Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tambala
Tambala — Malavi Respublikasının (Malavi kvaçisinin yüzdə biri) mübadiləsində istifadə olunan pul vahididir. 15 fevral 1971-ci ildə pul islahatı nəticəsində valyutaya daxil edilmişdir. Tambala nıyanca «xoruz» (ing. rooster) mənasına gəlir. Xoruzun təsvirini isə 1 nominallı tambalanın üzərində görmək olar. Tambala 1 2, 5, 10, 20, 50 nominallı sikkələr və 50 tambalalıq əsginaslar ilə buraxılırdı, amma onlar aşağı dəyərə malik olduqları üçün pul dövriyyəsindən praktiki olaraq yox oldular.
Labalm
Labalm (fr. Labalme) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Ponsen kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01200. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 65 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 24 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 204 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 124 nəfər arasında 92 nəfər iqtisadi cəhətdən aktiv, 32 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi - 74,2%, 1999-cu ildə 72,0% idi). 92 aktiv sakindən 81 nəfər işləmişdir (42 kişi və 39 qadın), 11 işsiz (8 kişi və 3 qadın) olmuşdur.
Tamala
Avokado (lat. Persea) – dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir. Tərkibində asan həzm edilən yağ (30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D vitaminləri var.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədi ilə sal quraşdırılmışdır.
Atabala Səfərov
Səfərov Atabala Osman oğlu (1 sentyabr 1949, Dəvəçi – 20 dekabr 2020, Bakı) — aktyor, Azərbaycanın əməkdar artisti (2012) == Həyatı == Atabala Səfərov 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972–1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Qırmızı qabarma
Qırmızı qabarma — Okeanların dərin sulu rayonlarından qidalı maddələrlə zəngin olan sular sahil boyu zonalarda səthə qalxır, burada bioloji məhsuldarlığı xeyli yüksəkdir.Lakin bəzən əlverişli yaşayış sahələrində problemlər yaranır. Qidalanma həlqəsində nizamlanan iş prosesində adətən gözlə görülməyən qırılmalar, yaşayış mühiti üçün fəlakətli nəticələr baş verir. Qırmızı yosunların sayının kəskin artması ətrafda olan bütün canlıların zəhərlənməsinə, dəniz suyunun qan rənginə boyanmasına gətirib çıxarır. Okeanologiyada belə hadisəyə xüsusi ad verilmişdir və "qırmızı qabarma " adlanır. Bu hadisənin baş verməsi aşağıdakı formada olur. Sahil zonalarında kifayət qədər qida olduğuna görə xüsusi yosun növü olan dinoflagellyatlar sürətlə çoxalmağa başlayır.Onların sayı o qədər sürətlə artır ki, qidalanma zəncirinin digər həlqələri onları yeyib qurtara bilmir. Dinoflagellyatların sayı artdıqca bir-birinə söykənərək hər biri daha çox yuxarı qalxıb günəş işığına tərəf inkişaf edir. Nəticədə sularda onların toplanması kifayət qədər yüksək olur. Bütün sahil zonalarında olan sular qırmızı və ya qəhvəyi rəng alır. Bəzən dinoflagellyatlar suya zərərli maddələr buraxır, orada balıqlar və digər heyvanların ölümünə səbəb olur.Bu isə öz növbəsində hidrogen-sulfidin H2S (xarab olmuş yumurta iyində) həddən çox artmasına gətirib çıxarır.
Tapalqa (Germi)
Tapalqa (fars. تپلقا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (8 ailə).
Aristolochia tagala
Aristolochia tagala (lat. Aristolochia tagala) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Cinnamomum tamala
Cinnamomum tamala (lat. Cinnamomum tamala) — dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü.
Rodriqo Tabata
Rodriqo Barbosa Tabata və ya sadəcə Rodriqo Tabata (19 noyabr 1980-ci ildə Braziliyada anadan olub) — Qatar təmsilçilərindən olan Əl-Rayyan klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Qatar futbolçusudur.
