Tacqoyma kilsəsi (Alba-Yuliya)
Tacqoyma kilsəsi (rum. Catedrala Încoronării) ― Üç üqnum və müqəddəsləri olan Arxangel, Mikayıl və Cəbrayıla həsr edilmiş provoslav kilsə kafedralıdır. Kilsə Rumıniyanın Alba-Yuliya şəhərində yerləşir. Kilsə Rumıniya ilə Transilvaniyanın birləşməsindən sonra tikilmişdir. Mitropolit Alba-Yuliyanın iqamətgahı hesab olunur.
Kilsə və onu əhatə edən digər binalar Alba-Yuliya qalasının qərb hissəsində — Roma platosunun yaxınlığında, qarovulxananın yerində tikilmişdir. Kilsə mitropolit Alba-Yuliyanın keçmiş iqamətgahına əlavə olaraq fikirləşilmişdir. Həmin ərazidə 1597-ci ildə Cəsur Mixay tərəfindən daş məbədi tikilmişdir. Qabsburqlar sülaləsinin hakimiyyəti dövründə həmin məbəd dağıdılmışdır. Onun yerində yeni kilsənin qurulması üçün tikinti-inşaat işləri başlanmışdır.