Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tatul Akopyan
Tatul Aşıği Akopyan (erm. Թաթուլ Աշիկի Հակոբյան; 29 dekabr 1969, Balakənd, Barana rayonu) — Ermənistan müxbiri və müstəqil siyasi analitiki. == Həyatı == Tatul Akopyan 29 dekabr 1969-cu ildə, SSRİ respublikalarından olan Ermənistan SSR-nin şimal-şərqində, Azərbaycan SSR ilə sərhəd yaxınlığındakı Balakənd kəndində anadan oluşdur. O, İrəvan Dövlət Universitetində təhsil almış və 1995-ci ildə həmin universitetin Jurnalistika fakültəsindən məzun olmuşdur. Akopyan həmçinin, Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun məzunudur. == Karyerası == Akopyan əvvəllər "Ankakhutyun" (1991–1995), "Yerkir" (1998–2000), "Azg" (2000–2006), "Aztag" (2005–2016) və "The Armenian Reporter" (2008–2009) qəzetlərində müxbir, o cümlədən Ermənistan İctimai Radiosunun "Radiolur" xəbər proqramının regional məsələlər üzrə müşahidəçisi (2004–2008) kimi çalışmışdır. O, 2009-cu ildən 2021-ci ilin fevralına qədər müstəqil "Sivilitas fondu"nun (CivilNet) müxbiri və analitiki olaraq çalışmışdır.Akopyan 2014-cü ildən İrəvanda yerləşən "ANİ Erməni Araşdırmaları Fondu"nun direktorudur. O, hal-hazırda Tbilisidə yerləşən "Aliq Media" erməni xəbər agentliyinin köşə yazarıdır. == Şəxsi həyatı == Akopyan ailəlidir və iki oğlu var. O, erməni, rus, ingilis və ispan dillərində danışır.
Tatul Krpeyan
Tatul Krpeyan (erm. Թաթուլ Կրպեյան; 21 aprel 1965, Pirmələk, Talin rayonu – 30 aprel 1991, Çaykənd, Xanlar rayonu) — erməni döyüşçüsü. == Həyatı == Tatul Krpeyan 21 aprel 1965-ci ildə Ermənistan SSR-ində yerləşən Talin rayonunun Areq kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Talin rayon mərkəzində yerləşən məktəbdə alan Tatul orta məktəbi bitirdikdən sonra mexanika texnikumuna daxil olur. SSRİ ordusunda hərbi xidməti bitirdikdən sonra İrəvan Dövlət Universitetinin tarix faklütəsinə daxil olur. Tələbəlik illərində Erməni Azadlıq Hərəkatına qatılır. Yuxarı kurslarda təhsil aldığı müddət ərzində Miatsum hərəkatının liderlərindən birinə çevrilir. Tatul 1990-cı ilin senytabr ayında vəziyyətin gərgin olduğu Dağlıq Qarabağa gəlir. Burada Miatsum hərəkatı əsnasında yerli azərbaycanlılara qarşı silahlı mübarizə aparmaq barədə qərar qəbul edir. Çaykənd ərazisində silahdaşları ilə birlikdə Daşnaktsakanner adlı silahlı dəstə yaradır.