ÜÇQATLI

sif.
1. Üç qatı olan; üçmərtəbəli. Üçqat(lı) ev.
2. Bir-biri üzərində üç qat olan; üçlaylı. Üçqat xəmir. Üçqat dikt.
ÜÇQAT
ÜÇQƏPİKLİK
OBASTAN VİKİ
Üçqatlı arxitektura
Üçqatlı arxitektura – three-tier architecture ~ трехуровневая архитектура ~ üç katmanlı mimari ~ proqram kompleksinin arxitekturasının bir növü; üçqatlı arxitektura üç əsas komponentin olmasını nəzərdə tutur: müştəri, tətbiqi proqramlar serveri və verilənlər bazası serveri. Müştəri (CLIENT) kompleksin son istifadəçiyə təqdim olunan interfeys (adətən, qrafik) komponentidir. Bu səviyyənin verilənlər bazası ilə birbaşa əlaqəsi olmamalıdır (təhlükəsizlik və genişlənəbilmə tələblərinə görə). Bu səviyyəyə, adətən, yetkiləndirmə (AUTHORIZATION) interfeysi, şifrləmə alqoritmləri, daxil edilən qiymətlərin mümkün formata uyğunluğu, terminala yüklənmiş verilənlər üzərində mürəkkəb olmayan əməliyyatlar (çeşidləmə, qruplaşdırma, qiymətlərin hesablanması) çıxarılır. Tətbiqi proqramlar serveri (APPLICATION SERVER) ikinci səviyyədə yerləşir, iş məntiqinin (BUSINESS LOGIC) əksər hissəsi orada cəmləşib. Ondan kənarda yalnız müştəriyə (terminallara) ixrac edilən fraqmentlər, eləcə də verilənlər bazasına salınmış məntiq elementləri (saxlanılan prosedurlar və triggerlər) qalır. Verilənlər bazası serveri (DATABASE SERVER) verilənlərin saxlanmasını təmin edir. O, bir qayda olaraq, verilənlər bazasının idarəedilməsi sistemləri (DBMS) vasitəsilə reallaşdırılır. Bu komponentə yalnız tətbiqi proqramlar serveri səviyyəsində bağlanmaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə

кана́льский консерви́ровать куполови́дно микробиологи́ческий пире́трум проби́рный проде́льный чифи́р десятивёрстка осо́бенное прилепля́ться рессо́ра жлудь кадриль basilica bystreet destination disablement Hanover hermitary plod sugar loaf turtling warding нахрапистый