Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. == Haqqında == Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Dəqiqlik və tanıma
Dəqiqlik və tanıma (ing. Precision and recall) — informasiyanın alınması (en:informational retrieval) və obyektlərin tanınmasında, precision alınan informasiyanın nə qədərinin uyğun (relevant) olmasını, recall isə uyğun nümunələrin nə qədərinin alındığını göstərən nisbətdir. Misal üçün, fərz edək ki, proqram göstərilən şəkildən 7 it şəklini tanıyır. Şəkildə isə 9 it və bir neçə pişik şəkli var. Proqramın 4 şəkli doğru tanıyıb, 3 şəkil isə pişikdir. Onda proqramın precisionı 4/7, recall isə 4/9 olur.
Obraz tanıma nəzəriyyəsi
Obraz tanıma nəzəriyyəsi — bəzi xüsusiyyətlər və atributların məhdud dəsti ilə xarakterizə olunan obyektlərin, hadisələrin, proseslərin, siqnalların, vəziyyətlərin və s. obyektlərin təsnifləşdirilməsi və müəyyənləşdirilməsinin əsaslarını və metodlarını inkişaf etdirən kompüter elmləri və əlaqəli fənlər bölümü. Bu cür problemlərə, məsələn, yol siqnallarına görə küçəni keçərkən və ya avtomobil idarə edərkən rast gəlinir. İşıqforun rəngini tanımaq və yol qaydalarını bilmək küçəni keçib-keçə bilməyəcəyiniz barədə düzgün qərar qəbul etməyə imkan verir. Bu cür tanıma ehtiyacı müxtəlif sahələrdə — hərbi işlərdən və təhlükəsizlik sistemlərindən analoq siqnalların rəqəmsallaşdırılmasına qədər yaranır. Təsvirin tanınması problemi, insanın özünə gələn mesajları xətti-ardıcıl dərk etməsinin öhdəsindən gəlmədiyi hallarda böyük əhəmiyyət kəsb edir. Bu hallarda beyin bu cür tanıma ilə xarakterizə olunan eynizamanlı qavrayış və düşünmə rejiminə keçir və məlumatın həddən artıq yüklənməsi baş verir. Təsadüfi deyil ki, naxış tanıma problemi, fənlərarası tədqiqat sahəsində, o cümlədən süni intellektin yaradılması ilə əlaqədar olaraq ortaya çıxıb və nümunələrin tanınması üçün texniki sistemlərin yaradılması getdikcə diqqəti cəlb edir. == Obrazı tanımada istiqamətlər == İki əsas sahəsi vardır : Canlı varlıqların tanıma qabiliyyətlərinin öyrənilməsi, izahı və modelləşdirilməsi; Tətbiqi məqsədlər üçün fərdi problemlərin həlli üçün nəzərdə tutulmuş qurğuların qurulması nəzəriyyəsi və metodlarının inkişafı. == Problemin rəsmi ifadəsi == Obrazın tanınması, bu məlumatları qeyri-vacib məlumatların ümumi kütləsindən xarakterizə edən əsas xüsusiyyətləri vurğulamaqla mənbəli məlumatların müəyyən bir sinfə təyin edilməsidir.
Kötü İnsanları Tanıma Senesi
Kötü İnsanları Tanıma Senesi (azərb. Pis insanları tanıma ili‎) — Sagopa Kajmer tərəfindən Melanxoliya musiqi etiketi ilə çıxarılan ilk solo albom. Albom 13 mart 2008-ci ildə yayımlanmışdır. Həmçinin, albomun instrumental parçaları 28 fevral 2015-ci ildə Sagopa Kajmerin rəsmi YouTube hesabından yayımlandı. Sagopa Kajmer, əvvəlki tərzini davam etdirəcəyini söylədiyi albomun adı ilə əlaqədar şərhlər haqqında da açıqlama verdi. O, albomun adının heç kimə xüsusi olaraq yazılmadığını bildirmişdir. Albomun istehsalı, albomdakı skreçlər və sözlər ona aiddir. Sadəcə "Gölge Haramileri" mahnısının bir hissəsi ona aid deyil.Albomun ilk 5000 nəşri kolleksiyaçılar üçün Limited Edition olaraq təyin edilmişdir. Xüsusi buraxılışda, Sagopa Kajmerin 5 dəqiqə qarışıq konsert görüntülər, 2 şəkil, o cümlədən afişa və stiker yer alır.
