Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tintin Amerikada
Tintin Amerikada - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 3-cü hissəsidir.
Tintin Konqoda
Tintin Konqoda - Belçikalı yazıçı Erjenin yaratdığı Tintin macəraları komiksinin 2-ci seriyası. Seriyanın qəhrəmanı gənc qəzet müxbiri Tintindir. Bu macəra 1930-cu ilin 5 iyunundan 1931-ci ilin 11 iyununa qədər Belçikanın "Le Petit Vingtième" qəzetində ("Le Vingtième Siècle" qəzetinin uşaq əlavəsi) yayımlanmışdır. 1931-ci ildə ağ-qara albom şəklində yayımlanmışdır. 1946-cı ildə rəngləndirilmiş, 1975-ci ildə dəyişikliyə uğramışdır. == Mövzu == "Tintin Konqoda" Tintin macəralarının ikinci seriyasıdır. Hekayənin əvvəlində Tintin və Milu Belçika Konqosuna (o dövrdə Konqo Belçikanın müstəmləkəsi idi) gedən gəmidədirlər. Milu gəmidə olarkən bir neçə qəza keçirir, amma sonda Konqoya yetiçirlər. Limanda onlar bir maşın kirayəyə alırlar və Koko adlı uşağı özləri üçün bələdçi seçirlər. Konqonun daxili bölgələrinə doğru irəliləyirlər və tək olmadıqlarını hiss edirlər.
Tintin Tibetdə
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Tintin macəraları
Tintin macəraları (fr. Les Aventures de Tintin) — Belçikalı Erje tərəfindən yaradılmış komiks. XX əsrin ən məşhur komikslərindən biridir. Komiks əsasında çəkilmiş serial 50 dilə tərcümə olunmuşdur Komiksin qəhrəmanı jurnalist və səyyah olan gənc Tintindir. Macəralarında ona sadiq iti Milu, dostu kapitan Heddok və digər personajlar kömək göstərirlər. Bu komiksin "ligne claire" tərzində olması, gözlənilməz hadisələri böyük rəğbət qazanmışdır. Hadisələr bir çox janrı əhatə edir: kriminal, elmi, fantaziya və s. Tintin Belçikanın paytaxtı və Erjenin doğum yeri olan Brüsseldə yaşayır. Bu faktı Tintinin Brüsselə geri qayıtdığı deyilən "Tintin SSRİ-də" və dostu Çanqın Tintin üçün məktubunu Brüsselə göndərdiyi danışılan "Tintin Tibetdə" kitabında görmək olar. Digər kitablarda da bununla bağlı faktlar tapmaq mümkündür (Brüsselin tanınmış yerləri, maşın seriya nömrələri və s.).
Tintin SSRİ-də
Tintin Sovetlər ölkəsində - Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. Tintin macəralarının birincisidir. 20 yanvar 1929-cu ildən 11 may 1930-cu ilə kimi "Le Petit Vingtième" yayımlanmışdır. == Mövzu == Tintin sadiq iti Milu ilə birlikdə işlədiyi qəzetdən iş üçün SSRİ-nin paytaxtı Moskvaya göndərilir. Onun mindiyi qatar Rusiya gizli polis təşkilatı tərəfindən partladılır və bu "qəza"nın müqəssirinin Tintin olduğunu iddia edirlər. Tintin həbsxanaya göndərilir, amma polisdən yayınaraq oradan qaça bilir. Daha sonra maşın oğurlayır və Moskvaya çatmazdan qabaq başına bir neçə hadisə gəlir. Burada o, SSRİ-nin silah gücü ilə insanlara səs verdirtdiyini və boş fabrikaların sadəcə əcnəbiləri aldatmaq üçün tikildiyini görür. Həmçinin SSRİ-nin sadəcə kommunist olan gəncləri işlə təmin etdiyini öyrənir. Tintin Moskvanın buğda cəhətdən aclıq çəkdiyini, beləcə SSRİ liderlərinin kommunist maskası altında tarlaları talan etmək fikirlərini görür.
