Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əli Kərimov (balaban ustadı)
Kərimov Əli Zülfüqar oğlu (1874, Kalva, Ağsu rayonu – 1962) — balaban ustadı, zurnaçı. == Həyatı == 1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur. Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib. Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə "Əli Kərimov" adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir."Çoban Yaylağı" və "Əli icadı" peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah" nı çalmışdır.
Aqatti
Banqaram adası (malaya. അഗത്തി ഐലന്റ്) — Lakkadiv adaları daxil olan kiçik bir ada. Materikdən 350 km aralıda yerləşir. == Təsviri == Ada cənub-qərbdən şimal-şərqə doğru uzanır:uzunluğu 8 km, eni 900 metrdir. Ada hər tərəfdsən mərcan rifləri ilə örtülüdür. sahil sularında tuna balığının sənaye əhəmiyyətli ovu təşkil edilir. == Turizm == Adada hava limanı fəaliyyət göstəritr. Bu Lakkadiv adalarında yeganədir. Adada məscid və 20 yerlik otel fəaliyyət göstərir. Adaya uçuşlar həyata keçirilir.
Bugatti
Bugatti — ən köhnə və ən məşhur Fransız avtomobil istehsalçılarından biridir. Çox güclü idman avtomobilləriylə tanınar. Bugattinin Bugatti Veyron modeli 407 km/s sürətə, 1001 at gücünə (1250 nm tork), 1 milyon avroluq qiymətiylə seriyalı buraxılışda bir modelidir. Dünyada tanınan ən bahalı avtomobil "Bugatti Type 41 Royale"-dir. Yaponiyada tam 15 milyon $ satılmışdır. 1931-ci ildə istehsal edilmişdi. Ən böyük xüsusiyyəti yalnız 6 ədəd istehsal edilmişdi.
Buqatti
Bugatti — ən köhnə və ən məşhur Fransız avtomobil istehsalçılarından biridir. Çox güclü idman avtomobilləriylə tanınar. Bugattinin Bugatti Veyron modeli 407 km/s sürətə, 1001 at gücünə (1250 nm tork), 1 milyon avroluq qiymətiylə seriyalı buraxılışda bir modelidir. Dünyada tanınan ən bahalı avtomobil "Bugatti Type 41 Royale"-dir. Yaponiyada tam 15 milyon $ satılmışdır. 1931-ci ildə istehsal edilmişdi. Ən böyük xüsusiyyəti yalnız 6 ədəd istehsal edilmişdi.
Uqanda
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır.
Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Bugatti Veyron
Bugatti Veyron – Bugatti firmasının, Bugatti Veyron adlananVeyron 16.4 modeli. Dünyanın ən yüksək üçüncü sürətinə (1. SSC Aeron-412 km/sa, 2. 9ff 409 km/sa) çata bilən (407 km/sa.), ən çox ikinci mühərrik gücünə sahib (1001 bg) və ən bahalı (1.5 milyon Avro) ardıcıl istehsal halındakı avtomobili. Veyron, adını, Bugatti yarış pilotu və 24 saatlıq Le Mans Yarışını 1939da qazanan Pierre Veyrondan alıb. Ferdinand Porschenin nəvəsi dövrün Volkswagen Ümumi Müdiri Ferdinand Piechin 2001 Cenevre Avtomobil Sərgisində dünyanın ən sürətli, ən güclü və ən bahalı avtomobilini çıxarmaq üzrə söz verməsiylə başlayan Bugatti Veyron proyekti, 2003-cü ildə istehsala hazır hala gəldi. Eyni il, dünyanın ən çətin yarışlarından biri Laguna Secada edilən test sürüşləri əsnasında vasitənin yoldan çıxması səbəbiylə istehsalın dayandırılmasına qərar verildi. Ferdinand Piechin 2003-cü ildə təqaüdə çıxmasının ardından, yeni Müdir Köməkçisi Bernd Pischetsrieder proyektin başına Tomas Bscheri gətirdi. Bscher, təxminən bir il içində performansı bir az daha aşağı amma testlərdə aşmayan bir Bugatti Veyron inkişaf etdirdi. 2003 və 2005 model Bugatti Veyronlar 0'dan 100 kilometrə 2,5 saniyədə çıxa bilməkdədirlər.