Kötü İnsanları Tanıma Senesi (albom)
Tanısau (Uçalı)
Tanısau (başq. Танысау, rus. Танычау) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Axun kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 32 km, kənd sovetliyindən (Axun): 7 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 37 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (49 %), başqırdlar (50 %) üstünlük təşkil edir.
Ege Tanman
Ege Tanman (türk. Ege Tanman; 26 fevral 1998, Bursa) — Türkiyə aktyoru.
Tanınmayan və ya qismən tanınan dövlətlər
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır. Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır. Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir: müəyyən edilmiş ərazi; daimi əhali; hökumət; digər dövlətlər ilə münasibətə girmək bacarığı.Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur.Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur. De fakto olaraq tam və ya qismən də olsa öz ərazilərini idarə edən, hökuməti və daimi əhalisi olan regionlar var ki, onlar bir və ya bir neçə dövlət tərəfindən tanınmırlar. Bunun səbəbi adətən regional və ya ərazi münaqişələri nəticəsində yaranır və ikinci dövlətin birincini özünün ayrılmaz tərkib hissəsi kimi görür.
Tanınmayan və ya qismən tanınan dövlətlərin siyahısı
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır. Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır. Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir: müəyyən edilmiş ərazi; daimi əhali; hökumət; digər dövlətlər ilə münasibətə girmək bacarığı.Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur.Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur. De fakto olaraq tam və ya qismən də olsa öz ərazilərini idarə edən, hökuməti və daimi əhalisi olan regionlar var ki, onlar bir və ya bir neçə dövlət tərəfindən tanınmırlar. Bunun səbəbi adətən regional və ya ərazi münaqişələri nəticəsində yaranır və ikinci dövlətin birincini özünün ayrılmaz tərkib hissəsi kimi görür.
Tolimak
Alfa Sentavr (α Sentavr, qısaldılmış Alfa Sen, α Sen) — Günəş Sisteminə ən yaxın ulduz sistemidir və Günəşdən 4.37 işıq ili (1.34 pr) məsafəsindədir. Alfa Sentavr (həmçinin Rigil Kentaurus adlanır)α Sentavr, α Sentavr A, α Sentavr B və kiçik qırmızı cırtdan α Sentavr C ( bu ulduz həmçinin Proksima Sentavr adlandırılır) -dən ibarət üçlü ulduz sistemidir. Adi gözlə, bu üç komponent vizual ulduz ölçüsü -0.27 olan bir ulduz kimi görünür. α Sentavr gecə göyündə Sirius və Kanopusdan sonra üçüncü parlaq ulduz kimi müşahidə olunur. Proksima Sentavr (α Sen C) günəşdən 4.24 işıq ili (1.30 pr) məsafəsindədir və günəşə ən yaxın ulduzdur, buna baxmayaraq o, adi gözlə görünmür. α Sentavr A kütləsi 1,1 Günəş kütləsi və parlaqlığı 1,519 Günəş parlaqlığı tərtibindədir, α Sentavr B isə daha kiçik və soyuqdur kütləsi 0,907 Günəş kütləsi, parlaqlığı 0,445 Günəş parlaqlığı tərtibində. 79,91 illik period ərzində ortaq mərkəz ətrafındakı məsafə Günəş ilə Pluton arasındakı məsafə (35,6) tərtibindən Günəş İlə Saturn arasındakı məsafə tərtibinə (11,2) azalmışdır. α Sentavr adi gözdə tək ulduz hesab edilir və Erboğanın cənub bürcündə parlaq ulduza verilir. -0,27 Sirius və Canopusdan daha həddindən artıq olan vizual ölçülü (A və B ölçülərindən hesablanır) görünür. Gecə göyün ən parlaq ulduzu Arcturusdur.
Cuniçiro Tanizaki
Cuniçiro Tanizaki(yap. 谷崎 潤一郎) 24 iyul, 1886, Tokio — 30 iyul 1965, Atami, Yaponiya) — yapon yazıçı və dramaturq.
