Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarovlu
Tarovlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Tarovlu kəndi dağətəyi ərazidədir. Əsl adı Taroğludur. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Teymur Müskanlı kəndindən köçüb gəlmiş türklər: Tanrı verdi (Tarverdi, yaxud qısaldılmış formada Tar) və Allahverdi (Alo) adlı iki qardaş salmışdır. Kəndin ərazisində Tarverdi dərəsi də qeydə alınmışdır. Hazırda Cənubi Azərbaycanda Taroğlu adlı kənd mövcuddur. Çox güman ki, yaşayış məntəqəsi kəndin əsasını qoymuş böyük qardaşın adı ilə (təhrif olunaraq) belə adlanmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Edil Eyvazov — fizik.
Ceylan Mumoğlu
Ceylan Mumoğlu (tam adı: Ceyran Qurban qızı Nadirova; 19 dekabr 1976, Sumqayıt) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist. == Həyatı == Ceyran Qurban qızı Nadirova 19 dekabr 1976-cı ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub.1983-1993-cü illərdə Sumqayıt şəhər 24 nömrəli orta məktəbində təhsil alıb. 1993-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni bitirib. 1997-2007-ci illər ərzində müxtəlif məktəblərdə tarix müəlliməsi işləyib. 2007-ci ildən ailə quraraq Türkiyənin İstanbul şəhərinə köçüb. 2011-ci ildən Türkiyə vətəndaşıdır. == Fəaliyyəti == 2009-2017-ci illərdə Azərbaycanın ilk milli qadın portalı olan qadin.net saytında həmtəsisçi və baş redaktor vəzifəsində işləyib.2009-cu ildən saytdakı fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyətə də başlamış, bir çox psixoloji, parapsixoloji araşdırma məqalələrin, müxtəlif müsabiqələrdə mükafat almış hekayələrin və "Aydınlanma səyahəti", "Qurbağa öpüşü", "Sev və inan" kitablarının müəllifidir.2009-cu ildən ədəbi fəaliyyətə başlayıb, ilk hekayələrini, araşdırmalarını və publisist məqalələrini yazmağa başlayıb.C. Mumoğlunun həmtəsisçisi olduğu qadin.net saytı 2013-cü ildə Azərbaycan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer olub.2018-ci ildə “Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət jurnalının “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə keçirdiyi hekayə müsabiqəsində "Quyu" hekayəsilə iştirak etmiş və uğurlu iştirakına görə təltif edilib.2018-ci ildən Azərbaycanda "Ustad", 2020-ci ildən isə Türkiyədə "DergiZan" jurnalında fəaliyyət göstərir və mütəmadi olaraq bu jurnallarda yazıları çıxır. 2018-ci ilin dekabr ayında "Kuyu" adlı ilk türkcə hekayəsi yayımlanıb.2021-ci ildə Qadının üç yaş dövrü romanı türk dilinə tərcümə edilib və "Kadının üç çağı" adı ilə Ankarada nəşr edilib. == Əsərləri == === Müəllifi olduğu === ==== Kitabları ==== Aydınlanma səyahəti Qurbağa öpüşü Sev və inan Qadının üç yaş dövrü ==== Məqalələri ==== === Tərcümələri === ==== Kitabları ==== Alfred Adler, "Sosial maraq" Eudien Ovidiu Çiroviçi, "Güzgülər kitabı" Reymond Kerver, "Sevgidən bəhs edəndə nə danışırıq" Ceylan Mumoğlu, "Dünya ədəbiyyatından hekayələr" Osman Balcıgil, “Yaşıl mürəkkəb” romanı ==== Məqalələri ==== == Mükafatlar == 2013: Qadin.Net - Azərbaycan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer. 2018: "Cümhuriyyət - 100" hekayə müsabiqəsində uğurlu iştirakına görə təltifnamə == Həmçinin bax == Varis Yolçiyev Rövşən Abdullaoğlu Elxan Elatlı Elizabet Tüdor Ülviyyə Tahir == İstinadlar == == Xarici keçidlər == ceylanmumoglu.com — Ceylan Mumoğlunun rəsmi saytı Rəsmi Facebook profili Ceylan Mumoğlu — Facebook səhifəsi Ceylan Mumoğlu — Instagram səhifəsi Ceylan Mumoğlu kanalı — YouTube Ceylan Mumoğlu — Twitter səhifəsi Ceylan Mumoğlu — Pinterest səhifəsi Ceylan Mumoğlu — Goodreads səhifəsi Nigar Babayeva.
Tumlu psoralea
Tumlu psoralea (lat. Psoralea drupacea) — psoralea cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı olub, hündürlüyü 40-150 sm, yuxarı hissəsi budaqlanan, azca qabırğalı, sadə, sıx tükcüklü və metalabənzər nöqtələr şəklində olan tükcüklərdən ibarətdir. Yarpaqları sadə və ya üç hissədən ibarət qovuşuq, yarpaq lövhələri demək olar ki, dairəvi, kənarları irioyuqlu dişli, əsası isə bütövkənarlı olub, uzunluğu 1,5- 5 sm, eni isə 2-5 sm, aşağı hissəsi isə sıx tükcüklüdür. Saplağı 0,5-1(4) sm-dir. Yalançı zoğları xətti-neştərşəkilli, itiuclu və tükcüklüdür. Çiçəyin uzunluğu 4-7 sm, çoxçiçəkli olmaqla, sünbül çiçək qrupunda cəmlənmişdir. Çiçək altlığının uzunluğu 2,5-3mm, metalabənzər tükcüklü, yumurtavari və itiucludur. Kasacığı zəngşəkilli və 5-yarpaqlıdır.
Buassiye tovlu qulağı
Melandrium boissieri Schischk. = M. latifolium (Poir.) Maire Hündürlüyü (15) 35-60 (70) sm, gövdəsi düz, çəngəlvari budaqlanmış, əsasən aşağı hissədə qismən tüklü, çox vaxt çox xovlu-tüklü olan ikiillik və yaxud çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları hər iki tərəfdən adətən sıx tüklüdür, kökətrafı və aşağı gövdə yarpaqları elliptik və ya uzunsov-əksinə neştərvaridir, qısa saplağa daralmışdır, qalanları isə oturaqdır, uzunsov və yaxud yumurtaşəkilli-neştərvari, bəzən yumurtaşəkillidir, sivri və ya az sivriləşmiş, nadir halda kütdür, yuxarıdakılar çox vaxt neştərvaridir. == Çiçək == Çiçək qrupu boşdur, çəngəlvari budaqlanmışdır, erkəkcikli çiçəkləri daha budaqlanmış və çoxçiçəklidir. == Meyvə == Qutucuğun uzunluğu (15) 17-18 (20) mm-dir, uzunsov-yumurtaşəkilli və ya əksinə armudşəkillidir, 10 ədəd dişlərlə açılandır, xariçə doğru qatlanmışdır. Toxumlarının uzunluğu 1 mm-ə qədərdir, böyrəkşəkillidir, qonur və az qabarıqdır. == Çiçəkləməsi == Aprel-İyul (Avqust) == Meyvə verməsi == May-Avqust == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər. == Yaşayış mühiti == Kolluqlarda, bağlarda, talalarda, otlu yamaclarda, qaya və daşların kölgəsində, çayın quru yataqlarında, alaqlı yerlərdə, bağ və bostanlarda, əkinlərdə alaq kimi rast gəlinir.
Hülövlü
Hülövlü — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1,528 nəfərdir. Etnik tərkibi: azərbaycan türkləri.
Hülövlü bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.