Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toxmaqlı oymağı
Toxmaqlı oymağı — Cənubi Azərbaycanın Qaradağ vilayətində yerləşən Ustaclı elinin oymaqlarından biri və Qaradağ xanlarının mənsub olduğu oymaq. == Tarixi == Toxmaqlılar əsas Qızılba tayfalarından biri olan Ustaclıların bir oymağıdırlar. Ustaclılar Bingöl yaylaqlarında İsmayıl Mirzənin ordusuna qatılmış, Cabanı zəfərindən sonra köçərək Diyabəkir və Qaradağda yerləşmişdirlər. Diyarbəkir Osmanlı imperiyası tərəfindən ələ keçirildikdən sonra oradakı Ustaclıların bir hissəsi Qaradağa və Xorasana yerləşdirilmişdir. Qaradağda yerləşən Ustaclılar tayfanın toxmaqlı oymağına mənsub olduqları üçün zamanla toxmaqlı deyə adlandırılmışlar. Nadir şahın ölümündən sonra yaradılan Qaradağ xanlığının xanları bu oymaqdan olmuş, sadəcə Qaradağlı nisbəsindən istifadə etmişdirlər. Toxmaqlı oymağının əsas qolu Qaradağda, Dizmar mahalında məskunlaşmışdı. Toxmaqlı oymağının başçıları sonralar Toxmaqlı soyadını tərk edib Qaradağlı kimi tanınmağa başladılar. Bu soya tarixi ədəbiyyatda bəzən Xəlifəli də deyilir. Toxmaqlı-Qaradağlı (Xəlifəli) oymağının məşhur simalarından I İlyas xəlifə, I Şəmsəddin xəlifə, II İlyas xəlifə, Bürhanəddin xəlifə, II Şəmsəddin xəlifə, Əhməd xəlifə, Mahmud sultan, Bayandur sultan, Məhəmmədqasım xan, Əbdürrəzzaq xan, Kazım xan (Məhəmmədkazım xan), Mustafaqulu xan, Nəcəfqulu xan, İsmayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Hacı Sara xanım, Həsənəliağa Xanqaradağski (ata), Həsənəli xan Qaradaği, Aydın Qaradağlının adlarını çəkmək olar.
Torpaqlı
Torpaqlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Torpaqlı Axtarma (palçıq vulkanı) — Abşeronda palçıq vulkanı.
Çaxmaqlı
Çaxmaqlı mağarası — Paleolit dövrünə aid ilkin yaşayış yeri. Çaxmaqlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Tomarlı
Tomarlı — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kəndin keçmiş adı Vanazadır (erm. Վանազա). 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazisinin qədim yaşayış yeri olması fikrini söyləmək münkündür. Vanaza kəndində XVIII əsrin 40-cı illərinə qədər ermənilər yaşamışdır. Kənd 1744-cü ildə Nadir şah Əfşarın bölgəyə hücumu zamanı dağıdılmış və XIX əsrin əvvəllərinə qədər təxminən 55 il boş qalmışdır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazın işğalına başlaması ilə 1801-1804-cü illərdə Borçalı mahalından və Naxçıvan qəzasından sıxışdırılaraq qovulan azərbaycanlılar bu kənddə məskunlaşmışdır. == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 47 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 8 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2016-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 nəfər əhali yaşayır.
Melisa Çaxmaqlı
Melisa Çaxmaqlı (türk. Melisa Çakmaklı; d. 15 dekabr 1997; Bursa, Türkiyə) — Türkiyəli cüdoçu. == Karyerası == İdmana məktəbdə oxuyarkən başlayıb. Bu illərdə məşqçi Müzəffər Uluçam ilə başladı. Osmanqazi Bələdiyədə məşqləri davam etdirdi. Bir çox uğurlar qazanmışdır.26-27 aprel 2014 tarixlərində Rumıniyanın Pitesti şəhərində təşkil edilən Ümidlər Avropa Kubokunda 44 kq müsabiqəsində Moldovanlı Ana Roterini məğlub edərək qızıl medal qazanmışdır.17 avqust 2014-cü ildə Nankində təşkil edilən Yay Olimpiya Oyunlarında 44 kq çəki dərəcəsində Azəri rəqibi Leyla Əliyevanı məğlub edərək qızıl medal qazanmışdır.
