Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tujal (Sərdəşt)
Tujal (fars. توژل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (46 ailə).
Tujalə (Piranşəhr)
Tujalə (fars. توژاله‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (37 ailə).
TU9
TU9 — Almaniyanın 9 aparıcı texniki universitetinin daxil olduğu ittifaq.
Tej
Tej-alkoqollu içkidir. == Haqqında == Efiopiya xalqlarının hazırladığı içkidir. Qeyşu ağacının budaqları və yarpaqlarından hazırlanır ki, bal və acılıq verən ədviyyatlar əlavə edilir.Bu içkinin şirin, zəif alkoqollu əvəzləyicisi Berz adlanır.Tej həmçinin ev içkisidir. Bunu Efiopiya toylarında istifadə edirlər.
Tuf
Tuf — vulkanik küldən yaranan, maqma mənşəli dağ süxuru. Adətən qeyri-vulkanik qarışıqda olur. Çox yaxşı inşaat materialıdır. Qırmızı, çəhrayi, bənövşəyi, narıncı rəngdə olur. Bu materialın ən üstün keyfiyətlərindən biri asan emal olunmasıdır. Azərbaycan ərazisində bir çox qədim tikililərdə istifadə olunub. Məsələn: Pir Hüseyin türbəsi (İrəvan), Müqəddəs İohann kilsəsi (Gəncə), Əskipara monastırı, Qızılburun yaşayış yeri, Kültəpə (Babək) və bir çox başqa. == Geomorfolji termin == Tuf (rus. туф, ing. tuff) /ital.tufo/ – müxtəlif mənşəli süxurlar qrupu.
Tui
Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir. Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir.
Tur
Tur (şəhər)
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Tux
Tux (Tuks) - Linuks Əməliyat Sisteminin rəsmi talismanıdır. 1996-cı Larri Yuinq tərəfindən yaradılmışdır. Ceyms Hyuqs(James Hughes) bu pinqvini TUX (Torvald's UniX) adlandıran ilk şəxs olub. Linuxun simvolunun pinqvin olması ideyası Linus Torvalds tərəfindən irəli sürülmüşdü. Bu gün bu pinqvin dünyada nəinki Linux, həm də ümumiyyətlə Açıq kodun simvolu sayılır. Tux həm də Tux Racer və Pingus oyununlarının əsas qəhrəmanıdır. TuxPaint — uşaqlar üçün rəsm proqramında da bu personaja rast gəlirik.
Tuğ
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Ağ tut
Ağ tut (lat. Morus alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir. Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur. Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir. Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur.
Baton-Ruj
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Baton Ruj
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Qara tut
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır == Təbii yayılması == Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Quj Manukyan
Quj Manukyan (erm. Գուժ Մանուկյան), əsl adı Qurgen Aleksandroviç Araksmanyan (6 may 1937, Gümrü) — SSRİ və Ermənistan teatr və kino aktyoru. == Həyatı == Quj Manukyan 6 may 1937-ci ildə Ermənistan SSR-nin Leninakan şəhərində (indiki Gümrü) SSRİ dramaturqu Aleksandr Araksmanyan və aktrisa Valentina Araksmanyanın ailəsində anadan olmuşdur. O, 1958-ci ildə İrəvan Rəssamlıq və Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Manukyan 1958–1960-cı illərdə Feodosiya Dram Teatrında çalışmışdır. O, 1960-1967-ci illərdə İrəvan Gənclər Teatrında çalışmışdır. Manukyan 1967-ci ildən bu teatrın yaradıcılarından biri olmaqla İrəvan Dram Teatrında xidmət edir. O, "Çiçəklənən Ermənistan" Partiyasının üzvüdür. == Mükafatlar == Ermənistan SSR xalq artisti (11 iyun 1980). Ermənistan SSR Dövlət mükafatı laureatı (1982, "Həyatın yaxşı yarısı" filmində baş rola görə).
Qırmızı tut
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.
Qızıl tut
Tej içkisi
Tej-alkoqollu içkidir. == Haqqında == Efiopiya xalqlarının hazırladığı içkidir. Qeyşu ağacının budaqları və yarpaqlarından hazırlanır ki, bal və acılıq verən ədviyyatlar əlavə edilir.Bu içkinin şirin, zəif alkoqollu əvəzləyicisi Berz adlanır.Tej həmçinin ev içkisidir. Bunu Efiopiya toylarında istifadə edirlər.