Ettore Buqatti
Ettore Buqatti (d.15 sentyabr, 1881 - ö.21 avqust, 1947) — italyan avtomobil mühəndisi və dizayneri == Həyatı == Ettore Buqatti 15 sentyabr 1881-ci ildə Milanda anadan olub. Uşaqkən onu Milanda incəsənət məktəbinə qoyurlar. Ettore burada rəssamlıq və arxitektura öyrənib. Ettore Bugatti 1947-ci ildə 66 yaşında beyninə qan sızması nəticəsində Parisdə vəfat edib. == Ailəsi == Buqattilər ailəsi İtaliyaya məşhur rəssam və arxitektorlar bəxş edib. Ettorenin qardaşı Rembrandt da məşhur rəssam olub. Ettore 2 dəfə ailə həyatı qurub. 2 nikahdan onun 5 övladı dünyaya gəlib. Bunlardan ən məşhuru isə şübhəsiz Jan olub. Jan 1909-cu ildə anadan olub.
Neoseiulus ulatei
Neoseiulus ulatei (lat. Neoseiulus ulatei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Uqanda Respublikası
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır.
Uqanda bayrağı
Uqanda bayrağı — Uqandanın Dövlət bayrağı 1962-ci ilin oktyabr ayının 9-da Uqandanın dövlət bayrağı statusunu almışdır. Bayraq 6 bərabər üfüqi zolaqdan ibarətdir: qara, sarı, qırmızı, qara, sarı və qırmızı. Mərkəzdə ağ fonun üzərində təsvir olunmuş şərqi taclı (kəkilli) durna milli simvol hesab edilir. Qara rəng Afrika əhalisini, sarı rəng Afrika günəşini, qırmızı rəng isə Afrika qardaşlığını tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.
Uqanda planı
Uqanda planı — Şərqi Afrika Britaniyası torpaqlarının bir qismini yəhudilərə verilməsini özündə birləşdirən plan. Plana əsasən yəhudilərə öz dövlətlərini yaratmaqları üçün geniş ərazilər verilməli idi. Təklif ilk dəfə 1903-cü ildə Böyük Britaniyanın müstəmləkələrlə bağlı məsələləri ilə məşğul olan Yozef Çemberlin tərəfindən sioinst lider Teodor Hertsla edildi. Plan indiki Keniya ərazisində yerləşən Mau platasında 13.000 km² ərazinin yəhudilərə verilməsini təklif edirdi. Uqanda planı Rusiya imperiyası ərazisində yaşanmış yəhudi qətliamlarına cavab olaraq hazırlanmışdı və yəhudilərin planı qəbul edəcəyi gözlənilirdi.Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Bir qrup təklifin qəbul ediləcəyi halda Fələstin ərazilərində yeni bir yəhudi dövlətinin yaradılmasının mümkün olmayacağını müdafiə edirdi. Yekunda 299 nəfərdən 177 nəfəri plana müsbət cavab verdilər. Növbəti il üç nəfərdən təşkil olunmuş qrup ərazinin öyrənilməsi üçün Keniyaya yola salındı. Ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, ərazinin digər Afrika bölgələrinə nəzarən daha çox məhsuldar olması kimi səbəblər qrupda müsbət fikir yaratmışdı. Bununla yanaşı müşahidə qrupu əraziyə çox yaxın olan bir vadidə yüzlərlə vəhşi heyvanın yaşadığını müəyyənləşdirdilər.
Uqanda prezidentləri
Uqanda prezidenti — Uqanda Respublikasının dövlət başçısı.
Uqanda soyqırımı
Uqanda soyqırımı — İdi Amin rejimi tərəfindən 1971-1979-cu illərdə Uqandada törədilən soyqırımı.
