Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tammuz
Təmmuz Xan - türk, şumer və altay mifologiyasında bərəkət ilahı. Tamız (Tamus, Tammus, Tamıs, Dumuz, Dumıs) Xan kimi də deyilir. Şumer mənşəlidir. Türk coğrafiyasının böyük qisimində adı yaz aylarından birinə verilir (iyul); Temmuz, Tamız, Tamıs kimi... Çox vaxt Ahır heyvanlarının və ya çobanların ya da çöl həyatın, əkinlərin və hasadın qoruyucusu olaraq görülər. Damazlıq (Anadoluda "Damızlık") sözü, "Damaz" (Anadoluda "Damız"; ahır) sözü ilə olduğu qədər bu adla də əlaqəlidir və Tamız Xan üçün ayrılan heyvan deməkdir. Şumer mifologiyasında çoban görünüşlü olaraq təsvir edilər. Şumerce adı Dumuzi, 12 Hayvanlı təqvimdə də iştirak edən Donuz (Türkcə "Domuz") ilə əlaqəli ola bilər. Ünü bütün orta şərqə yayılmışdır. == Etimologiya == (Təm/Tam/Dam) kökündən törəmişdir.
Tatoba
Tatoba — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Adın mənşəyi və Tarixi == Coğrafi adı talış dilindəki tat "isti", ov "su" komponentlərindən, yer, məkan bildirən hissədən və "ə" şəkilçisindən ibarətdir , kəndin düzgün adı Tatovə olmalıdır.
Tatoni
Tatoni — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 102 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki tat (isti) və lıoni (bulaq) sözlərindən ibarət olub, “isti bulaq” mənasındadır. Kəndin adı ərazisində İsti su bulağının olması ilə əlaqədardır.
Titus Tatius
Qədim Roman miflərinə görə, Titus Tatius "Kures"dən olan Sabinlərin kralı və bir neçə il Romada ortaq hakimiyyətdə olmuşdur. Romanın ilk kralı Romulun hökmdarlıq dövründə, Tatius, baş verən Sabin qadınına qarşı olan zorakılığa cavab olaraq Romaya müharibə elan etdi. O, Tarpea xəyanəti vasitəsilə Kapitolin (Capitoline) təpəliyinin ən hündür nöqtəsində yerləşən qalanı aldıqdan sonra, Sabinlər və Romalılar arasında ağır müharibə yarandı. Ancaq bu müharibə qaçırılmış Sabin qadınının müdaxilə etməsi və hər iki tərəfi razılığa, müharibəni sonlandırmağa çağırması ilə bitdi. Müharibədən sonra, iki krallıq birləşdi və krallar beş il, Tatius öldürülənə qədər ölkəni birlikdə idarə etdilər. Birləşdirilmiş krallıq hələ də Roma, şəhərin vətəndaşları isə Romalılar adlanırdı, amma icma olaraq Sabinlər "Quirites" adlanırdılar. Sabinlər zaman keçdikcə başqa qonşu tayfalara inteqrasiya etdilər. Tatius ən-ənəvi "Romanın 7 Kralı"ndan biri olaraq görülmədi. Tatiusun bir qızı və bir oğlu var idi. Qızı, Tatia Numa Pompilius (Romulun varisi) ilə evləndi.
