Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kainatın ustaları (film, 1987)
Kainatın ustaları (ing. Masters of the Universe) – 1987-ci ildə istehsal olunmuş bədii filmdir. Filmin distribütori The Cannon Group kinokompaniyasıdır. == Xarici keçidlər == Kainatın ustaları — Internet Movie Database saytında.
Neft ustaları (film, 1955)
== Məzmun == Film "qara qızıl" çıxarmaq sahəsində hünər göstərən qabaqcıl neft ustalarına həsr olunmuşdur.
"Ağ qızıl" ustaları (film, 1958)
"Ağ qızıl" ustaları — Muxtar Dadaşov tərəfindən 1958-ci ildə çəkilmiş Azərbaycan filmi. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur.
Azərbaycanın səhnə ustaları (film, 1965)
Azərbaycanın səhnə ustaları filmi rejissor Musa Bağırov tərəfindən 1965-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Məzmun == Film Azərbaycanın məşhur səhnə ustalarına həsr edilmişdir. Burada Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə və başqa görkəmli sənətkarlar barədə söhbət gedir.
Azəri teatrının ustaları (film, 1966)
Azəri teatrının ustaları tammetrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1966-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan teatrı nın inkişafında böyük xidmətləri olan, tamaşaçıların rəğbət və məhəbbətini qazanmış sənət adamlarından, teatr xadimlərindən bəhs edir == Məzmun == Film Azərbaycan teatrı nın inkişafında böyük xidmətləri olan, tamaşaçıların rəğbət və məhəbbətini qazanmış sənət adamlarından, teatr xadimlərindən-Möhsün Sənani, Mustafa Mərdanov, Barat Şəkinskaya, Sofa Bəsirzadə, Mehdi Məmmədov və başqaları haqqında bəhs edir.
Azərbaycan müasir tətbiqi sənət ustaları (film, 2003)
Azərbaycan müasir tətbiqi sənət ustaları sənədli filmi rejissor Qəni Cavidan tərəfindən 2003-cü ildə çəkilmişdir. "Bravo" studiyasında istehsal edilmişdir. Film Azərbaycanın müasir tətbiqi sənətinin müxtəlif növlərindən və onun sənətkarlarından bəhs edir. == Məzmun == Film Azərbaycanın müasir tətbiqi sənətinin müxtəlif növlərindən və onun sənətkarlarından bəhs edir.
İtabaşi
İtabaşi — Tokionun xüsusi rayonlarından biri.
Atlantika astanası
Atlantika astanası, – Atlantika okeanında sualtı qalxım. Qrenlandiya, İslandiya, Farer və Şetland adaları arasındadır. Atlantika astanası üzərində dərinlik təqribən 600 m-dir. Atlantika astanası Atlantika və Şimal Buzlu okeanlarının su mübadiləsinə mane olur. 700–800 m dərinlikdə astananın şimal yamacında suyun temperaturu 0°C-dən aşağı, cənub yamacında 3–5°C-dir. Şimali Atlantika axınının ilıq və duzlu suları Atlantika astanasından (əsasən, Şetland adaları və İslandiya arasındakı boğazdan) keçərək Norveç dənizinə gəlir. Danimarka boğazında Şimal Buzlu okeanının soyuq və nisbətən az duzlu sularının əks axını üstündür. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Qumluq astacası
Qumluq astacası (lat. Opatrum sabulosum L.)-Böcək bozumtul qara rəngdədir. == Quruluşu == Böcək bozumtul qara rəngdədir. Qanadüstlüyünün üzərində parıldayan ziyilciklər vardır. Uzunluğu 7–10 mm-dir. Sürfələrin üstü tutqun qəhvəyi, alt tərəfi isə sarımtıldır. Qarıncığın son buğumu konusvaridir. Yan tərəfində 8 qəlcəq vardır. Yaşlı sürfənin uzunluğu 16 mm-ə qədərdir. Böcəklər iki ilə yaxın yaşayır.
Oyunun ustası
Oyunun ustası (ing. Master of the Game) — Sidni Şeldonun 1982-ci ildə yazdığı romandır. Əsər bir çox dünya dillərinə tərcümə olunmuş və bir neçə dəfə nəşr edilmişdir. 1984-cü ildə bu əsərin əsasında CBS studiyası tərəfindən mini-serial çəkilmişdir. Əsər Triller janrında yazılmışdır.
