MƏZDƏK
MƏZİD
OBASTAN VİKİ
Məzhər (qəzet)
Məzhər (az-əbcəd. مزهر‎) — XX əsrin əvvəllərində Tiflisdə Kamal Ünsizadənin redaktorluğu ilə Azərbaycan dilində çap olunan liberal ruhlu ictimai-siyasi qəzet. == Haqqında == Kamal Ünsizadə gərgin mübarizələrdən sonra 1907-ci ilin 31 martında "Məzhər" adlı qəzetin nəşrinə icazə ala bilir. Qəzetin məramnaməsi geniş, əhatəli idi. 16 şöbədən ibarət olacaq bu qəzetdə daxili və xarici xəbərlərdən, sənət və ədəbiyyatın, elm və maarifin müxtəlif sahələrindən bəhs ediləcəkdi. Lakin o, öz məramnaməsini, ətrafında toplanan ziyalıların arzularını həyata keçirə bilmədi. Tiflis şəhərində 1908-ci il 25 martda nəşrə başlamış "Məzhər" qəzeti 1917-ci ilə qədər çox səliqəsiz, məzmunsuz və qeyri-müntəzəm çıxan bir qəzet idi. Nəşrə başlarkən həftəlik qəzet olması nəzərdə tutulmuş, lakin uzun fasilələrlə çap olunmuşdur. 1-ci nömrəsi 1908-ci il martın 25-də, sonuncusu 1917-ci il dekabrın 29-da çıxmışdır. Naşiri və redaktoru Kamal Ünsizadə idi.

Digər lüğətlərdə