Tintin Sovetlər ölkəsində

Tintin Tibetdə (kitab)
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Tintin Tibetdə (komiks)

Tintin və Pikarolar
Tintin və Pikarolar - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 23-cü hissəsidir.
Tintin Tibetdə (qrafik roman)
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Tintin və Alf-Art
Tintin və Alf-Art - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 24-cü və son hissəsidir.
Tiyamin
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. == Faydaları == B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. == Defisit fəsadları == Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
Tiamin

Timati
Timur Eldaroviç Yunusov, Timati (rus. Тимати; 15 avqust 1983, Moskva) — rus hip-hop sənətçisi, prodüser, aktyor və biznesmendir. YUNESKO-nun dəstəyi ilə Moskva Beynəlxalq Fondunun Qəyyumlar Şurasının üzvüdür. == Həyatı == 15 avqust 1983-cü ildə Moskvada anadan olub. Valideynləri - atası İldar Vaxitoviç Yunusov (1960-cı il təvəllüdlü) - iş adamı; anası Simon Yakovlevna Yunusova (1959-cu il təvəllüdlü). Tatar və yəhudi köklərinə malikdir. Sənətkarın özü, "Moskovskiy Komsomolets" qəzetinə verdiyi müsahibədə: "Çox varlı valideynlərim var" deyərək dedi: "Atam məni elə bir şəkildə böyütdü ki, özüm hər şeyə nail olum." 1998-ci ildə 14-15 yaşlarında Timati (daha sonra Timotey) "VIP77" qrupunu təsis etdi. 2000-ci ildə Decl üçün MS kimi çalışdı. A. Puşkin adına Dövlət Muzeyində gənc sənətşünaslar klubunu bitirib. 2004-cü ildə "Ulduz Fabriki 4" layihəsində iştirak etmişdir.
İzatin
İzatin -Tribulin kimi də tanınan izatin, C8H5NO2 kiimyəvi formullu indoldan əldə edilən üzvi birləşmədir. Bu birləşmə ilk dəfə 1840-cı ildə Otto Linné Erdman[1] və August Laurent[2] tərəfindən indiqo boyasının nitrat və xrom turşuları ilə oksidləşməsi nəticəsində əldə edilmişdir. İzatin, Couroupita guianensis[3][4] cinsindən İzatis cinsinin bitkilərində, həmçinin insanlarda adrenalinin metabolik törəməsi kimi tapılan təbii məhsuldur.[5] Qırmızı-narıncı toz kimi görünür və o, adətən antitumorallar,[6] virus əleyhinə,[7] anti-HİV[8] və vərəm əleyhinə maddələr daxil olmaqla, geniş çeşidli bioloji aktiv birləşmələrin sintezi üçün tikinti bloku kimi istifadə olunur.[ 9] İzatin nüvəsi həmçinin “Maya mavisi” və “Maya sarısı” boyalarına rəng vermək üçün istifadə olunur.[10] Mündəricat == Sintez == === Sandmeyer metodologiyası === Sandmeyer metodologiyası izatinin sintezi üçün ən qədim və sadə üsuldur.[11] Metod, α-izonitrozoasetanilidinin sintezi üçün tətbiq olunur. Reaksiya natrium sulfatda hidroksilamin və xlorid turşusunun iştirakı ilə xloral hidrat və ilkin arilamin (məsələn, anilin) arasında qarşılıqlı təsirlə gedir. Güclü turşuların (məsələn, sulfat turşusu) təsir etdiyi bu reaksiya nəticəsində >75% çıxımla izatin sintez olunur. === Stolle metodologiyası === Stolle proseduru həm əvəzlənmiş, həm də əvəz olunmamış izatinlərin sintezində Sandmeyer metodologiyasına ən yaxşı alternativ hesab olunur.[12] Bu halda birincili və ya ikincili arilaminlər oksalil xlorid ilə kondensasiyasından xlorooksalilanilid aralıq məhsulu əmələ gəlir, sonra Lyuis turşusunun (məsələn, alüminium trixlorid, titan tetraxlorid, bor trifluorid və s.) iştirakı ilə tsiklləşə bilər. === Digər prosedurlar === N-əvəz edilmiş izatinlərin sintezinə daha yeni yanaşmalar kommersiyada mövcud olan əvəz edilmiş indolların və ya oksiindolların müxtəlif oksidləşdirici maddələrlə birbaşa oksidləşməsini nəzərdə tutur. === Reaktivlik === Aromatik halqanın, keton və γ-laktam hissəsinin olması izatinə həm elektrofil, həm də nukleofil kimi istifadə olunması üçün nadir potensial verir. Həqiqətən də o, N-əvəzetmələri, elektrofilik reaksiyalar kimi çoxlu sayda reaksiyalara məruz qalır: fenil həlqəsinin C-5 və C-7 mövqelərində aromatik əvəzetmə, C-3 karbonil qrupuna nukleofil əlavə, oksidləşmə, üzüklərin genişlənməsi. Bu unikal reaktivliyə görə izatin üzvi sintezdə ən qiymətli tikinti bloklarından biri hesab olunur.
