Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atlantlı ev
Atlantlı ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 16 ünvanında mövcud olmuş, memar İosif Ploşkonun layihəsi əsasında 1900-cü ildə inşa edilmiş yaşayış evi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, Azərbaycanın yerli əhəmiyyətli tarixi və mədəni memarlıq abidəsi elan edilib. == Tarixi == Bina, 1900-cü ildə Polis küçəsində (Yusif Məmmədəliyev küçəsinin keçmiş adı) polşalı memar İosif Ploşkonun layihəsi əsasında barokko üslubunda inşa edilib. Binanın eyvanlarından birini iki atlant heykəli saxladığdan, bina daha çox "Atlantlı ev" kimi tanınıb. Bu yaşayış evi şəhərin tarixi mərkəzinin tikintisinin fəal elementlərindən biri kimi çıxış edib. Fasadın memarlıq kompozisiyasının üfüqi formada mərkəzi tinləmə və yanlarda güclü atlantlar (dayaqlar) üzərində duran erker ilə təqdim edilmiş üç oxlu sistemi maraqlı fəza mühiti yaratmışdır. Mənzərəli kompozisiya, memarlıq kütlələrinin proporsional bölünməsi, order sistemi elementlərinin bacarıqla paylaşdırılması, incəsənət sahələrinin sintezi və interyerlərinin zənginliyi binanın memarlıq abidəsi kimi Bakıdakı tarixi əhəmiyyətli yaşayış evlərinin ən yaxşı nümunələrindən birinə çevirmişdi. === Sökülməsi === 2004-cü ildə binanın söküləcəyi barəsində məlumatlar yayılıb. 2008-ci ildə binanın sakinləri köçürülüb. Köçürülməyə səbəb kimi isə binanın bərpası göstərilib.
Tapanlı
Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi).
Alev Alatlı
Alev Alatlı (1944, Menəmən, İzmir ili) – Türkiyə yazıçısı. == Həyatı == 1944-cü ildə Fürüzan və Ərtuğrul Alatlının qızı olaraq İzmirin Menemen ilçəsində anadan olmuşdur. Atası zabitdir. İbtidai məktəbi Anakara Memar Kemal İbtidai Məktəbində başlamış, bir müddət Karakösədə oxuduqdan sonra Ərzurum Mədəniyyət Qurumu İbtidai Məktəbindən məzun olmuşdur. Anakara Namıq Kəmal Orta Məktəbini bitirdikdən atasının Yaponiyaya hərbi ateşe kimi təyin olunmasına görə liseyi Tokio şəhərindəki Yaponiya Amerika Məktəbində oxumuşdur. Burada ingilis və yapon dillərini öyrənmişdir.Orta Şərq Texniki Universitetinin statistika fakültəsinə daxil olmuş və 1963-cü ildə məzun olmuşdur. "Fullbright" təqaüdü ilə ABŞ-yə gedərək orada Vanderbilt Universitetində rifah iqtisadiyyatı və ekonometriya üzrə magistr təhsili almışdır və 1965-ci ildə universitetdən məzun olmuşdur. Daha sonra iqtisadiyyatı buraxaraq Nyu-Hempşirdə yerləşən Dartmut Kollecində fəlsəfə üzrə təhsil almış və düşüncə tarixi, ilahiyyat biliklərinə yiyələnmişdir (1968). Təhsili zamanı alman və rus dillərini də öyrənmişdir.Beş il müddətində səmavi dinlər və İslam araşdırmaları aparmışdır. Apardığı araşdırmalarla əlaqədar olaraq iki dəfə Qahirədə yerləşən Əl-Əzhər Universitetinə getmişdir.
Şeyx Əhməd Əfəndi Talalı
== Həyatı == Şeyx Əhməd Əfəndi 1839-cu ildə Zaqatala rayonunun Tala kəndində doğulub. Atası Mustafa, əkinçiliklə məşğul olurdu. Erkən yaşlarında atasını itirdiyindən, el arasında “Yetim Əhməd” deyə çağrılırmış. “Sən nə bilirsən ki, Qədir gecəsi nədir?!” Hələ uşaqlıqdan Əhmədin dinə böyük marağı vardı. Odur ki, yaşıdlarından fərqli olaraq, Talada kənd ağsaqqallarının təşkil etdikləri dini mərasimlərin demək olar ki, hamısında iştirak edib, orada danışılan söhbətlərə, edilən zikrlərə maraqla qulaq asardı. Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagildə Hətəm Əfəndidən dərs aldı. Daha sonra isə İlisuda Səid Əfəndinin yanında elmini bir qədər də dərinləşdirdi. 1862-ci ildə mənəvi cəhətdən daha da kamilləşmək və tasəvvüf elminin dərinliklərinə varmaq üçün dostu Həmzət Əfəndi ilə birlikdə Nəqşibəndiyyə Şeyxi Mahmud Əfəndiyə mürid oldular. Altı ay mürşidinin xidmətində duran Əhməd Əfəndi, seyr və sülukunu tamamlayaraq, məzun oldu. Şeyx Mahmud Əfəndi Talada irşad fəaliyyəti göstərmək üçün Əhməd Əfəndiyə xilafətnamə (İcazənamə-müəllif) verdi.
Aristoksenus (Tarentli)
Tarentli Aristoksenus (yun. Ἀριστόξενος ὁ Ταραντῖνος; təq. e.ə. 360 – təq. e.ə. 300, Afina) — yunan filosofu, musiqişünası, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. O, musiqi nəzəriyyəsi üzrə antik dünyanın ən tanınmış alimlərindən biri idi və bu sahədə çoxlu əsərlər yazmışdır. Bundan başqa Aristoksenusun başqa əsərlərindən olan fraqmentləri də zamanımıza çatmışdır. “Ritmikanın elementləri” və “Harmonikanın elementləri” adlı kitablar musiqi nəzəriyyəsi sahəsində yazılan və bu sahədə zamanımıza çatmış ilk əsərlərdir. Bu kitablarda musiqi nəzəriyyəsi ritmika, harmoniya və metrika kimi fəsillərə bölünmüşdür.
Arxitas (Tarentli)
Tarentli Arxitas (yun. Ἀρχύτας ὁ Ταραντίνος, m. ö. 428 – 347) — yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi, Filolausun öyrəncisi olmuşdur. == Həyatı == Arxitas, siyasətlə məşğul olmuş və yüksək hərbi vəzifələrdə çalışmışdır. Arxitas Cənubi İtaliyaya gələn Platonu Siciliya hökmdarı II Dionusiusun qəzəbindən qoruya bilmişdir. Bundan sonra Platon onun yaxın dostu olmuşdur. Onun zamanımıza yalnız fraqmentlərlə çatan "Riyazi elmlər" və "Söhbətlər" əsəri bilinməkdədir. Arxitasın fəlsəfi fikirləri haqqında zamanımıza çox az bilgi çatmışdır. Məlumdur ki, o kainatın sonsuz olmasını iddia edirdi.