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edər. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Xose Xuan Tablada
Xose Xuan Tablada (isp. José Juan Tablada; 3 aprel 1871[…], Mexiko – 2 avqust 1945, Nyu-York, Nyu-York ştatı) – Meksika şairi və jurnalisti. İspan dilindəki şeirlərinin çoxunu Yaponiya haykularına əsaslanaraq yazmışdır. İnnovativ şeirləri Latın Amerikası ədəbiyyatına təsir göstərmiş, Latın Amerikasında Yaponiya haqqında rəyin formalaşmasına kömək etmişdir. == Həyatı və karyerası == Xose Xuan Tablada ədəbi karyerasına Meksikanın "El Universal" qəzetində başlamışdır. Pyer Loti, Jüdit Qotye və Qonkur qardaşlarının əsərlərini oxuduqdan sonra Yaponiya mədəniyyəti ilə maraqlanmağa başlamışdır. 1900-cü ilin mayında Meksikanın "Revista Modema" jurnalının müxbiri kimi Yaponiyaya səyahət etmiş və bir neçə ay Yokohamanın Çin şəhərciyində yaşamışdır. Bu, onun Yaponiyaya yeganə səyahəti olmuşdur.Meksikaya qayıtdıqdan sonra şərab taciri olmuş, ədəbi fəaliyyətinə fasilə vermişdir. 1911-ci idə başlayan Meksika inqilabından sonra bir neçə ay Parisdə yaşamışdır. Burada Asiya mədəniyyətinə, xüsusilə də, Yaponiya haykularına böyük maraq göstərmiş, ədəbi karyerası yenidən canlanmışdır.
Allah-Taala
Allah ( الله , romanlaşdırılmış : Allāh, Allāh, ar) — İbrahimi dinlərdə yeganə Allahı bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.). Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik bir dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur.
Qabarma və çəkilmə enerjisi
Qabarma və çəkilmə enerjisi - Qabarma-çəkilmə səbəbi ilə yer dəyişdirən su kütlələrinin sahib olduğu kinetik və ya potensial enerjinin elektrik enerjisinə çevrilməsidir. Qabarma-çəkilmə enerjisini elektrikə çevirmək üçün geniş şəkildə, uyğun olan qoyların ağzının bir anbarla bağlanılaraq, gələn suyun tutulması, çəkilmə sonrasında da yüksəklik fərqindən faydalanılaraq turbinlər vasitəçiliyi ilə elektrik çıxarılması hədəflənər. 24.8 Saatda bir təkrarlanan qabarma-çəkilmə hərəkətləri, nizamlı bir enerji qaynağı olması baxımından maraqlı olmaqla birlikdə, enerji istehsal müddətinin 6-12 saatla məhdud olması bir üstünlüksüz yaratmaqdadır. Suyun potensial enerjisinin %80-ni elektrik enerjisinə çevirə bilən qabarma-çəkilmə enerjisi, günəş enerjisi kimi digər alternativ enerji qaynaqlarına görə daha yüksək bir məhsuldarlığa malikdir.
Mari Joy Tabal
Mari Joy Tabal (13 iyul 1989) — Filippinli marafonçu. Mari Joy Tabal Filippini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mari Joy Tabal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 2 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 124-cü yeri tutdu.
Qabarma və çəkilmə elektrik stansiyası
Qabarma və çəkilmə elektrik stansiyası(Q və ÇES) - Dəniz və okean suyunun qabarma və çəkilmə enerjisini elektrik enerjisinə çevirən qurğu (obyekt) - qabarma və çəkilmə elektrik stansiyası adlanır.
Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu
Skeleton Knight in Another World (azərb. Skelet cəngavəri başqa dünyada‎) və ya Yaponiyada tanınan adı ilə Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu (骸骨騎士様、只今異世界へお出掛け中, azərb. Skelet cəngavəri paralel kainata gedir‎) – KeG-in rəssamlığı ilə Ennki Hakari tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata skelet cəngavər kimi düşən videooyunçudan bəhs edir. Hakari ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Overlap 2015-ci ilin oktyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 10 cildi buraxılmışdır.Akira Savanonun rəssamlığı ilə manqa adaptasiyası da istehsal olunmuşdur. Seven Seas Entertainment həm ranobeni, həm manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. == Məzmun == Oyunun baş qəhrəmanı yapon videooyunçudur. Bir gün videooyun oynayarkən yatıb qalır və oyananda özünü fentezi tərzində oyun dünyasına Ark Raratoya adlı skelet kimi düşdüyünü görür.