Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fenakit
Fenakit — mineral, Be2[SiO4]. == Haqqında == Fenakit - Triqonal. Kristalları: romboedrik, bəzən prizmatik. İkiləşmə {100} üzrə. Ayrılma {110} üzrə qeyri-mükəmməl. Aqreqat: druzlar, şüaşəkilli, dənəvər. Rəngsiz, sarı və b. Parıltısı şüşəli. Sərtliyi 7,5. Xüsusi çəkisi 3.
Selkit
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Senhit
Senhit Zadik Zadik (1 oktyabr 1979 Bolonya), Senit ya da Senhit 2011 Eurovision Mahnı Müsabiqəsində San-Mariononu "Stand By" adlı mahnı ilə təmsil edən Eritreya əsilli İtaliyan müğənnidir. 2014-cü ildə Sony Music İtaliya ilə müqavilə imzalayaraq, "Relations" adlı sinqlını təqdim etmişdir. 2021 Eurovision Mahnı Müsabiqəsində San-Mariononu "Adrenalina" adlı mahnı ilə amerikalı repçi Flo Rida ilə birgə təmsil etmişdir.
Tefrit
Tefrit — teralitin effuziv analoqu olub qələvi bazaltoidlərin tipik və çox geniş yayılmış növü. Xarici görünüşünə görə bazalta çox oxşayır, əsas kütlədən və mineral püruzlərdən təşkil olunmuşdur. Püruzlər plagioklaz, piroksen və olivindən, bəzən nefelin və ya analsimdən ibarətdir. Bütöv və ya mandelşteyn teksturla səciyyələnir. Tefrit mineral tərkibi əsas paragenezislərə görə təyin olunur: plagioklaz, monoklinal piroksen, olivin, feldşpatoidlər. Qələvi çöl şpatı, hornblend, biotit də iştirak edə bilər. Aksessor mineralları: apatit və titanmaqnetit. Törəmə mineralları: seolitlər, xlorit, kalsit. Tefrit quruluşu porfir və ya afir, əsas kütlənin quruluşu isə intersertaldır. Sinonim: Nefelinli bazanitoid, linozait, linozit, monsonit, nefelinli dolerit, tefrit-bazalt və b.
Tennis
Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır. == Elementlər == Kort — Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır.
Termit
Termitlər (lat. Isoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. == Termit (ağ qarışqa) inqulinləri == Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.
WebKit
WebKit — KDE qrafik mühitində istifadə olunan KHTML və KJS kitabxana koduna əsaslanaraq Apple tərəfindən hazırlanmış pulsuz veb səhifə nümayişi mühərrikidir. Mənbə kodu LGPL şərtlərinə uyğun olaraq açıqdır, yəni dəyişdirilməmiş və ya dəyişdirilmiş hər hansı bir komponent və ya bütün komponentlər bir şərtlə hər hansı bir məqsəd üçün layihələrdə (kommersiya məqsədli olanlar da daxil olmaqla) istifadə edilə bilər: kitabxanalar və ya onların törəmələri. LGPL altında lisenziyalı açıq mənbə kimi dərc edilməlidir. WebKit 2003-cü ilin iyun ayından bəri macOS-un hər bir nüsxəsi ilə göndərilən "ictimai" çərçivələrin (xüsusi strukturun dinamik kitabxanaları) bir hissəsidir. == Tarixi == 2000-ci ilin noyabrında Apple veb-saytında "Axtarılanlar" bölməsində bir neçə iş yeri peyda oldu. Müraciət edənlərdən internet texnologiyaları haqqında yaxşı biliyə, veb-motorların hazırlanmasında təcrübəyə və s. Başqa sözlə desək, 2000-ci ilin sonunda öz brauzerlərinin hazırlanması barədə qərar qəbul edildi. Mövcud variantları nəzərdən keçirdikdən sonra şirkətin mühəndisləri açıq mənbəli KHTML/KJS mühərriki üzərində qərarlaşdılar və bu mühərriki ən yaxşı hesab etdilər. 2001-ci ildə Apple mühəndisləri KHTML və KJS layihəsinin öz filialını yaratdılar, kitabxanaların öz versiyasını WebCore və JavaScriptCore olaraq redaktə etdilər və orijinalların bütün üstünlüklərini saxlayaraq onları tamamilə yenidən yazdılar. 2003-cü ilin yanvarında Macworld Expo-da Stiv Cobs WebKit-ə əsaslanan Safari veb brauzerini elan etdi.