Qafar Çaxmaqlı
Qafar Çaxmaqlı (tam adı: Mehdiyev Qafar Qələndər oğlu, 16 avqust 1956, Çaxmaq, Amasiya rayonu) — Azərbaycanlı jurnalist. Siyasi elmlər üzrə fəlsəfə doktoru; Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Qafar Mehdiyev (Çaxmaqlı) 16 avqust 1956-cı ildə Ermənistan SSR-in Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. Orta təhsilini bu rayonda alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olub və 1980-ci ildə buranı bitirib. Həmin ilin noyabr ayının 20-dən etibarən Qafar Mehdiyev "Kommunist" (ermənicə) qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Burada 1989-cu ilə qədər baş müxbir və bölgə müxbiri kimi fəaliyyət göstərib. "Vətən səsi" (1990–1991) və "Xalq qəzeti"ndə (1991–1992) məsul katib, "Millət" (1992–1993), "Yeni Azərbaycan" (1993), "Vətəndaş" (1993–1995), "Avrasiya" (1995–1996) və "Respublika" (1996–1999) qəzetlərinin redaktoru və baş redaktoru olub. 1999–2000-ci illərdə Türkiyədə, Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb, 2000-ci ildən 2006-cı ilədək Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2003-cü ildən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində dərs deyir.
Torpaqlı (Xudabəndə)
Torpaqlı (fars. تورپاخلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 376 nəfər yaşayır (90 ailə).
Torpaqlı (Ərdəbil)
Torpaqlı (fars. تپراقلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 888 nəfər yaşayır (189 ailə).
Çaxmaqlı (Maku)
Çaxmaqlı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsində, Kəlçərat kəndistanında, Poldəşt qəsəbəsindən 36 km cənubdadır.
Çaxmaqlı (Xaçmaz)
Çaxmaqlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ağçayın sahilində, dağətəyi düzənlikdədir. Etnotoponimdir. Mənbələrin verdiyi məlumata görə, çaxmaqlılar Qubalı Fətəli xanın dövründə (1758-1789) tayfa başçısı Şahsevən Məhəmməd xanın tabeliyində Ərdəbil ətrafından Quba xanlığına köçüb Müşkür və Şabran mahallarında məskunlaşmış səkkiz Şahsevən tayfasından biri olmuşdur.
Çaxmaqlı dağı
Çaxmaqlı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1060,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında, Qaradərə çayının adsız sağ qolunun sahilində, Ağlar silsiləsinin şimal ətəyində alçaq zirvə. Dizə kəndindən 7,3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen çöküntülərindən təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Toğluca antiklinalının cənub-qərb qanadında yerləşir.
Çaxmaqlı düşərgəsi
Çaxmaqlı düşərgəsi - Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. Çaxmaqlı düşərgəsi Kiçik Qafqazın aşağı dağlıq ətəyində, İncəsu-Təvədöy çayı hövzələri arasında II Şıxlı kəndindən 7 km cənubda yerləşir. Məmulat yayılan sahə 60x40 m ölçüdədir. Daş məmulatı arasında 365 əşya vardır. Bundan 58-i nüvə, 153-ü alət, 30-u qəlpə və tullantılardır. Düşərgədə boz çaxmaqdaşından istifadə olunmuşdur. == Aşkar edilmiş alətlərin tipləri == Alətlər aşağıdakı tiplərdən: belli qaşovlar 10, iri, hündür qaşovlar 6, batıq qaşovlar 10, narın dişəkli qaşov 4, tutacaqlı bıçaqlar 5, gəzli alətlər 10, dişlilər 25, uc qaşovları 39 ədəddən ibarət olmuşdur. Uc qaşovları tip dəyişkənliyi, kamil işlənmələri və aydın seriyaları ilə seçilir. Uclu qaşovların tipləri: yuxarı ucda olanlar – 15, qaşov ağızlı yanlarla birləşənlər – 4, hündür tiplər – 6, buruncuqlu – 2,iki başlı, dimdik çıxıntılı – 6, vurma səthi üstdə olan – 1. Başqa alət növləri: iskənşəkilli – 6, yarpaqşəkilli itiuclu, iti ucu küncdə olan – 7,deşici – 5, qısa iti çıxıntılar (şiplər) -11, dimdikşəkilli alət – 19, çoxvəzifəli alətlər – 3 və kəsərdən ibarətdir.
Çaxmaqlı mağarası
Çaxmaqlı — Paleolit dövrünə aid ilkin yaşayış yeri. Tarixi əhəmiyyətli ərazi Azərbaycanın Qazax rayonunun Birinci Şıxlı kəndinin cənub-qərbində yerləşir.
