Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tellur
Tellur (Te) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 52-ci element. Tellur qızıl filizindən dağ mühəndisi F.Y.Müller tərəfindən 1782-ci ildə ayrılmışdır, amma yeni element kimi onun təbiəti 1798-ci ildə M.Q.Klaprot tərəfindən sübut olmuşdur. O vaxt Yerin şərəfinə ona tellur (tellurium) adı verilmişdir. Sonradan kəşf olunan analoqu Ayın şərəfinə adlandırılmışdır. Fərdi halda tellur metallik parıltıya malikdir, amma zəif elektrik keçiriciliyi var (p – tip yarımkeçiricidir). Ərimiş halda, 700ᐤC-dən yuxarı temperaturda metallik keçiricilik əldə edir. Əvvəlcə tellur metal hesab olunurdu, amma onun selen və kükürdə oxşarlığı belə nəticəyə gətirdi ki, o metal deyil. Tellurun qeyri metallığına onun buxarlarının rəngli olması da uyğun gəlir: onlar qızılı sarıdırlar. Telluru stibium ilə (ən qeyri metallik metal) müqayisə edərək qeyd etmək olar ki, tellur ən metallik qeyri metaldır. Tellur 8 təbii nuklidlərə malik iki elementdən (digəri kadmiumdur) biridir.
Səs telləri
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Tellur Mütəllimov
Tellur Uzdan oğlu Mütəllimov (8 aprel 1995-ci ildə Xaçmazda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qəbələ" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Qəbələ === Mütəllimov Avrokuboklarda debütünü 2016-cı ildə Gürcüstanın "Samtredia" klubuna qarşı oyunda etmişdir. UEFA Avropa Liqası 2016/2017 mövsümünün birinci təsnifat mərhələsində "Qəbələ" "Samtredia"ya 5-1 hesabı ilə qalib gəlmişdir. === Zirə === 30 dekabr 2017-ci ildə Mütəllimov Zirə klubu ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == Mütəllimov Azərbaycan milli komandası ilə debütünü 2017-ci ildə Qatar millisinə qarşı yoldaşlıq oyununda etmişdir. == Klub karyerası == === Klub === 19 Mart 2017 tarixində yenilənib === Milli komanda === 9 mart 2017-ci il məlumatlarına əsasən.
Dostluq Telləri (1971)
Dostluq telləri (film, 1971)
Məhəbbət telləri (film, 1981)
Məhəbbət telləri (Romanizasiya Silsila) 1981-ci ildə Yash Chopra ilə müştərək formada süjet xətti yazılmış, rejissoru və prodüseri olduğu hindi dilli romantik dram filmidir. Hekayəsi romantik dramaturq Amit (Amitabh Bachchan), həyat yoldaşı Şobha (Jaya Bachchan) və onun keçmiş tərəfdaşı Çandninin (Rekha) sevgi üçbucağı ətrafında cərəyan edir. Məhəbbət telləri, Amit və Şobhanın məcburi evliliklərində qarşılaşdıqları, onları bir-birindən ayıran hadisələri və onun Chandni ilə nikahdankənar münasibətə gətirib çıxaran qarşılaşmasından danışır. Filmin sauntreki Shiv-Hari tərəfindən ifa edilmiş, sauntrekin sözlərini isə Caved Axtar, Hasan Kamal, Meera Dev Burman, Nida Fazli, Rajendra Krishan və Harivansh Rai Bachchan yazmışdır. Məhəbbət telləri çəkiliş heyəti ilə hələ istehsal mərhələsində olarkən medianın diqqətini çəkmişdir. Filmin üsas çəkilişləri 1980-ci ilin noyabr və 1981-ci ilin may ayları ərzində Amsterdam, Bombay (indiki Mumbay), Dehli və Kəşmirdə aparılmışdır. Bununla belə, film 14 avqust 1981-ci ildəki premyerasından sonra kassada müvəffəqiyyətsizliyə düçar olmuş, cəmi 30 milyon ₹ (2020-ci ildəki ekvivalent ilə 520 milyon ₹ və ya 6,5 milyon ABŞ dolları) gəlir əldə etmişdir. 29-cu Filmfare Mükafatlarında film Ən Yaxşı Aktyor (Amitabh Bachchan), Ən Yaxşı Qadın Aktrisa (Jaya Bachchan) və Ən Yaxşı Musiqi Rejissoru (Şiv-Hari) nominasiyalarına layiq görülmüşdür. Tənqidi baxımdan, hekayəsi və aktyor heyətinin çıxışları üçün mənfi rəylər almışdır.