Tenhi
Tenhi — 1996-cı ildə Finlandiyada qurulmuş melanxolik, neofolk/ambient musiqi qrupudur. Qrupun bəzi mahnılarında jazz və blues janrlarının təsiri hiss olunur. Digər folk qruplarından fərqli olaraq mümkün qədər elektrikli alətlərdən istifadəni məhdudlaşdırmağa çalışır. Finlandiyaya xas yerli musiqini ucaltdığı təbiətlə xarmanlayaraq insanı dərin yalnızlığa qərq edir. Xüsusən soyuq havalarda dinləniləcək qruplardandı.Vokalist Tyko Saarikko mahnıların sözlərini Suomicə (Finlandiya dili, bataqlıq ərazisi) ifa edir. == Qrup adının mənası == 'Tenhi' sözü qədim fin sözü olub kəndin yaşlısı, müdrik yaşlı və ya kahin mənasına gəlir. == Üzvlər == Tyko Saarikko – vokal, gitara, harmonium, piano, zərb alətləri, sintezator, tütək. İlmari Issakainen – gitara, baraban, piano, bass, ikinci vokal. Paula Rantamäk – skripka (live).
Zenit
Zenit (ərəbcə səmtürrəs-baş üstdə uca nöqtə) - müşahidəçinin başı üstündə göy sferinin ən yüksək nöqtəsi, başqa sözlə, müşahidəçinin durduğu nöqtədən qaldırılmış şaquli xəttin göy sferində rast gəldiyi xəyali nöqtədir..
Senki
"Senki" (戦旗, azərb. "Döyüş bayrağı"‎) – 1920-ci illərin sonunda və 1930-cu illərin əvvəlində nəşr olunmuş Yaponiya proletar ədəbi jurnalı. Aylıq nəşr olunurdu. == Tarixi == Jurnal 1928-ci ilin mayından 1931-ci ilin dekabrına qədər nəşr olunmuş və Yaponiyada proletar ədəbiyyatının əsas jurnalına çevrilmişdir. 1930-cu ilin sentyabrına qədər Yaponiya Proletar İncəsənəti Federasiyasının (NAPF) orqanı olmuşdur. "Senki" jurnalının müxalif qarşılığı proletar ədəbi hərəkatının başqa bir fraksiyasının orqanı olan "Bengei Sensen" idi.Jurnalın idarəçiləri, eləcə də, redaktorları Şiqeci Tsuboy və Seyzaburo Yamada idilər. Korehito Kurahara, Şiqeharu Nakano, Takici Kobayaşi, Sunao Tokunaqa və İneko Sata kimi şəxslər jurnala töhfələrini vermişdirlər. Kobayaşinin "Fabrik gəmisi" və Tokunaqanın "Gün işığı olmayan küçə" əsərləri 1929-cu ildə bu jurnalda nəşr olunmuşdur.Jurnalın maksimum tirajı 26.000 olmasına baxmayaq, təşkilat jurnalı fabriklərə, fermalara və məktəblərə payladığı üçün geniş oxucu kütləsi toplamışdır. Jurnal populyarlaşdığı üçün Yaponiya Kommunist Partiyasının üzvlərini tərəfindən redaktə olunmağa başlamış və siyasi jurnala çevrilərək ədəbi əhəmiyyətini itirmişdir. Siyasi tona keçməkdə 1930-cu ilin avqustunda Moskvada olmuş Kuraharanın da böyük təsiri olmuşdur.
Achillea tenuis
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Ageratina tenuis
Ageratina tenuis (lat. Ageratina tenuis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Amblyseius tenuis
Amblyseius tenuis (lat. Amblyseius tenuis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius tenuis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Artemisia tenuis
Artemisia tenuis (lat. Artemisia tenuis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Azərbaycanda tennis
Tennis Azərbaycan üçün yad idman növü olmayıb. Azərbaycana tennisi neft mədənlərində işləyən almanlar və ingilislər gətiriblər. Belə ki, Bakıda ilk dəfə tennis kortu 1907-ci ildə Suraxanıda neft milyonçusu Nobelin bağında qurulub. Bu fakta əsasən də Azərbaycanda tennisin tarixi 1907-ci ildən hesablanır. == Tarixi və inkişafı == İllər ötdükcə Azərbaycanda tennislə məşğul olanalrın sayı artmağa başladı və nəticədə çempionat oyunlarına start verildi. Tennis üzrə ilk Azərbaycan çempionatı 1927-ci ildə keçirilib. İlk Azərbaycan çempionları kişilər arasında P. Mostman, qadınlar arasında isə A. Buravseva olublar. 1928-ci ildə Azərbaycanın tennis üzrə yığma komandası ilk dəfə beynəlxalq yarışlara qatılıb. Birinci Zaqafqaziya Spartakiadasında iştirak edən Azərbaycan komandası, gümüş medala sahib çıxa bilmişdir. 1950–80-ci illəri Azərbaycan tennisinin ən uğurlu dövrü kimi qeyd eləmək olar.
