Toparlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.[2][3]
Kənd | |
Toparlı | |
---|---|
40°50′53″ şm. e. 43°55′17″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | Düzkənd rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.650 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 12 km şimalda, Şirak kanalının qırağında yerləşir. Erməni mənbələrində Taparlı kimi də qeyd edilir[4]. 31 dekabr 1937-ci ilə qədər Leninakan rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur.
Toponim "yığcam", "toplu" mənasında işlənən toparlı sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hatsik qoyulmuşdur.1945-ci ildə kənd ermənicə Hatsik adlandırılmışdır. Taparlı kəndin əsasını qoymuş tayfanın adıdır.[5]
1878-ci ildə azərbaycanlı əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.[6].