Tiramin (Azərşəhr)
Tiramin (fars. تيرامين‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2 nəfər yaşayır (1 ailə).
Teatin kilsəsi
Müqəddəs Kayetan və Adelaida adına Teatin kilsəsi (alm. Theatinerkirche St. Kajetan und Adelheid‎) — Almaniyanın cənubunda, Bavariyanın Münhen şəhərində yerləşən katolik kilsəsidir. 1663-cü ildən 1690-cı ilə qədər tikilmiş kilsənin əsası 1662-ci ildə Bavariya kürfürstü Ferdinand Mariya və onun həyat yoldaşı Savoyyalı Henrietta Adelaida tərəfindən, çoxdan doğulmasını gözlədikləri oğulları Maksimilianın şərəfinə qoyulub. İndi Dominikan keşişləri tərəfindən idarə olunan kilsə həm də Müqəddəs Kayetanın Dominikan monastırı kimi tanınır. Kilsə Romadakı Sant Andrea della Valledən ilhamlanaraq, italyan memar Aqostino Barelli tərəfindən dizayn edilmiş, barokko üslubunda inşa edilmişdir. Memar Enriko Zukkalli kilsəyə əvvəlcə planlaşdırılmayan 66 metr hündürlüyündə iki qüllə əlavə etdi və sonra 1690-cı ildə 71 metr hündürlüyündəki günbəzi bitirdi. Kilsə 72 metr uzunluğunda və 15,5 metrdir. Rokoko üslubunda fasad 1768-ci ildə Fransua de Küvilye tərəfindən hazırlandı. Onun Aralıq dənizi stilindəki görünüşü və sarı rəngi şəhərin məşhur simvoluna çevrildi və Cənubi Alman Barokko memarlığına çox təsir etdi.
Nikoletta Tinti
Nikoletta Tinti (22 may 1979) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Nikoletta Tinti İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Viktor Tatin
Viktor Taten (10 iyul 1843, Paris – 18 aprel 1913, Paris) — 1879-cu ildə ilk təyyarə modelinin yaradıcısıdır. Bu təyyarə öz gücündən istifadə etməklə pist üzərində hərəkətlənib havaya qalxan ilk model hesab olunur. Bu modelin qanad genişliyi 1.90 m, çəkisi isə 1.8 kq bərabər idi. Model iki pərvanə və sıxılmış hava mühərriki ilə təchiz olunmuşdu. Bu mini təyyarə Parisin Chalais-Meudon bölgəsindəki hərbi bazanın dairəvi uçuş-enmə zolağında mərkəzi nöqtəyə uçurulurdu. Öz gücüylə hərəkətə gəlməklə 8m/san sürətlə havaya qalxırdı. 1890-97 aralığında Taten və Çarlz Rişet buxar gücüylə çalışan və qanad genişliyi 6.6 m çatan yeni modeli ərsəyə gətirdilər. Bu modeiln çəkisi 33 kq çatırdı, bununla yanaşı ön və arxa pərvanələri var idi. Onlar bu modeli 140 m məsafə boyunca 18m/san sürətlə uğurla uçurmağa nail olur. Titan 1902-03-cü illərdə Mauris Malletlə Henri Deutş de la Meurte üçün Ville de Paris adlı zeplin ərsəyə gətirilməsi məqsədilə əməkdaşlıq edir.
