XANİMAN

is. [ fars. ]
1. Ev-eşik, ata yurdu, ocaq, dudman, məskən.
Yolunda keçmişəm şirin canımdan; Tərk oldum vətəndən, xanimanımdan. Aşıq Ələsgər.
Get ata-ananın tez al qanını; Dağıt Ağpoladın xanimanını. A.Səhhət.
[Cahangir bəy:] Ta səndən ötəri xanimandan əl çəkib düşmüşəm bərrü biyabanə. N.Vəzirov.

2. Ev, ev adamları, ailə.
İpək döşəməli xanimanlardan; Rəqqasə qızların səsi yüksəlir. S.Vurğun.
[İsmayıl:] Uşaqlar, bu xanimanın daşını daş üstə qoymayacağıq, odlayın! P.Makulu.
Yanan xanimanlardan körpələrin ağlaşma səsləri ucalır. M.Rzaquluzadə.

// Məc. mənada.
Könül xanimanın abad eyləyib; Yıxan gözlərinin sədəqəsi canım. Q.Zakir.
Könül viran qalan bir xanimandır; Deyib-danışmayır xeyli zamandır. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XANİMAN xaniman bax mülk 1
XANIMSALLANDI₁
XANİMANLI

Digər lüğətlərdə