TƏMKİN

is. [ ər. ]
1. Özünü ələ ala bilmə bacarığı, soyuqqanlılıq, özünü itirməmə; ciddilik, ağırlıq, vüqar.
Yazıçı heç zaman öz müvazinətini, təmkin və sakitliyini itirmir. M.İbrahimov.
[Fərman və Cəmilin] danışıqlarında, hərəkətlərində bir təmkin nəzərə çarpırdı. Ə.Sadıq.

2. Təmkinlə şəklində zərf – vüqarla, ciddi surətdə, özünü itirməyərək, soyuqqanlılıqla, öz halını pozmadan.
Qafar təmkinlə öz fikrini anlatdı. Ə.Sadıq.
Mürsəl nə qədər odlu danışırdısa, Ataş bir o qədər toxdaq və təmkinlə cavab verməyə can atırdı. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏMKİN təmkin bax 1. vüqar; 2. səbir I
  • TƏMKİN mətanət — səbir — dözüm — möhkəmlik
  • TƏMKİN ağırlıq — vüqar — ciddilik
TƏMİZÜRƏKLİ
TƏMKİNLİ
OBASTAN VİKİ
Təmkin (şair)
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi. == Həyatı == Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar. 1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır. Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir. 18 may 2014-cü ildə vəfat etmişdir.
Təmkin Xəlilzadə
Təmin Xəlilzadə (6 avqust 1993[…], Bakı) — Azərbaycan futbolçusu. II Liqa təmsilçisi "Füzuli"-də çıxış edir. Azərbaycan milli futbol komandasının üzvü olub. == Həyatı == Təmkin Xəlilzadə kiçik yaşlardan futbolla məşğul olmuşdur.İlk məşqlərə Binəqədi qəsəbəsində Elbrus müəllimin rəhbərliyi altında çıxmışdır.Rəsmi matçına 2012-ci ildə Qarabağ-Xəzər L oyunu ilə başlanğlc verib daha sonra Azal və Qəbələ kimi klublarda çıxış edən futbolçu sonra Sabah FK-da çıxış edib. Milli komandanın üzvü olub. Seçmə mərhələdə Xorvatoyanın qapısına qol vurmaqla komandaya qələbə qazandırıb. Ümumilikdə millidə 17 matça çıxıb və 3 qol vurub. 2022-ci ildə Sabah ilə müqaviləsi başa çatan T.Xəlilzadə 1 il klubsuz qaldıqdan sonra 2023-cü ildə II Liqa təmsilçisi "Füzuli" klubu ilə anlaşıb. Müqaviləyə görə Xəlilzadə yalnız oyundan-oyuna yeni kollektivinin düşərgəsinə qoşulacaq və forma geyinəcəyi hər qarşılaşmaya görə 200 manat maaş alacaq.

Digər lüğətlərdə