Tikotin Yapon İncəsənəti Muzeyi
Tokotin Yapon İncəsənəti Muzeyi (ivr. ‏מוזיאון טיקוטין לאמנות יפנית‏‎) – İsrailin Hayfa şəhərində, Karmel dağının təpəsində yerləşən yapon incəsənəti muzeyi. Orta Şərqdə yapon incəsənətinə həsr olunmuş yeganə muzeydir. Muzey 1960-cı ildə kolleksiyaçı Feliks Tikotin və Hayfa şəhərinin meri Abba Huşi tərəfindən yaradılmışdır. == Tarixi == Feliks Tikotin yapon incəsənətinin kolleksiyaçısı olan yəhudi olmuşdur. O, topladığı kolleksiyalarla bir çox muzeydə yapon incəsənəti sərgiləri təşkil etmişdir. İkinci dünya müharibəsi zamanı nasistlərdən qaçmış və kolleksiyasını Niderlandda gizlətmişdir. Müharibədən sonra kolleksiyasını İsrailə gətirməyə qərar vermiş və 1956-cı ildə İsrailə gələrək kolleksiyasını muzeylərindən birinə bağışlamışdır. Hayfa şəhərini ziyarət edərkən şəhərin meri Abba Huşi ilə görüşmüş və Hayfada yapon incəsənəti muzeyi qurmaq qərarına gəlmişdir.Tikotin Niderland, Belçika, Fransa, İngiltərə və Yaponiyaya səyahət edərək ideyası üçün dəstək axtarmışdır. O, Natake Asano kimi muzey direktorlarından, Tokio İncəsənət Universitetindən Çisaburo Yamada kimi akademiklərdən və Viktor Suzuki kimi ruhani liderlərdən kömək almışdır.
Kainatın eraları
Kainatın infişafının ümumi qanunauyğunları kosmoloji modellərin qurulmasına imkan verir. 0.(Kainat sinqulyar haldadır). Böyük partlayış. 10-43 san.(on üstü 43 oxuyun) sonra. Plank dövrü (erası). Plank anı, bu zaman qravitasiya qarşılıqlı təsiri ayrılır. Bu vaxt Kainatın ölçüsü 10-35 м (on üstü 35) olmuşdu, buna Plank uzunluğu deyilir. 10-37 san. müddəti kainatın infilyasiya genişlənməsi adlanır 10-35 san. (on üstü 35) Böyük birləşmə erası: Güclü və elektrozəif qarşılıqlı təsirlər ayrılır.