Danimark boğazı
Danimarka boğazı (dan. Danmarksstrædet) — Qrenlandiya adasını İslandiya adasından ayıran boğaz . Qrenland dənizini Atlantik okeanı ilə birləşdirir. Eni 260 km, uzunluğu 480 km təşkil edir. Dərinliyi 227 metrdir. İslandiya adası sahillərində İrminqur isti cərəyanı keçir. Qrenlandiya adası sahilindən isə Şərqi Qrenlandiya cərəyanı keçir. Bu boğazda 1941-ci ildə Britaniya kreyseri "Xud" və Alman "Bismark" gəmisi arasında döyüş baş vermişdir. Döyüş zamanı Xud kreyseri batırılmışdır. Uzunluğu 50 km, ən dar yeri isə 50 km təşkil edir.
Osamu Taninaka
Osamu Taninaka (d. 24 sentyabr 1964) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Animal Planet
Animal Planet (azərb. Heyvanlar aləmi‎) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peyk və kabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır. == Tarixi == «Animal Planet» kanalı 1 oktyabr 1996-cı ildə əsası qoyulmuşdur.
Arenaria (animal)
Daşçevirən (lat. Arenaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Kozo Taşima
Kozo Taşima (d. 21 noyabr 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
Tanişa Mukherci
Tanişa Mukherci (1 yanvar 1978)— hind aktrisası və modeli. == Həyatı == Aktrisa, produserdir. 1 yanvar 1978-ci ildə Mumbay şəhərində anadan olmuşdur. Bacısı tanınmış aktrisa Kacol Mukhercidir. Tanişa– hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Subaydır.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. == Təsviri == Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
Anima mundi
Anima mundi — yəni dünyanın saf, səmavi ruhu. Antik filosoflara görə təbiətin hər yanına nüfuz etdiyi irəli sürülmüşdür. == Haqında == Fikrin Platon ilə ortaya çıxdığı deyilsə də, qavramın kökəninin daha antik olduğu və ilk dəfə bəzi şərqli filosofların sistemlərində irəli sürüldüyü iddiası da vardır. Stoaçılara görə, o bəşəriyyətdəki tək mühüm, həyati gücdür.Bənzər qavramlara Parakelsus kimi hermetik filosoflar və daha sonra Fridrix Şellinq (1775–1854) də sahib olmuşdur. == Okultizmdə Anima mundi == Anime mundi termini Ökult terminologiyasının termini olub, dünyanın tamamilə canlı varlıq olduğu qavramını dilə gətirmək üçün "Dünya canı" anlamında isifadə edilir. Latıncadan da tərcüməsi bu mənaya gəlir.Basilius Valentinusun "dünya ölü bir vücuddan ibarət deyildir" sözü ilə bildirdiyi Anima mundi Okultistlərin ardından Teozoflar tərəfindən də qəbul edilmişdir. Bu qavramı qəbul edən düşüncəyə görə, insan bədənində olduğu kimi Anime mundinin bədənində də sinir sistemi, hərəkət sistemləri, nəfəs sistemi mövcuddur. Anima mundinin insan varlığında olduğu kimi ruh, sübtil bədən və maddi bədən olaraq üçlü quruluşa sahib olduğu qəbul edilir.
Animal Planet Germany
«Animal Planet Germany» — «Discovery Networks CEEMEA» şirkətinin sahibləndiyi və təbiət, heyvan və vəhşi həyatdan bəhs edən Almaniya telekanalı. Telekanal Almaniya, İsveçrə və Avstriyada yayımlanır. Telekanalın açılması və «Premiere» platformasında yayımlanması haqqında razılıq 2003-cü ilin oktyabrında «Discovery Networks Deutschland» və «Premiere» arasında əldə olunmuşdur. Telekanal 31 mart 2004-cü il saat 21:00-da yayınlanmağa başlamışdır. Yeni «Animal Planet» loqosu 2008-ci ilin noyabr ayında qəbul olunmuşdur.30 iyun 2009-cu ildə kanalın əsas rəqibi «Nat Geo Wild» yayımını dayandırmışdır. Bu, iyul ayında kanalın «Sky Deutschland» platformasında yayımlanması üçün «Discovery Networks Deutschland» və «Premiere» arasında müqavilə imzalanmasına səbəb olmuşdur. Telekanal hal-hazırda «Unitymedia» rəqəmsal kabel şəbəkəsində mövcuddur.
Animal Diversity Web
Animal Diversity Web minlərlə heyvan növlərinin tarixini, təsnifatını, növlərin xüsusiyyətlərini, və yayılması məlumatlarını toplayan onlayn verilənlər bazasıdır.