüşdür, təmin etmək, bir kəsə kömək etmək və ya bir kəsin qayğısına qalmaq mənalarını daşıyır. Təkaful birgə məsuliyyət, qardaşlıq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, yaxud yardımlaşma əsasında müəyyən riskə qarşı maliyyə təminatı üçün formalaşdırılan münasibətlər sistemidir. Dünyanın ən yeni, lakin ən dinamik sığorta institutu olan təkafulun tarixi dolayısı ilə 14 əsr əvvələ - ərəb tayfaları arasında geniş yayılmış və İslam Şəriətində də qəbul edilmiş “əl-əqilə” doktrinasına qədər gedib çıxır. Bu prinsip sonralar həyatın bir çox sahələrində, xüsusən də dəniz tacirlərinin zərərlərinin qrup üzvlərinin birgə vəsaitləri hesabına formalaşdırılan fonddan ödənilməsi sistemində geniş tətbiq edildi. Lakin peşəkar fəaliyyət olaraq, ilk təkaful şirkəti 1979-cu ildə Sudanda təsis edilmişdir. 2012-ci ildə isə dünyada 150-yə yaxın müstəqil təkaful şirkəti, 200-dən artıq isə sığorta şirkətlərinin “təkaful pəncərəsi” mövcud olmuşdur.
Təkfur
Təkfur — Bizans İmperatorluğu zamanında qubernator səviyyəsində olan idarəçilərlə Anadolu və Rumelidəki xristian bəylərinə verilən ümumi addır. Təkfur erməni dilindən götürmə bir söz olub Osmanlı türkcəsində Xristian hökmdarlara verilən bir şandır. Əsli Takavor, mənası isə "tac daşıyan" dır. Bizans İmperatorluğunda mərkəz xaricindəki şəhərlərin müstəqil valilərinə Təkfur deyilərdi. Bunların inzibati və hərbi vəzifələri vardı. Türkiyə Səlcuqlular və Osmanlı Dövlətinin ilk zamanlarında Təkfurlarla çox möhkəm münasibət quruldu. Təkfurlar Türk axınlarından qorunub, müstəqilliklərini mühafizə etmək üçün Türklərə çox miqdarda vergi verərdilər. Təkfurların bəziləri vəziyyətlərini mühafizə edə bilmək üçün Türk komandan və bəylərilə qohum olma yollarına üstünlük verərdilər. Bu səbəbdən əksəriyyəti qızlarını Türk komandan və ya oğullarına gəlin verərdilər. Bu təkfurların içindən Müsəlman olanlar da oldu.
Telafer şəhəri
Təlafər — (ərəb. تلعفر‎ – Təl Afər; türk. Telafer) İraqın Ninəvə mühafazasının Təlafər qəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Mosuldan sonra Ninəvə mühafazasının ikinci böyük şəhəridir. Əsasən İraq Silahlı Qüvvələri və könüllü xalq qüvvələri — Həşdi Şabinin keçirdiyi əməliyyat nəticəsində 27 avqust 2017-ci ildə İŞİD-dən tamamilə azad edilib. Təlafər şəhəri Mosuldan 78 km qərb, Bağdaddan 447 km şimal-qərb istiqamətində yerləşir. Əhalisinin əksəriyyətini rəsmən Türkman adlandırılan, dilləri Azərbaycan dilinə çox yaxın olan türkdilli xalq təşkil edir. Mosul (Təlafər) İraq Türklərinə Qarşı Törədilən Qətliamlar, Soyqırımları (Araşdırma).
Təkasur Surəsi
Təkasur surəsi (ərəb. سورة التكاثر‎ — oxunuşu: ət-Təkasur — çoxluqla öyünmə). Quranın 102-ci surəsidir. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surənin 5-7-ci ayələrində yəqinin 2 mərhələsi — elmul-yəqin və eynul-yəqin barədə söhbət açılır.
Təkfur sarayı
Təkfur sarayı — İstanbulda olan Blaherne sarayı kompleksindən günümüzə qalan tək saray. İstanbulda, Fatih ilçəsi sərhədləri içərisində qalan Ədirnəqapı səmtində, quru surlarına bitişik olaraq inşa edilmiş, mövqe olaraq Ədirnəqapı və Əyriqapı arasında qalan qalın divarlı saray "Təkfur sarayı" olaraq adlandırılar. Təkfur sarayının nə zaman və kimlər tərəfindən inşa edildiyi mövzusunda dəqiq bir məlumat yoxdur. Bəzi tarixi mənbələrdə, İsanın doğumundan sonra onuncu əsrdə Bizans imperatoru Porfirogenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində olan böyük sarayın əlavə binası olduğu bildirilir. Bu məlumatı rədd edən digər tarixi qaynaqlar isə miladdan sonra XIIIvə XIV əsrlərdə "Blakhernai sarayı" olaraq bilinən sarayda yaşayan xidmətçilərin iqamət etməsi üçün inşa edildiyi deyilməkdədir. Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəth edilməsindən sonra Təkfur sarayı XVII əsrin sonlarına qədər metruk şəkildə qalmışdır. XVII əsrin sonlarında isə Təkfur sarayına zoopark qurulmuşdur. İstanbul şəhərinə səyyah olaraq gələn John Sandersonun rəvayətinə görə isə özündən qırx il əvvəl gələn Ogier Ghiselin də Busbecq, buradakı heyvanat bağçasında olan zürafəni görmək istəmiş lakin zürafə bir neçə gün əvvəl öldüyündən, dünyada heç bir ölkədə görə bilmədiyi bu canlını görmək və marağını aradan qaldırmaq üçün zürafənin məzarını qazdırmaq ilə marağını son vermişdir XVIII əsrin əvvəllərində dulusçuluq atelyesi olaraq istifadə Təkfur sarayı XIX əsrin ortalarından etibarən şüşə və şüşə məhsulları emalatxanasına çevrilmişdir. Dünyaca məşhur Qaşıqçı almazı isə Təkfur sarayının zibilliyində tapılmışdır. İndiki vaxtda isə yeni tarixi hadisələrə şahidlik etmək məqsədi ilə Təkfur sarayındakı arxeoloji qazıntılar davam etməkdədir.