Kainatın yaşı
Riyazi elm ilə məşğul olan hər kəs Kainatımızın təxminən 13.82 milyard il yaşında olduğunu biləcəklər. Müqayisə edilməsi üçün Günəş sisteminin yaşı 4.6 milyard il, Dünyanın yaşı 4.53 milyard il, canlılığın yaşı 3.9 milyard il, çoxhüceyrəli həyatın yaşı 1 milyard il, ilk onurğalıların yaşı 375 milyon il, ilk primatların yaşı 47 milyon il, ilk insansının yaşı 6 milyon il, ilk insan növünün (Homo sp.) yaşı 2 milyon il, növümüzün yaşı isə 200.000 ildir. Ancaq Kainatın yaşının necə hesablandığı bir çoxlarının bilmədiyi bir mövzudur. Hər nə qədər yenə məşhur səviyyədə fizikayla maraqlanan biri, Kainatın yaşının hesablanmasında “qırmızıya sürüşmə” və ya “Kainatın genişlənmə sürəti” kimi anlayışlara müraciət etmiş olsalar da, bunların riyazi olaraq hesablanmasının necə istifadə edildiyini bir çox adam bilməyəcək. İlk olaraq, Kainatın yaşını hesablaya bilmək üçün Kainatımızın genişlənməkdə olan bir quruluş sahib olduğunu qəbul etməliyik. Bu, əlimizdəki bütün müşahidələrlə uyğun bir iddiadır və Habbl qanunu, qalaktik çoxluqların bir-birindən uzaqlaşmış olmasını birbaşa isbatlamağımızı təmin edir. Ayrıca bu məlumat parçası, Kainatımızın keçmişdə bu günə nisbətən daha kiçik olduğunun göstəricisidir. Bu vacibdir, çünki hesablarımızı buna istinad etmək məcburiyyətindəyik. Kainatın yaşını hesablaya bilmək üçün kainatın görünən genişlənmə sürətinin (bu anda qalaktika çoxluqlarının bir-birindən uzaqlaşma miqdarının) Kainatın tarixi boyunca sabit olduğunu güman edə bilərik. Əlbəttə ki, bu doğru deyil və belə bir fərziyyə hesabımıza bir miqdar səhv qatacaq, ancaq yenə də hesabları asanlaşdırması baxımından faydalı bir fərziyyə olduğunu deyə bilərik.
Titanın sirenaları
Titanın sirenaları (ing. The Sirens of Titan) - Kurt Vonnequtun 1959-ci ildə nəşr olunmuş romanı. == Məzmun == "Titanın sirenaları" zamanın, məkanın və insan şüurunun tən ortasından keçməklə onları bir-birinə birləşdirən və bəşər övadının keçmiş təcrübələrinə əsaslanan kosmik əsərdir. Yerin ən zəngin insanı Malaki Konstant, kosmik səyahətlər vasitəsi ilə müxtəlif yeni və ecazkar dünyalara səyahət etmək şansı əldə edir. Səyahət müddəti ərzində gözəl bir qadın, B, ona həmdəm olur. Sirlərlə dolu Vinston Nayls Rumfurd bir göz qırpımında Günəş sistemini gəzib dolaşır. Belə sadə təqdimatda görünməyən və yalnızca ABŞ yazıçısı Vonnequtun təxəyyülü ilə həyat qazana bilən bu kosmik macəra, təkcənə insan həyatının və cəmdə bəşər övladının həyatının mənası və bütün fəaliyyətlərinə quşbaxışını təmin edir.Əslində əsərin adı bir qədər düşündürür, çünki hadisələrin ən əsas və maraqlı hissəsi Mars planetində cərəyan edir. Romanın adında isə ən əsas tərəf "Titan"dır. Titan isə Saturn planetinin peykidir. Daha dəqiq, Titan Saturnun ən böyük peykidir.
Kainatın Fridman modeli
Fridman nəzəriyyəsi (A.A.Fridman) - kainatın inkişaf istiqamətinin təyini üçün istifadə olunan nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən Kainatın sıxlığının verilmiş qiymətində Kainat ya məkana görə sonsuz, ya da sonlu ola bilər. == Tarixi == 1916-cı ildə A.Eynşteyn ümumi nisbilik nəzəriyyəsində zaman və məkan xassələrinin Kainatda materiyanın paylanması və hərəkətindən asılı olduğunu isbat etdi. Bununla da, zaman-məkan xassələrinin Nyuton mexanikasında təsvir edildiyi qədər də sadə və bəsit olmadığı müəyyən edildi. Yeni nəzəriyyəyə əsasən kütləsi böyük olan cazibə mərkəzləri yaxınlığında zamanın sürəti yavaşıyır. A.Eynşteyn, nisbilik nəzəriyyəsinin müddəalarını Kainatın izotrop, bircins və stasionar modelini qurmaq üçün tətbiq edir. Sonuncu model səhv olduğundan Eynşteyn bir nəticə ala bilmir. 1922-ci ildə rus riyaziyyatçısı A.A.Fridman isbat etdi ki, ümumi nisbilik nəzəriyyəsinə əsasən Kainatın zamana görə dəyişən qeyri-stasionar modelini almaq mümkündür. Bununla da, Fridman müasir kosmoloji nəzəriyyələr üçün riyazi özül yaradır. == İzahı == Ümumi nisbilik nəzəriyyəsinə görə böyük miqyaslarda məkanın xassələri maddənin orta sıxlığından asılı olur.