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Toxmaq barmağı
Toxmaq barmağı və ya beysbol barmağı kimi də tanınır — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Bu, barmağın ucunu basmadan uzada bilməməsi ilə nəticələnir. Ağrı və göyərmə adətən barmağın ən kənar vətərinin arxasında baş verir. == Səbəbi == Toxmaq barmağı adətən barmaq ucunun həddindən artıq əyilməsi nəticəsində yaranır. Tipik olaraq, bu, bir top uzadılmış barmağa dəydikdə və onu sıxışdırdıqda baş verir. Bu, ya vətərin parçalanması, ya da avulsiya sınığı ilə nəticələnir.Diaqnoz ümumiyyətlə simptomlara əsaslanır və rentgen şüaları ilə təsdiqlənir.Müalicə adətən barmağın ucunu 8 həftə ərzində daimi olaraq düz saxlayan şin istifadəsini nəzərdə tutur. Orta oynaq hərəkət edə bilər. Bu, zədədən sonra 1 həftə ərzində başlamalıdır. Bu həftələrdə barmaq əyilirsə, sağalma daha uzun çəkə bilər.Böyük bir sümük parçası qoparsa, əməliyyat tövsiyə oluna bilər. Müvafiq müalicə olmadan barmaqların daimi deformasiyası baş verə bilər.
Aşağı Çaxmaqlı (Puldəşt)
Aşağı Çaxmaqlı (fars. چخماقلوي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,225 nəfər yaşayır (260 ailə).
Yuxarı Çaxmaqlı (Puldəşt)
Yuxarı Çaxmaqlı (fars. چخماقلوي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Çaxmaqlı (dağ, Culfa)
Çaxmaqlı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1060,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında, Qaradərə çayının adsız sağ qolunun sahilində, Ağlar silsiləsinin şimal ətəyində alçaq zirvə. Dizə kəndindən 7,3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen çöküntülərindən təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Toğluca antiklinalının cənub-qərb qanadında yerləşir.
Çaxmaqlı (dağ, Ordubad)
Çaxmaqlıdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2018,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Ələhi kəndindən 1 km-dək cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin maili yatan vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Başkənd antiklinalının tağ hissəsində yerləşir.
Çaxmaqlı dağ (Ordubad)

Çaxmaqlı dağı (Culfa)
Çaxmaqlı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1060,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında, Qaradərə çayının adsız sağ qolunun sahilində, Ağlar silsiləsinin şimal ətəyində alçaq zirvə. Dizə kəndindən 7,3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen çöküntülərindən təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Toğluca antiklinalının cənub-qərb qanadında yerləşir.
Comaqlı Şeyda (Qürvə)
Comaqlı Şeyda (fars. چمقلوشيدا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 173 nəfər yaşayır (42 ailə). Əhalisini kürdlər təşkil edir.
Güllü Eldar Tomarlı
Güllü Eldar Tomarlı (Güllü Eldar qızı Alıyeva; 13 iyul 1969, Rustavi) — Azərbaycan şairi, publisist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Aşıq Pəri Məclisinin sədr müavini (2015–2022). == Həyatı == Güllü Eldar Tomarlı 13 iyul 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavi Politexnik Texnikomuna daxil olmuşdur. Təhsili bitirdikdən sonra, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmışdır. Rustavi Azərbaycanlılar Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar şurasının sədri olmuşdur. Güllü Eldar Tomarlı Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilmişdir. Tiflisdə nəşr olunan "Gürcüstan" qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, "Mirvarid Dilbazi Poeziya Məclisi" ictimai birliyinin sədridir.
Torpaqlı Axtarma (palçıq vulkanı)
Torpaqlı Axtarma — Abşeronda palçıq vulkanı.Eninə Qaradağ qırışığının orta hissəsində ən böyük nisbi yüksəkliyə malikdir. Vulkan başqa Qaradağ vulkanları içərisində brekçiyalarından təşkil olunmuş bəndvari silsilə şəklində uçanır. Onun qərb yamacı Pilpilə palçıq vulkanına dovru az-çox meyl edir, şərq yamacında isə alçaq silsilələr müşahidə edilir. Vulkan hüdudlarında qaz, su və palçıq ayıran bir neçə qrifon mövcuddur. Pilpilə palçıq vulkanına doüru yatan yamacdakı qrifonlardan aç miqdarda qaç və palçıq ayırır.
Torpaqlı Axtarması palçıq vulkanı