Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abuzər
Abuzər — Azərbaycanlı adı. Abuzər bəy Rzayev — Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər Aydəmirov— Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Abuzər Nadirov – "Laçın" futbol klubunun baş məşqçisi. Abuzər Bağırov — tərcüməçi, tənqidçi, publisist Abuzər Qazıyev — Azərbaycan Respublikasının Əməkdar müəllimi (20.09.2010), professor. Abuzər Rəsulov — Optika və molekulyar fizika kafedrasının professoru. Abuzər Xələfov — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi == Həmçinin bax == Abuzər (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Abuzər (Nir)
Abuzər (fars. اباذر‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (39 ailə).
Abuzər Aydəmirov
Abuzər Əbdülhakimoviç Aydəmirov (29 oktyabr 1933 – 27 may 2005) — Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq yazıçısı (1977), Çeçenistan Yazıçılar Birliyinin sədri (2004–2005) olub. == Həyatı == Abuzər Aydəmirov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Mesket kəndində anadan olmuşdur. İlk təhsilini kəndində almışdır. Sonradan Qroznı şəhərində oxumuşdur. 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı o, da ailəsi ilə birlikdə sürgün edilmişdir. Aydəmirov sürgün illərində kolxoz briqadasında mühasib, məktəb kitabxanaçısı və sovxozda baş mühasib müavini işləyib. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra vətəninə qayıdıb.Abuzər Aydəmirov 1957–1987-ci illərdə doğma kəndində çeçen dili və ədəbiyyatı müəllimi işləyib. 1963-cü ildə Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirib. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqına qəbul edilib.
Abuzər Bağırov
Bağırov Abuzər Musa oğlu (17 dekabr 1954, Gədəbəy rayonu) — tərcüməçi, tənqidçi, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abuzər Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1971). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1971-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1975-1976). Sovet ordusunda xidmət etmişdir (1976-1977). Tərxis olunandan sonra Bakı şəhəri Qaradağ rayonunun Səngəçal-qəsəbə orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur (1977-1978). SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləmişdir (1978-1980). Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olmuşdur (1981-1988). Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir vəzifəsində çalışır (1988-ci ildən).
Abuzər Nadirov
Abuzər Nadirov (11 fevral 1967, Mişni, Laçın rayonu) – "Laçın" futbol klubunun baş məşqçisi. == Həyatı == Abuzər Süleyman oğlu Nadirov 1967-ci fevral ayının 11-də Laçın rayonunun Mişni kəndində anadan olub. 1974-cü ildə Mişni kənd orta məktəbində 1-ci sinifə getmiş və 1984-cü ildə həmin məktəbi bitirmişdir. Uşaq yaşlarından futbola böyük marağı olub. Ağdamın "Şəfəq" futbol komandasından təkliflər alsada müəyyən ailə çətinliklərinə görə həmin komandada oynamaqdan imtina etmişdir. 1981–1987-ci illərdə Polşada hərbi xidmətdə olduğu zaman idmanın bu növü ilə məşğul olmuşdur. Həmin vaxt bir neçə klubun heyətində Polşanın 2-ci futbol liqasında oynamışdır. Futbol karyerası dövründə daha çox həvəskar klublarda çıxış etmişdir. Qarabağın ermənilər tərəfindən işğalından sonra Qaradağ rayonunda məskunlaşıb. Ümid qəsəbəsində yerləşən məcburi köçkün uşaqlarından təşkil olunmuş "Laçın" komandasında 1997-ci ildən baş məşqçi işləyir.
Abuzər Qazıyev
Abuzər Yusif oğlu Qazıyev (21 sentyabr 1967, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycan Respublikasının Əməkdar müəllimi (20.09.2010), professor. == Həyatı == Abuzər Yusif oğlu Qazıyev 9 oktyabr 1967-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kədində dünyaya gəlib. 1989-cu ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunu, 1990-cı ildə Bakı şəhəri Kliniki Təcili Tibbi yardım Xəstəxanasında internaturanı, 1995-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında aspiranturanı bitirmişdir. 1990–92-ci illərdə Sumqayıt 1 saylı şəhər poliklinikasında həkim-cərrah işləmişdir. 1995-ci ildə "Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 2005-ci ildə isə "Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1995-ci ildən ATU-nun onkologiya kafedrasında assistent, 2005-ci ildən dosent, 2009-cu ildə isə professor vəzifəsinə seçilmişdir. 2011-ci ildən ATU-nun I müalicə-profilaktika fakultəsinin dekanı vəzifəsində çalışır. 2000–2005-ci illərdə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyində işləmişdir. Hazırda həm də ictimai əsaslarla Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının elmi işlər üzrə direktor müavini və Bakı Baş Səhiyyə İdarəsində Baş onkoloqudur. Professor A.Y.Qazıyevin cərrahi fəaliyyət sahəsinə — süd vəzisinin, dərinin, yumşaq toxumaların bəd və xoşxassəli şişlərində müxtəlif cərrahi əməliyyatlar aiddir.