Tatu
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. == Döymə sənəti zərgərlikdə == Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Tatul Akopyan
Tatul Aşıği Akopyan (erm. Թաթուլ Աշիկի Հակոբյան; 29 dekabr 1969, Balakənd, Noyemberyan rayonu) — Ermənistan müxbiri və müstəqil siyasi analitiki. == Həyatı == Tatul Akopyan 29 dekabr 1969-cu ildə, SSRİ respublikalarından olan Ermənistan SSR-nin şimal-şərqində, Azərbaycan SSR ilə sərhəd yaxınlığındakı Balakənd kəndində anadan oluşdur. O, İrəvan Dövlət Universitetində təhsil almış və 1995-ci ildə həmin universitetin Jurnalistika fakültəsindən məzun olmuşdur. Akopyan həmçinin, Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun məzunudur. == Karyerası == Akopyan əvvəllər "Ankakhutyun" (1991–1995), "Yerkir" (1998–2000), "Azg" (2000–2006), "Aztag" (2005–2016) və "The Armenian Reporter" (2008–2009) qəzetlərində müxbir, o cümlədən Ermənistan İctimai Radiosunun "Radiolur" xəbər proqramının regional məsələlər üzrə müşahidəçisi (2004–2008) kimi çalışmışdır. O, 2009-cu ildən 2021-ci ilin fevralına qədər müstəqil "Sivilitas fondu"nun (CivilNet) müxbiri və analitiki olaraq çalışmışdır. Akopyan 2014-cü ildən İrəvanda yerləşən "ANİ Erməni Araşdırmaları Fondu"nun direktorudur. O, hal-hazırda Tbilisidə yerləşən "Aliq Media" erməni xəbər agentliyinin köşə yazarıdır. == Şəxsi həyatı == Akopyan ailəlidir və iki oğlu var.
Tatul Krpeyan
Tatul Krpeyan (erm. Թաթուլ Կրպեյան; 21 aprel 1965, Pirmələk, Talin rayonu – 30 aprel 1991, Çaykənd, Xanlar rayonu) — erməni döyüşçüsü. == Həyatı == Tatul Krpeyan 21 aprel 1965-ci ildə Ermənistan SSR-ində yerləşən Talin rayonunun Areq kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Talin rayon mərkəzində yerləşən məktəbdə alan Tatul orta məktəbi bitirdikdən sonra mexanika texnikumuna daxil olur. SSRİ ordusunda hərbi xidməti bitirdikdən sonra İrəvan Dövlət Universitetinin tarix faklütəsinə daxil olur. Tələbəlik illərində Erməni Azadlıq Hərəkatına qatılır. Yuxarı kurslarda təhsil aldığı müddət ərzində Miatsum hərəkatının liderlərindən birinə çevrilir. Tatul 1990-cı ilin senytabr ayında vəziyyətin gərgin olduğu Dağlıq Qarabağa gəlir. Burada Miatsum hərəkatı əsnasında yerli azərbaycanlılara qarşı silahlı mübarizə aparmaq barədə qərar qəbul edir. Çaykənd ərazisində silahdaşları ilə birlikdə Daşnaktsakanner adlı silahlı dəstə yaradır.
Təxti-Tavuz yurdu
Qaraköpəktəpə və ya Taxtı-Tavus — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Köndələnçayın sağ sahilində yerləşir. Abidə konusvari təpə formasındadır. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır. == Tədqiqi == Tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırmanı alman mənşəli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparıb. Tədqiqat nəticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb.
Dek (tatu)
Dek (kürd. deq, دەق) və ya xal (kürd. xał , خاڵ) — kürdlərə aid ənənəvi və unikal tatular. Dek daha çox kürd qadınları arasında rast gəlinir, lakin kişilər arasında da müşahidə olunur. İslamın təsiri ilə dekin tətbiqi daha az yayılmış və xına ilə əvəz edilmişdir. Xınadan fərqli olaraq, dek müvəqqəti deyil. Kürd kimliyini yenidən təsdiq etmək üçün dekdən istifadəni canlandırmaq üçün səylər göstərilmişdir. Dek yezidilər tərəfindən də tətbiq edilir. == Tarixi == Dekin mənşəyi məlum deyil. XVI əsrin əvvəllərində Amidalı Aesi "Medicae Artis Principes" əsərində dek və onun necə hazırlandığını yazmışdır.
Taduz-us-Santus körfəzi
Taduz-us-Santus körfəzi (Bütün müqəddəslərin buxtası) — Braziliyanın Baya ştatı ərazisində yerləşən buxta. Braziliyanın ən iri körfəzlərindən biridir. Sahəsi 1052 km² təşkil edir. Maksimal dərinliyi 42 meyrdir. Buxta ərazisində 66 ada yerləşir.