TEL₁

is.
1. Saçın hər bir dənəsi. Məryəm qara saçlarından üç tel ayırdı. “Əsli və Kərəm”.
// Ümumiyyətlə, saç. Telini daramaq.
– Gülsəhər kəlağayını irəli çəkib, sağ əli ilə telini sığalladı, köksünü ötürdü. Ə.Vəliyev.

// Tük.
Koroğlu durnanın telindən bir dəstə kəsib, Eyvazın papağına sancdı. Koroğlu”.
Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi.

// Alına tökülmüş qısa saç, zülf.
2. Sapa bənzəyən, sap kimi olan hər şey.
Rüstəm kişi … tütünün ətrindən, saçaqlı tellərinin rəngindən xüsusi ləzzət alardı. M.İbrahimov.

// məc. Obrazlı təşbehlərdə işlədilir.
Toğrul otağı dolaşır və Hüsaməddinlə danışmaq istədiyi sözləri seçib fikrinin telinə düzürdü. M.S.Ordubadi.
Mən sevirəm üzərində boy atdığım torpağı; Ürəyimin bir telidir hər otunun yarpağı. Ə.Cəmil.

3. Tar, kamança və s. simi.
Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. A.Səhhət.

4. Məftil, naqil, sim.
Küləyin qüvvəsindən elektrik telləri vıyıldayır, sanki bir faciəni oxşayırdı. T.Ş.Simurq.
Bu gün səhər çəkilib qurtarmış elektrik telləri Yenikəndi bəzəmişdi. M.Hüseyn.

5. məc. Bağ, əlaqə, rabitə.
6. məc. “Ziya”, “şüa” mənasında.
Öpsün torpağını səhər yelləri; Üstündə titrəsin günün telləri. M.Müşfiq.
Günəş öz tellərini yayan kimi düzlərə; Gecə öz sirlərini danışdı gündüzlərə. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TEL I 1. TEL, SAÇ, TÜK 2. tel bax məftil 3. tel bax ləçək 2 II tel bax teleqram
  • TEL saç — zülf — kəkil
  • TEL sap — məftil — sim
TEKTÓNİKA
TEL₃

Digər lüğətlərdə