Tumlu psoralea
Cullen drupaceum (lat. Cullen drupaceum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin cullen cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı olub, hündürlüyü 40-150 sm, yuxarı hissəsi budaqlanan, azca qabırğalı, sadə, sıx tükcüklü və metalabənzər nöqtələr şəklində olan tükcüklərdən ibarətdir. Yarpaqları sadə və ya üç hissədən ibarət qovuşuq, yarpaq lövhələri demək olar ki, dairəvi, kənarları irioyuqlu dişli, əsası isə bütövkənarlı olub, uzunluğu 1,5-5 sm, eni isə 2-5 sm, aşağı hissəsi isə sıx tükcüklüdür. Saplağı 0,5-1(4) sm-dir. Yalançı zoğları xətti-neştərşəkilli, itiuclu və tükcüklüdür. Çiçəyin uzunluğu 4-7 sm, çoxçiçəkli olmaqla, sünbül çiçək qrupunda cəmlənmişdir. Çiçək altlığının uzunluğu 2,5-3 mm, metalabənzər tükcüklü, yumurtavari və itiucludur. Kasacığı zəngşəkilli və 5-yarpaqlıdır.