Abuzər Rəsulov
Rəsulov Abuzər Məmməd oğlu (16 dekabr 1907 – 2001) — Optika və molekulyar fizika kafedrasının professoru. == Həyatı == Abuzər Rəsulov 1907-ci ilin 16 dekabrında Şəki şəhərində dəmirçi ailəsində anadan olmuşdur. 1915-ci ildən 1918-ci ilə qədər üçillik ibtidai məktəbdə oxumuş və 1918-ci ildən 1920-ci ilə qədər atasının yanında dəmirçilik etmişdir. == Təhsili == 1920 və 1921-ci illərdə nümunə-zəhmət məktəbində, 1921-ci ildən 1925-ci ilə qədər isə Şəki Müəllimlər Seminariyasında oxumuş, oranı bitirdikdən sonra 10 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 1926 və 1927-ci illərdə 7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsindən yaranmış birləşmiş məktəbin müdiri vəzifəsində işləmişdir. İlk dəfə olaraq qız uşaqları ilə oğlan uşaqlarının birlikdə oxumalarının təlim-tərbiyə işini sınaqdan keçirmək ona tapşırılmışdı. O zaman maarif şöbəsinə və maarif komissarlığına yazılmış hesabatlarda qeyd olunmuşdur ki, qız və oğlan uşaqlarının birlikdə oxumalarının təlim – tərbiyə işinə və birlik səviyyələrinin yüksəlməsinə müsbət təsiri vardır. == Elmi adları == A.M. Rəsulov 1951-ci ildə "Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması" mövzusunda fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 1973-cü ildə isə "Rezinin deformasiya və quruluşu" mövzusunda apardığı çox mürəkkəb, nəzəri və praktiki əhəmiyyətə malik doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru adına layiq görülmüşdür. == Elmi Fəaliyyəti == A.M. Rəsulov 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat şöbəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirmiş və "Azsənaye Şurası"nın Şəkidə olan "Sənaye Texnikomu"na Fizika-riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. 1934-cü ildə bu texnikom Şəki şəhərindən Bakıya köçürülmüşdür.
Abuzər Xələfov
Abuzər Alı oğlu Xələfov (25 dekabr 1931, Cil, Basarkeçər rayonu – 27 aprel 2020, Bakı) — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor. == Həyatı == Abuzər Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. == Fəaliyyəti == A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. Professor Xələfov uzun illər ərzində Sovet İttifaqında – Moskva şəhərində fəaliyyət göstərmiş doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də fəaliyyət göstərmişdir. O, Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvu kimi iştirak etmişdir. A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur.
Əbuzər Gəffari
Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı.
Abuzər bəy Rzayev
Rzayev (İrzayev) Abuzər bəy Əsgər bəy oğlu (17 oktyabr 1876, Yelizavetpol – 15 iyun 1920, Bakı) — Gəncənin ilk ixtisaslı memar-mühəndisi, Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Rəfibəylilər nəslindəndir. == Həyatı == === Təhsili === Orta təhsilini əvvəllər mollaxanada, sonra isə Şah Abbas məscidindəki mədrəsədə alıb. Tiflis realnı məktəbini (1894) və Moskva texniki məktəbini (1899) bitirmişdir. == Ailəsi == Abuzər bəyin 3 övladı olub. Almaniyada ali təhsilli mühəndislik ixtisasına yiyələnən oğlanlarından Səməd 1922-ci ildə Türkiyəyə, Əskər isə 1925-ci ildə İrana getməyə məcbur olub. Səməd ailə qursa da, Əskər ömrünün sonuna kimi evlənməyib. Abuzər bəyin 1915-ci il təvəllüdlü yeganə qız övladı olan Züleyxa xanım Tibb İnstituna daxil olsa da, IV kursdan təhsilini yarımçıq qoymağa məcbur olub. == Fəaliyyəti == === Çar dövrü === 1899-cu ildən Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra mədən müdiri işləmişdir.
