Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tomarlı
Tomarlı — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kəndin keçmiş adı Vanazadır (erm. Վանազա). 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazisinin qədim yaşayış yeri olması fikrini söyləmək münkündür. Vanaza kəndində XVIII əsrin 40-cı illərinə qədər ermənilər yaşamışdır. Kənd 1744-cü ildə Nadir şah Əfşarın bölgəyə hücumu zamanı dağıdılmış və XIX əsrin əvvəllərinə qədər təxminən 55 il boş qalmışdır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazın işğalına başlaması ilə 1801-1804-cü illərdə Borçalı mahalından və Naxçıvan qəzasından sıxışdırılaraq qovulan azərbaycanlılar bu kənddə məskunlaşmışdır. == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 47 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 8 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2016-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 nəfər əhali yaşayır.
Toparlı
Toparlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimalda, Şirak kanalının qırağında yerləşir. Erməni mənbələrində Taparlı kimi də qeyd edilir. 31 dekabr 1937-ci ilə qədər Leninakan rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. == Toponimi == Toponim "yığcam", "toplu" mənasında işlənən toparlı sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hatsik qoyulmuşdur.1945-ci ildə kənd ermənicə Hatsik adlandırılmışdır. Taparlı kəndin əsasını qoymuş tayfanın adıdır.
Karlıq
Eşitmə itkisi — eşitmə itkisi və ya karlıq , səsləri qəbul etmə qabiliyyətindəki tam ya da qismi bir azalmanı ifadə edir. Bir çox bioloji və ekoloji səbəblərə bağlı olaraq inkişaf edən eşitmə itkisi , səs qəbul etmə bacarığına sahib bütün canlılarda ortaya çıxa bilər. Səslərin tezliyini ifadə etmək üçün Hertz vahidi istifadə edilir. Qüsursuz bir insan qulağı 20-20.000 Hz arasındakı səsləri eşidir. Məsələn insan səsinin tezliyi 500–5000 Hz arasındadır. Səslərin şiddəti isə desibel ilə göstərilir. 80 dB üzərində ki səslərə uzun müddət məruz qalmaq eşitmə itkisinə səbəb ola bilər. 130 dB və üzərindəki səslər qulaqlarda fiziki ziyana səbəb ola bilər. [1] 80 dB'ye nümunə olaraq iş maşınlarının çıxardığı səs-küy , 130 dB-ə nümunə olaraq reaktiv təyyarəsi mühərriki nümunə verilə bilər. == Səbəbləri == İnsanlarda eşitmə itkisinin başlıca səbəbləri bunlardır : Keçiricilik Qabiliyyəti problemləri Tıxanmış xarici qulaq kanalı (qulaq kiri vs.
Bek-vokallıq
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Bek vokallıq
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Aşkarlıq Aynasında (1989)
Aşkarlıq aynasında qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. == Məzmun == Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. Gözəl qədim binalar, əsrin əvvəlinə aid olan arxitektura, müasir prospekt və meydançalar, eyni zamanda minlərlə insan yaşayan gecə "samostroyka daxmaları" kinolentdə qarşı-qarşıya qoyulur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Şərif Şərifov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Güllü Eldar Tomarlı
Güllü Eldar Tomarlı (Güllü Eldar qızı Alıyeva; 13 iyul 1969, Rustavi) — Azərbaycan şairi, publisist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Aşıq Pəri Məclisinin sədr müavini (2015–2022). == Həyatı == Güllü Eldar Tomarlı 13 iyul 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavi Politexnik Texnikomuna daxil olmuşdur. Təhsili bitirdikdən sonra, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmışdır. Rustavi Azərbaycanlılar Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar şurasının sədri olmuşdur. Güllü Eldar Tomarlı Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilmişdir. Tiflisdə nəşr olunan "Gürcüstan" qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, "Mirvarid Dilbazi Poeziya Məclisi" ictimai birliyinin sədridir.
Aşkarlıq aynasında (film, 1989)