Uqarçi burnu
Uqarçin burnu (bolq. нос Угърчин, ‘Nos Ugarchin’ \'nos u-g&r-'chin\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən burundur. Burun Nelson boğazından 300 m aralıda yerləşmişdir.Burun şimali Bolqarıstanda yerləşən Uqarçin şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Smirnenski burnundan 4.7 km qərbdə, Nevell burnundan isə 4.2 km cənub-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Üçqatlı arxitektura
Üçqatlı arxitektura – three-tier architecture ~ трехуровневая архитектура ~ üç katmanlı mimari ~ proqram kompleksinin arxitekturasının bir növü; üçqatlı arxitektura üç əsas komponentin olmasını nəzərdə tutur: müştəri, tətbiqi proqramlar serveri və verilənlər bazası serveri. Müştəri (CLIENT) kompleksin son istifadəçiyə təqdim olunan interfeys (adətən, qrafik) komponentidir. Bu səviyyənin verilənlər bazası ilə birbaşa əlaqəsi olmamalıdır (təhlükəsizlik və genişlənəbilmə tələblərinə görə). Bu səviyyəyə, adətən, yetkiləndirmə (AUTHORIZATION) interfeysi, şifrləmə alqoritmləri, daxil edilən qiymətlərin mümkün formata uyğunluğu, terminala yüklənmiş verilənlər üzərində mürəkkəb olmayan əməliyyatlar (çeşidləmə, qruplaşdırma, qiymətlərin hesablanması) çıxarılır. Tətbiqi proqramlar serveri (APPLICATION SERVER) ikinci səviyyədə yerləşir, iş məntiqinin (BUSINESS LOGIC) əksər hissəsi orada cəmləşib. Ondan kənarda yalnız müştəriyə (terminallara) ixrac edilən fraqmentlər, eləcə də verilənlər bazasına salınmış məntiq elementləri (saxlanılan prosedurlar və triggerlər) qalır. Verilənlər bazası serveri (DATABASE SERVER) verilənlərin saxlanmasını təmin edir. O, bir qayda olaraq, verilənlər bazasının idarəedilməsi sistemləri (DBMS) vasitəsilə reallaşdırılır. Bu komponentə yalnız tətbiqi proqramlar serveri səviyyəsində bağlanmaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Antonio Qaudi
Antonio Qaudi kat. Antoni Plàcid Guillem Gaudí i Cornet, isp. Antonio Plácido Guillermo Gaudí y Cornet; 25 iyun 1852, Reys, Kataloniya — 10 iyun 1926, Barselona) — Kataloniya memarı.. == Həyatı == Antonio Qaudi1852-ci ildə Tarraqona əyalətinin Reus şəhərində misgər ailəsində doğulub. Atasının gördüyü işlərlə daim maraqlanması gələcək memarın yaradıcılıq istedadına öz təsirini göstərmişdi. Qaudinin işləri təkcə müəllifin sərhədbilməyən zəkasının yox, həmçinin yaradıcılıq axtarışlarının və müxtəlif materiallarla apardığı eksperimentlərin məhsuludur. Məhz buna görə Qaudiyə, o vaxta qədər heç kimə məlum olmayan inşaat strukturlarını və heykəltəraşlıq formalarını yaratmaq müyəssər olub. Gənc yaşlarından memarlığa maraq göstərərək 1860-cı illərin sonlarında, o günlərdə həm İspaniyanın ən modern şəhəri, həm də Kataloniyanın siyasi və mədəni mərkəzi olan Barselonaya gələn Qaudi, buradakı Escola Provinciya dArquitecture universitetində memarlıq təhsilinə başlamışdır. 1878-ci ildə məzun olan Antonio universitetin rektoru Elias Rogentin bu sözləri ilə məzunlar arasından seçilmişdir: "Ya bir alim məzun edirik, ya da ki bir axmaq. Bunu zaman göstərəcək".
Mahatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Maxatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Qandi (film)
Qandi (ing. Ghandi)— 1982-ci ildə çəkilmiş, Mahatma Qandinin həyatı barədə bioqrafik filmdir. == Məzmun == 20-ci yüzilliyin ilk yarısında Böyük Britaniyanın Hindistanda koloniyalar qurması və Hindistanın vəziyyətindən bəhs edən filmin rejissoru Riçard Attenboroudur. Qandi rolunda Ben Kinqsley Oskar mükafatı almışdır. İngiltərə və Hindistanın ortaq çəkdiyi filmin premiyerası 30 Noyabr 1982-ci ildə Yeni Dehlidə keçirilmişdir. Film Qandinin 1893-cü ildə yalnız ağdərililər üçün nəzərdə tutulan vaqona mindiyi üçün Cənubi Afrika qatarından qovulması səhnəsi ilə başlayıb, 1948-ci ildə öldürülməsi və dəfni ilə bitir. Filmdə onun Hinduizmə sitayiş etməsinə baxmayaraq, İslam və Xristianlıq kimi digər dinlərə də hörmətlə yanaşması da əks olunmuşdur. Qandi filmi Hindistanda 30 Noyabr, Birləşmiş Krallıqlarda 3 Dekabr, ABŞ-də isə 6 Dekabr 1982-ci il tarixlərində ekrana buraxılmışdır.
Qandi Smriti
Qandi Smriti (ing. Gandhi Smriti, Birla evi və ya Birla Bxavan adı ilə də məşhurdur) — Hindistanın Yeni Dehli şəhərində yerləşən və Mahatma Qandiyə həsr edilmiş muzeydir. Muzey Tis Canuari Roud (əvvəllər Albukerke Roud) yolunun kənarında yerləşmişdir. Mahatma Qandi həyatının son 144 gününü bu evdə keçirmişdir. Qandi 30 yanvar 1948-ci ildə öldürülmüşdür. Ölümündən sonra yaşadığı ev muzeyə çevrilmişdir. Əvvəlcə bina Birla ailəsindən hind işgüzar maqnatlarına aid idi. Hal-hazırda ev Qandinin Əbədi Multimediya Muzeyi kimi fəaliyyət göstərir. Bu muzey 2005-ci ildə yaradılmışdır. == Tarixi == 12 yataq otağı olan ev 1928-ci ildə Qxanşyamdasom Birla tərəfindən tikilmişdir.