Əbuzər İbrahim Türkman
Əbuzər İbrahim Türkman (1968, Tehran) — Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri == Həyatı == == Təhsili == O, Mofid Universitetində xüsusi hüquq sahəsi üzrə doktorluq müdafiə etmişdir.
Əbuzər İbrahimi Türkman
Əbuzər İbrahimi Türkman (1347 hicri şəmsi, Tehran) 2014 cü ilin yanvarından Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədridir. Onun həm hövzə (dini) və həm universitetdən hüquq üzrə təhsili vardır. Doktorluq dərəcəsini Müfid universitetindən almışdır. 1375 hicri şəmsi ilindən Mədəniyyət və İslami Əlaqələr Təşkilatında çalışır. İbrahimi 2014 cü ilin yanvarından mədəniyyət və irşad naziri Əli Cənnətinin əmri ilə Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri vəzifəsinə təyin olunmuşdur. == Çalışdığı vəzifələr == Onun çalışdığı vəzifələrdən biri Ali Dini Rəhbərin universitetlər üzrə nümayəndəsi (1373), İran İslam Respublikasının Ankarada Mədəniyyət nümayəndəsi(1375–1376), Beynəlxalq Mədəniyyət jurnalının idarə heyətinin üzvü, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və okeaniya ölkələri bölməsinin müavini, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və Okeaniya ölkələri bölməsinin direktoru, Rusiyada İran Mədəniyyət Mərkəzinin sədri (2008 mart −2013 sentyabr) O, 1387 və 1389 cu günəş illərində nümunəvi mədəniyyət mərkəzi sədri seçilmişdir. == Əsərləri == Onun əsərlərindən Quran lətifələri, üç şəhərin hekayələri –Böyük Xorasanın şəhərləri və şəxsiyyətləri barədə, alimlərin dastanları rus dilində əlhüda nəşriyyatı 2003, Rusiya Federasiyası 1391 Əmir Kəbir nəşriyyatı, Rusiya camaatının adət ənənələri 1391 əlhüda nəşriyyatı, Tolstoyun ayaqqabıları ilə yol getmək Elm və Mədəniyyət nəşriyyatı 1392, müasir Rusiya siyasi partiyaları Sülh Akademiyası nəşriyyatı 1392 və hal hazırda çapda olan Rusiyada islam və müsəlmanlar kitablarına işarə etmək olar. Yüzdən çox elmi məqalələri fars, ingilis, rus, türkmən və türkiyə türkcəsində daxili və xarici mətbuatda çap olunmuşdur. == İstinadlar == https://icro.ir/. "Mədəniyyət və İslami Əlaqələr Təşkilatı".
Əbuzər əl-Gifari
Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı.
Əbuzər əl-Ğəffari
Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı.
Typhlodromus tubifer
Typhlodromus tubifer (lat. Typhlodromus tubifer) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus tubifer Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
You Tuber
YouTuber və ya Yutuber — YouTube üçün video hazırlayıb paylaşan və bu videolarla məşhur olan şəxslərə verilən ad. == Tarixi == YouTube 14 fevral 2005 tarixində PayPal işçiləri Chad Hurley, Steve Chen və Jawed Karim tərəfindən yaradıldı. İlk YouTube kanalı "Jawed" 23 aprel 2005 eyni adlı YouTube qurucusu tərəfindən yaradıldı. Me adlı qısa bir vlog klibi olan zooparkda ilk YouTube videosu olaraq tarixə keçdi. 2005-ci ilin oktyabrında YouTube, YouTube kanallarına abunə olmaq xüsusiyyətini tanıtdı. 2015-ci ilin oktyabrından etibarən 100.000-dən çox abunəyə sahip 17.000-dən çox YouTube kanalı və bir milyondan çox abunəyə sahib təqribi 1.500 YouTube kanalı var. Bu rəqəmlər 2019-cu ilinin yanvarında ən az 250.000 abunəyə sahip 44.000 kanala çatdı. == Etimalogiyası == "YouTuber" sözü "YouTube" sözündən əmələ gəlib. Bu sözün Azərbaycan dilində tam mənası "Yutubçu" deməkdir amma, Azərbaycan dilində "Yutuber" kimi işlənir. == Ticarət uğurları == YouTuber-lər Google AdSense hesabından gəlir əldə edə bilərlər.