Banksia tenuis
Banksia tenuis (lat. Banksia tenuis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Cynodon tenuis
Barmaqvari çayır (lat. Cynodon dactylon) - qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü. == Sinonim == Agrostis bermudiana Tussac. ex Kunth [Invalid] Agrostis filiformis J.Koenig ex Kunth [Invalid] Agrostis linearis Retz. Agrostis stellata Willd. Capriola dactylon (L.) Kuntze Capriola dactylon var. maritima (Kunth) Hitchc. Chloris cynodon Trin. [Illegitimate] Chloris maritima Trin. Chloris paytensis Steud.
Dorstenia tenuis
Dorstenia tenuis (lat. Dorstenia tenuis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Emilia tenuis
Emilia tenuis (lat. Emilia tenuis) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Erigeron tenuis
Erigeron tenuis (lat. Erigeron tenuis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Erimyzon tenuis
Erimyzon tenuis (lat. Erimyzon tenuis) – catostomidae fəsiləsinin erimyzon cinsinə aid balıq növü. == Mənbə == Fenner, Robert M.: The Conscientious Marine Aquarist. Neptune City, Nueva Jersey, Estados Unidos : T.F.H. Publications, 2001. Helfman, G., B. Collette y D. Facey: The diversity of fishes. Blackwell Science, Malden, Massachusetts,Estados Unidos , 1997. Hoese, D.F. 1986: . A M.M. Smith y P.C. Heemstra (eds.) Smiths' sea fishes. Springer-Verlag, Berlín, Alemania. Maugé, L.A. 1986.
Hofmeisteria tenuis
Malperia (lat. Malperia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Malperia tenuis S.WatsonSinonim Hofmeisteria tenuis (S.Watson) I.M.Johnst.
Malperia tenuis
Malperia (lat. Malperia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Malperia tenuis S.WatsonSinonim Hofmeisteria tenuis (S.Watson) I.M.Johnst.
Stenkil sülaləsi
Stenkil sülaləsi İsveçi idarə etmiş ikinci tarixi sülalədir. Sülalənin üzvləri əvvəllər Qərbi Qotlandiya qrafları idilər. Sülalənin üzvü olan Stenkil Münsö nəslindən olan son kral Emund'un qızı ilə evlənərək hakimiyyəti ələ aldı. == Kralları == == Sonrakı tarix == Stenkil sülaləsinin hakimiyyətinin sona çatmasından sonra Erik sülaləsi və Sverker sülaləsi arasında hakimiyyət mübarizəsi başladı.
Stolüstü tennis
Stolüstü tennis və ya Pinq Ponq, 2 və ya 4 oyunçunun bir-birlərinə topu irəli geri vurmasıyla oynanan bir oyundur. == Tarixçəsi == Bu idmanın salon tennisi adıyla bilinən ən köhnə şəkli 1880-ci illərdə Hindistan və Cənubi Afrika dakı İngilis ordu zabitləri tərəfindən oynanardı. Siqar qutularının qapaqlarını raketka, yuvarlaşdırılmış şərab şüşəsi probkalarını da top olaraq istifadə edərdilər. Tor kimi də kitabları istifadə edirdilər. 1890-cı illərdə İngiltərədə bu oyunun digər versiyaları inkişaf etdirildi. Bunlar "whiff whaff" və "gossima" kimi dəyişik adlara sahib idilər və Parker Brothers firması masaya qurula bilən portativ tor, üstü torlu kiçik bir top və miniatür raketkalardan ibarət olan salon tennisi avadanlığı satmağa başladı. 1900-cü ildə Amerikanı ziyarət edən İngilis Jeyms Qib (James Gibb), dönərkən yanında bəzi içi boş selüloid toplardan gətirdi və yoldaşlarıyla salon tennisini bu topları istifadə edərək oynamağa başladı. Qib, topun raketkaya və masaya çarpdığı zaman çıxardığı səsi təmsil edən "ping pong" adını işlətməyə başladı. Lakin 1901-ci ildə İngilis idman avadanlığı istehsalçısı olan Jon Jakves (John Jacques) "Ping Pong" adını öz adına qeydiyyat etdirdi və bu adın Amerika haqqlarını Parker Brothers firmasına satdı. Onlar da yeni avadanlığlarını bu adla çıxardılar.
Tanqıt
Tanqıt — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda 190 nəfər əhali yaşayır.
