Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tacqoyma
Tacqoyma ya Taxta-çıxma (lat. Coronatio) — monarxiya quruluşu ölkələrdə yeni monarxın hakimiyyətə gəlişi bəyan edən, təntənəli təşkil olunmuş mərasim. Bu zaman iddiaçı şahzadə ya sələf təntənəli şəkildə üç vacib hökmdar rəmzini qəbul edir: taxta oturur, başına tac qoyulur və əlinə hökmdar əsası verilir. Xristian aləmində tanrının xeyir-duasını almaq məqsədi ilə bu mərasim ölkənin baş kilsə məbədində keçirilir.
Tacqoyma kilsəsi (Alba-Yuliya)
Tacqoyma kilsəsi (rum. Catedrala Încoronării) ― Üç üqnum və müqəddəsləri olan Arxangel, Mikayıl və Cəbrayıla həsr edilmiş provoslav kilsə kafedralıdır. Kilsə Rumıniyanın Alba-Yuliya şəhərində yerləşir. Kilsə Rumıniya ilə Transilvaniyanın birləşməsindən sonra tikilmişdir. Mitropolit Alba-Yuliyanın iqamətgahı hesab olunur. == Tarixi == Kilsə və onu əhatə edən digər binalar Alba-Yuliya qalasının qərb hissəsində — Roma platosunun yaxınlığında, qarovulxananın yerində tikilmişdir. Kilsə mitropolit Alba-Yuliyanın keçmiş iqamətgahına əlavə olaraq fikirləşilmişdir. Həmin ərazidə 1597-ci ildə Cəsur Mixay tərəfindən daş məbədi tikilmişdir. Qabsburqlar sülaləsinin hakimiyyəti dövründə həmin məbəd dağıdılmışdır. Onun yerində yeni kilsənin qurulması üçün tikinti-inşaat işləri başlanmışdır.
Adqoyma mərasimi (Azərbaycan)
Adqoyma mərasimi — Azərbaycanın bir çox yerində yayılmış adət. Müxtəlif bölgələrdə adqoyma mərasimi fərqli qaydalarla keçirilir. == Haqqında == Azərbaycan xalqının özünəməxsus zəngin antroponimiyası vardır. Bu antroponimiya etnosun mədəniyyəti, dili, tarixi haqqında müəyyən qədər məlumat verir. Azərbaycan xalqının etnoqrafik irsində ailə məsələlərinin özünəməxsus yeri olmuş, ailə məsələlərində adqoyma adətinin öyrənilməsi də etnoqrafik baxımdan xüsusi maraq doğuran məsələlərdən biri olmaqla bərabər adqoyma insanların fərqliliyini ortaya çıxararaq onların digərlərindən seçildiyini göstərəm kateqoriyadır. Yeni doğulmuş körpəyə ad verilməsi mənsubiyyət və kimlik nümunəsidir. Adlar hər bir xalqın mənəvi zənginliyini, dünyagörüşünü və məişət xüsusiyyətlərini öyrənməkdə köməkçi rolu oynayır. == İcrası == Azərbaycanlılarda adqoyma mərasimi uşaq doğulan gün və ya uşağın doğumundan 7 və ya 40 gün sonra keçirilir. Bərdədə uşağa doğumundan 40 gün keçməmiş ad verilməlidir. Yoxsa uşaq yalançı olar.Keçmişdə adın qoyulması Quran açaraq edilirdi.