Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dənyeyən böcəklər
Dənyeyən böcəklər (lat. Bruchinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Xırda böçəklər olub, bədəni qabarıq, başı qabaq döşə tərəf çəkilmişdir. Qanadüstlükləri qarıncığın arxa ucunu örtmür. Ağ sürfələri yoğun, ayaqsız, S-şəkillidir. 900-dək növü məlumdur. Bunlardan 50-dən çox növünə Azərbaycanda rast gəlinir. Əsasən, paxlalı, həmçinin ot, sarmaşıq, çətirçiçəklilər fəsiləsindən olan bitkilərin toxumlarında yaşayır. Noxud və lobya dənyeyəni çox zərərlidir.
Ətyeyən böcəklər
Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. == Təsnifatı == Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.
Leş yeyən və kiçik qız
Leş yeyən və kiçik qız (ing. The vulture and the little girl) - Cənubi Afrikalı fotoqraf Kevin Karter tərəfindən Sudanın (indiki Cənubi Sudan) Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunmuş Ayod qidalanma düşərgəsi yaxılığında çəkdiyi foto. Şəklin 1993-cü ilin mart ayında çəkildiyi təxmin olunur. Bu şəkilə görə Kevin Karter 1994-cü ildə Pulitser mükafatına layiq görülmüşdür. “Bang-Bang Club”un keçmiş üzvü olmuş hərbi fotoqraf Joao Silvanın xatirələrinə görə, Kevin Sudana olan səfərində ilk dəfə kütləvi aclığın şahidi olmuş və rast gəldiyi səhnələrdən heyrətə gəlmişdir. Şəkili çəkilmiş qızın valideynləri həmin anda Ayod şəhərində humanitar yardım təyyarəsinin boşaldılması ilə məşğul idilər. Qısa müddətdə olsa onlar uşaqlarını tək qoymalı olurlar. Bu zaman qızın yanına leşcil ağqartal uçub gəlir. Həm qızın, həm də leşcil ağqartalın hər ikisinin fokusa düşməsi üçün Karter sakitcə qıza yaxınlaşaraq quşu hürkütmədən 10 m məsafədən bir sıra şəkillər çəkmişdir. Bundan sonra o, leşcil ağqartalı qovmuşdur.