Tul (rayon)
Tul (fr. Toul) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mört və Mözel. Suprefektura — Tul (şəhər). Rayon əhalisi 2006-cı ildə 68 078 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 60 nəf / km². Rayon sahəsi — 1143 km².
Tur (rayon)
Tur (fr. Tours) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Endr və Luara. Suprefektura — Tur. Rayon əhalisi 2006-cı ildə 447 486 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 170 nəf / km². Rayon sahəsi — 2629 km².
Tur (şəhnamə)
Tur (fars. تور‎) — Firdovsinin Şahnaməsində epik bir personajdır. Əfsanəvi Şah Firidunun ikinci oğlu və Səlm və İrəcin qardaşıdır. Gənc şahzadə özünə və bacılarına hücum edən əjdaha ilə cəsarətlə vuruşanda, atası tərəfindən ona "cəsur" mənası verən Tur adı verilmişdir. Firidun imperatorluğunu övladları arasında bölür; Turanı Tura verir. Bu vəziyyət, Turanın iranlılarla mübarizəsinin başlanğıcıdır. Şahnamənin Əfrasiyab kimi ən əhəmiyyətli personajlarından bəziləri Turun nəslindən gəlir. Tur qardaşı İrəcin oğlu Mənuçöhr tərəfindən öldürülmüşdür.
Tur (şəhər)
Tur (fr. Tours [tuʁ] dinlə, lat. Turones, Caesarodunum Turonum, Augusta Turonum) — Luara çayı üzərində, Şer çayı ilə birləşdiyi Fransa şəhəri. İndre və Luara şöbəsinin inzibati mərkəzi. Əhalisi 142,000 (şəhər) və 297.630 (şəhərətrafı şəhər yerləri ilə) insanlar (2006). Luara Vadisinin şərab mərkəzi. Turun tarixi bölgəsinin əsas şəhəri. Böyük nəqliyyat qovşağı - dəmir yolu stansiyası, hava limanı var.
Tur Heyerdal
Tur Heyerdal (norveç:. Thor Heyerdahl, 6 oktyabr 1914, Larvik, Norveç- 18 aprel 2002, Kolla-Miçeri, İtaliya) – tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur Kon-Tiki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir. == Həyat və fəaliyyəti == Tur Heyerdal Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olmuşdur. İlk ekspedisiyası 1937-1938-ci illərdə Polineziyaya,Fatu-Hiva adasına olmuşdur. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçmişdir. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edir, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969-1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir.
Tur Surəsi
52-ci surə
Tur livri
Tur livri (fr. livre tournois) — Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 27.
Tur xan
Tur xan (Turan xan)(Türk) - türk və altay mifologiyasında əfsanəvi xaqan. Türklərin atasıdır. İran tarixinin əfsanələrində, onların baş düşmənidir. Göytürk çağında iranlılar, "Turan" adını Göytürklərlə əlaqələndirir. Türk qövmləri İran əfsanələri ilə tanış olduqlarında, şəxsən özlərini Turanın qövmü olaraq görməyə başlamışlar və özlərini qürurla Turanın kralı Əfrasyabın vətəndaşı saymışlardır. Etrusklarda Turan adlı bir sevgi və həyat Tanrıçası vardır və etrusk dilində qayda qoymaq mənası ehtiva edər. Maraqlı bir şəkildə monqolcada Dur/Dura və tuvaca Tura sözcüyü sevgi, istək və arzu mənaları daşıyarkən, mançurcada Doron sözcüyü qanun (qanun) deməkdir. Fars-tacik şairi Firdovsinin Şahamə əsərində Tur Firidunun oğludur. Şahnaməyə görə Firidun qocalıqdan sonra ölkəsini üç oğlu arasında üç yerə bölür və Turanı Tura, Rumu Səlmə, İranı isə İrəcə verir. Səlm İrəci İranı atası ona verib deyə qısqanır, buna görə də Turu da aldadıb öz yoluna kəçərək İrəclə müharibəyə başlayır.
Tük
Saç və ya tük — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tül
Tül (şəhər)
Sent-Tül
Sent-Tül (fr. Sainte-Tulle, oks. Santa Túlia) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Cənub-şərqi Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04197. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3265 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1976 yaşda olan (15-64 yaş) insanlar arasında 1404 nəfər iqtisadi cəhətdən fəal, 572 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.1%, 1999-cu ildə 66.6%) idi. Fəal olan 1404 nəfərdən 1273 nəfəri (715 kişi və 558 qadın), 131 nəfəri işsiz (70 kişi və 61 qadın) idi.