Kainatın böyüməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bu günkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər,daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kainatın genişlənməsi nəzəriyyəsi

Tıvanın inzibati bölgüsü
== İnzibati-ərazi bölgüsü == «Tıva Respublikasının inzibati-ərazi quruluşu haqqında» Tıva Respublikasının Qanununa əsasən bölgəyə aşağıdakılar daxildir: 2 respublika tabeliyindəki şəhər (şəhər rayonları) 17 kojuun (bələdiyyə əraziləri) və onların tərkib hissələri 3 kojuun (rayon) tabeliyindəki şəhərlər (şəhər qəsəbələri) 1 şəhər tipli kojuun (rayon) tabeliyində qəsəbə (şəhər qəsəbəsi) 120 sumon (kənd yaşayış məntəqələri).Tıva Respublikasının Konstitusiyasına görə, Rusiya Federasiyasının tabeçilinə 17 kojuuun (bələdiyyə ərazisi), 2 şəhər dairəsi, həmçinin digər yaşayış məntəqələri (kənd və şəhər) daxildir == İnzibati bölgü == Respublikanın quruluşunun tərkib hissəsi olaraq 1 yanvar 2016-cı il tarixinə görə Tıvanın inzibati ərazi vahidləri hüdudlarında 143 inzibati birləşmə daxildir: 2 şəhər dairəsi, 17 inzibati rayon (kojuun) 4 şəhər qəsəbəsi, 120 kənd yaşayış məntəqəsi (sumon). == Tarixi == === Tıva Sin imperiyasının tərkibində === XVIII əsrin ortalarında, Çinə aid olan müasir Tıvanın ərazisi 4 inzibati vahidə - koşunlara (kojuun) bölündü: Tesinqol (ya da Oyunnar), Tocinur (Tocixoşun), Hemqol (Salçak) və Xubsuqol (Xasut). 1808-ci ildə Xeçik xoşunu qurulur. 1878-ci ildə Xubsuqol xoşunu Şimali Monqolustana verildi. 20-ci əsrin əvvəllərində xoşunların sayı 7-ə çatdı: Beyşe-Xoşun, Daa-Xoşun, Maadi, Oyunnar, Salçak, Tocin və Çoodu. İnzibati olaraq bütün Tıva torpaqları Şimali Monqolustan general qubernatoruna tabe idi. Xoşunlar sumon və arbanlara bölünürdü. === Müstəqil Tıva === 1921. Tıva 7 xoşuna bölünür: Beyse-Xoşun, Daa-Xoşun, Maadi, Oyunnar, Salçak, Tocin, Şalık-Sartıl. 1923.
Kainatın istilik ölümü
Kainatın istilik ölümü, həmçinin Böyük Donma (ing. Big Freeze) — termodinamikanın ikinci qanununun bütün Kainata ekstrapolyasiyası əsasında 1865-ci ildə alman fizik Rudolf Klauzius tərəfindən irəli sürülmüş fərziyyə. Klauziusun fikrincə, zaman keçdikcə kainat nəhayət termodinamik tarazlıq vəziyyətinə və ya “termal ölüm” (istənilən qapalı termodinamik sistemin son vəziyyətini təsvir edən termin) vəziyyətinə gəlməlidir. Əgər Kainat düz və ya açıqdırsa, o, əbədi olaraq genişlənəcək və belə bir təkamül nəticəsində onun “istilik ölümü” vəziyyətinə çatacağı gözlənilir. Əgər kosmoloji konstant müsbət olarsa, son müşahidələrin göstərdiyi kimi, kainat sonda maksimal entropiya vəziyyətinə yaxınlaşacaq..