Valentlik
Valentlik (lat. valens — gücü olan) — kimyəvi element atomlarının müəyyən sayda kovalent kimyəvi rabitə əmələ gətirmək xassəsidir. Birləşmələrdə valentlik bir atomu digər atomla əlaqələndirən kovalent rabitələrin sayı ilə müəyyən edilir. Kimyəvi reaksiyalarda birinci dərəcədə əhəmiyyət daşıyan elektronlar valent elektronlardır.
Valentlik anlayışı ilk dəfə elmə 1852-ci ildə ingilis alimi E.Frankland tərəfindən daxil edilmişdir. Valentlik nəzəriyyəsinin isə əsasını alman alimi Fridrix Avqust Kekule qoymuşdur.
Bəzi kimyəvi elementlərin valentliyi əmələ gətirdikləri kimyəvi birləşmələrdə dəyişmir. Binar birləşmələrdə atomların valentlik vahidləri həmişə bərabərdir. Valentlik Roma rəqəmləriylə və elementin kimyəvi işarəsinin üzərində yazılır. Onlara sabit valentli elementlər deyilir.