Qatlı ödotu
Qatlı ödotu (lat. Helichrysum plicatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü.
Raciv Qandi
Raciv Ratna Qandi (hind राजीव गाँधी, 20 avqust 1944[…], Bombey, Britaniya Hindistanı – 21 may 1991[…]) — hind siyasi xadimi, 1984—1989-cu illərdə Hindistanın baş naziri. == Həyatı == 20 avqust 1944-cü ildə İndira Qandi və Feroz Qandi ailəsində anadan olmuşdur. Raciv babası Cəvahirləl Nehrunun evində böyüyüb. Hindistanda seçilmiş bir məktəbdə, daha sonra London Universiteti və Kembric Universitetinin Triniti Kollecində təhsil almışdır. 1965-ci ilin yayında Raciv İtaliyadan Sonya Qandi ilə görüşdü. Sonya ilə ingilis dilini öyrəndi və Raciv mühəndis-mexanik ixtisasında təhsil aldı. 1968-ci ilin yanvarında Raciv və Sonya Dehlidə evləndilər. 1970-ci ilin iyun ayında onların oğlu Rahul, 1972-ci ilin yanvarında qızları Priyanka anadan oldu. 1968-1980-ci illərdə Hindistana qayıtdıqdan sonra Hindistan Havayollarında pilot, sonra isə ekipaj komandiri olaraq çalışdı. Bu dövrdə heç vaxt siyasi karyera haqqında düşünməyən Racivi yalnız qardaşının ölümündən sonra parlamentə üzv olmağa razı sala bilirlər..
Rahul Qandi
Rahul Qandi (19 iyun 1970, Yeni Dehli) — Hindistanlı siyasətçi, Hindistan Milli Konqresinin başçısının köməkçisi, Lok Sabha üzvü, Hindistan Gənclik Konqresi və Mili Tələbələr Birliyinin Başçısı, həmçinin Hindistan Parlamentinin üzvü. Atası Raciv Qandi, anası Sonya Qandidir. Təhsili ilə əlaqədar düzgün və dəqiq məlumatlar yoxdur. Gənc yaşlarından siyasətə qoşulmuşdur.
Sonya Qandi
Sonia Gandhi (d. 9 dekabr 1946[…]) əsl adı Edvige Antonia Albina Maino olan İtaliya mənşəli Hindistan siyasətçisidir. Hindistan Milli Konqresinin. ex former lideri və köhnə başçısı Rajiv Gandhinin həyat yoldaşı, Rahul Qandinın isə anasıdır. 2004-cü ildə Forbes jurnalı tərəfindən dünyanın ən güclü üçüncü qadını olaraq göstərilmişdir. Bu anda da 13-cü sırada yer almaqdadır. Ayrıca olaraq Time jurnalının dünyanı təsirləmiş 100 ad siyahısında yer almışdır.
Vudi Qatri
Vudi Qatri (tam adı: Vudro Vilson Vudi Qatri; d. 14 iyul 1912; ABŞ, Oklahoma; ö. 3 oktyabr 1967; ABŞ, Nyu-York) — amerikalı söz yazarı və xalq musiqisi sənətçisi. == Həyatı == Vudi Qatri üç dəfə ailə həyatı qurub və Amerika xalq musiqi sənətçisi Arlo Qatri də daxil olmaqla səkkiz övladı olmuşdur. Bundan başqa, Sarah Li Qatrinin babasıdır. Vudi Qatri 55 yaşında Huntington xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Vudi Qatri karyerasında yüzlərlə mahnıya, balladaya imza atmış, siyasi mövzular ehtiva edən mahnılardan ənənəvi mahnılara, ənənəvi mahnılardan uşaq mahnılarına qədər bir çox fərqli janrda ekspromt işləri olmuşdur. Həyatı boyu canlı çıxışlarını davam etdirən sənətkar gitara ilə "bu alət faşistləri öldürər" şüarı ilə tamaşaçı qarşısına çıxmışdı. Amerika məktəblərində tez-tez ifa olunan "This land is your land" mahnısı ilə tanınmışdır. Oxuduğu mahnıların bir çoxu Konqres kitabxanasında arxivlənmişdir.V.Qatri Oklahomadan Kaliforniyaya qədər immiqrant işçilərlə səyahət etmiş, ənənəvi xalq mahnılarını öyrənmişdir.