Çəllək ustası
Çəllək ustası — çəllək və digər qabları düzəldən sənətkar, bəzən gəmi dirəklərinin ustasıdır. XXI əsrdə çəllək ustası peşəsi hələ də vacibdir, çünki şərab və konyak istehsalında həqiqi taxta çəlləklər tələb olunur. Balta və digər dülgər alətlərindən istifadə edərək, lülənin pərçimlərini bir-birinə yapışdırır, qırxdırır, kıvrımları (tikişləri) çəkic halına gətirir, altını içərisinə keçirir və hər şeyi taxta və ya dəmir halqalarla bağlayır.
Azərbaycan SSR neft ustası
Azərbaycan SSR neft ustası (azərb-kiril. Азәрбајҹан ССР нефт устасы) — Azərbaycan SSR-də neft sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Əsasnaməsi == "Azərbaycan SSR neft ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 19 avqust 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur.Fəxri adla Azərbaycan SSR-in neft sənayesi sahəsində ən yeni texnikanı tətbiq etmək, əmək məhsuldarlığını yüksəltmək, məhsulun maya dəyərini aşağı salmaq, görkəmli ixtiraçılıq fəaliyyəti göstərmək istiqamətində fərqlənmiş neft sənayesi fəalları (staxanovçular), eləcə də mühəndis-texniklər təltif olunurdu.Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.
Azərbaycan SSR pambıq ustası
Azərbaycan SSR pambıq ustası (azərb-kiril. Азәрбајҹан ССР памбыг устасы) — Azərbaycan SSR-də pambıq sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Əsasnaməsi == "Azərbaycan SSR pambıq ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 23 may 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur.Fəxri adla Azərbaycan SSR-in pambıqçılıq sənayesində ən yeni aqrotexnikanı tətbiq edən, pambıq yığmaq işində xüsusilə fərqlənən kolxozçular, sovxoz fəhlələri, kənd təsərrüfatı mütəxəssisləri, elmi-tədqiqat pambıqçılıq və təcrübə idarələrinin işçiləri, eləcə də yüzsentnerçilər yarışında iştirak edənlər təltif olunurdu.Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.
Eldar Əliyev (balet ustası)
Eldar Əliyev (1957, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı balet ustası, Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri. == Həyatı və sənət fəaliyyəti == Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. 1966–1975-ci illərdə Bakı Xoreoqrafiya məktəbində təhsil almışdır. 1974-cü ildən Bakı Opera və Balet teatrında çalışmağa başlamış, 1975-ci ildə Xoreoqrafiya məktəbləri məzunlarının Leninqradda keçirilən V Ümumittifaq müsabiqəsində 2-ci yeri tutmuşdur. 1979–1992-ci illərdə Leninqraddakı Kirov teatrının solisti olmuş, "Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Sonalar gölü" kimi klassik baletlərdə aparıcı partiyaları ifa etmişdir. 1988-ci ildə Yuri Qriqoroviçin dəvəti ilə Arif Məlikovun Moskvada, Böyük teatrın səhnəsində tamaşaya qoyulan "Məhəbbət əfsanəsi" baletində Fərhad obrazını canlandırmışdır. Dünyanın 40-dan çox teatrının səhnəsində çıxış etmişdir. 1991–1992-ci illərdə "Kirov teatrının və Böyük teatrın ulduzları" adlı 8 nəfərlik truppanın tərkibində ABŞ, Kanada və Meksikada 4 aylıq qastrol səfərində olmuşdur. 1992-ci ildə "Indianapolice Ballet Theatre"nin dəvəti ilə ABŞ-yə köçmüş və 1994-cü ildən 2005-ci ilədək "Ballet Internationale" adlı truppanın rəhbəri olmuşdur.1996-cı ildə rəqqas kimi karyerasını başa vurmaq qərarına gələn Eldar Əliyev özünü xoreoqraf kimi sınadı və Fikrət Əmirovun "Min bir gecə" baletinə uğurlu quruluş verdi. Onun Şəhriyar rolunda çıxış etdiyi balet ABŞ səhnəsində müvəffəqiyyətlə nümayiş etdirildi.
"Ağ qızıl" ustası (film, 1972)
"Ağ qızıl" ustası — Əhməd Abdullayev tərəfindən 1972-ci ildə çəkilmiş film. Film Azərbaycan Televiziyasında ("Ekran") tərəfindən istehsal edilmişdir.
Azərbaycan SSR tətbiqi incəsənət ustası
Azərbaycan SSR tətbiqi incəsənət ustası (azərb-kiril. Азәрбајҹан ССР тәтбиги инҹәсәнәт устасы) — 7 may 1960-cı ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən Azərbaycan SSR-də tətbiqi incəsənətin inkişafında xüsusi xidmətləri olan ən tətbiqi incəsənət xadimlərinə verilirdi. == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938–1963-ҹү илләр (az.). Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.