Təndir
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Tənlik
Tənlik — məchulu olan bərabərlik. Dəyişənin (dəyişənlərin) tənliyi doğru bərabərliyə çevirən qiymətinə (qiymətlərinə) tənliyin kökü deyilir. == Qaydalar == Həqiqi ədədlər meydanında verilmiş tənlik üzərində aşağıdakı çevirmələrdən hər hansı biri aparılarsa, onunla eynigüclü olan tənlik alınar: Tənliyin hər tərəfinə eyni ədədi əlavə etmək olar. Tənliyin hər tərəfindən eyni ədədi çıxmaq olar. Tənliyin hər tərəfini 0-dan fərqli eyni ədədə vurmaq olar. Tənliyin hər tərəfini 0-dan fərqli eyni ədədə bölmək olar. == Növləri == === Birməchullu tənlik === Bir məchulu olan tənliklərə deyilir. Nümunə: x + 1 = 4 , x 2 + 3 = 2 x , 3 x = 9 {\displaystyle x+1=4,~x^{2}+3=2x,~3^{x}=9} === İkiməchullu tənlik === İki məchulu olan tənliklərə deyilir. Məsələn, a, b, c hər hansı ədədlər, x və y məchul olduqda, ax+by=c tənliyində x və y məchul olduqlarına görə ikiməchulludur.
Tənqid
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. == İnsan nə üçün tənqid edir? == Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar.
Ləkit
Ləkit Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ləkit kəndi qədim tarixə malikdir. Onun yaşının ən azı 2000 il olması sübut olunmuş fakt hesab oluna bilər. Belə ki, Ləkit kəndinin adı qonşu Qum kəndi ilə birlikdə qədim yunan tarixçilərinin əsərlərində çəkilir. Bu kəndlərdə mövcud olan, qədim albanlara aid edilən məbədlərinin qalıqları da bunu sübut edir. Ləkit sözünün də qədimdə həmin ərazidə yaşamiş "lək" ("leq") tayfalarının adından götürüldüyü güman edilir. Tarixin müxtəlif zamanlarında iri yaşayış məskəninə çevrilən kənddə bəzi vaxtlarda 1000-ə qədər ev olduğu bildirilir. == Toponimikası == Kənd dağətəyi ərazidə yerləşir. Kəndin ərazisində VI əsrdə tikildiyi müəyyən edilən və hal-hazırda dağınıq halda olan, Qafqaz Albaniyasına aid xristian məbədi - Ləkit məbədi yerləşir. Bəzi tədqiqatçılar bu coğrafi adı Böyük Qafqaz dağlannm cənub ətəklərində (əsasən, Samurçay hövzəsində, o cümlədən Qafqaz Albaniyasında) yaşamış qəd.
Təkin
Təkin — ad, soyad. Təkin Alp — Təkin Arıburun — Təkin Bingöl — Təkin Dərəli — Bülent Tekin — Kürd yazıçı. Gürsel Tekin — Türk siyasətçi.Harun TəkinHarun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Ərkit
Ərkit – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərkit kəndi «„Ərkit kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azәrbaycan türkləri və Tabasaranlılar. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 608 nəfər təşkil etmişdir. == Yerləşməsi == Xuçni kəndindən 6 km şərqdə yerləşir.
Bircins tənlik
Bircins tənlik f {\displaystyle f} funksiyası bircins funksiya olduqda f ( x 1 , x 2 , … , x n ) = 0 {\displaystyle f(x_{1},x_{2},\dots ,x_{n})=0} şəklində tənlik. Əgər f ( λ x 1 , λ x 2 , … , λ x n ) = λ m ⋅ f ( x 1 , x 2 , … , x n ) {\displaystyle f(\lambda x_{1},\lambda x_{2},\dots ,\lambda x_{n})=\lambda ^{m}\cdot f(x_{1},x_{2},\dots ,x_{n})} olarsa, ( λ ∈ R , m ∈ N ) {\displaystyle (\lambda \in R,m\in N)} f {\displaystyle f} funksiyasına m {\displaystyle m} tərtibli bircins funksiya deyilir. x 1 = x 1 ( t ) , x 2 = x 2 ( t ) , … x n = x n ( t ) , {\displaystyle x_{1}=x_{1}(t),x_{2}=x_{2}(t),\dots x_{n}=x_{n}(t),} olarsa, verilən bircins tənlik birdəyişənli olur. Əgər f {\displaystyle f} funksiyası çoxhədlidirsə,bu çoxhədlinin bütün hədlərinin qüvvətləri m {\displaystyle m} -ə bərabər olur. Məsələn, 3 2 t − 5 ⋅ 6 t + 6 ⋅ 2 2 t = 0 {\displaystyle 3^{2t}-5\cdot 6^{t}+6\cdot 2^{2t}=0} tənliyi x = 3 t {\displaystyle x=3^{t}} və y = 2 t {\displaystyle y=2^{t}} dəyişənlərinə görə 2 tərtibli bircins tənlikdir. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.