Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarlıq
Yarlıq (türk-monqolca — sərəncam, əmr) —Yerli feodallar torpaqdan istifadə etmək üçün aldıqları sənəd. xanların verdiyi yazılı fərman. Yarlıqlar, əsasən, toxunulmazlıq və imtiyazlar haqqında fərmanlar idi. Payıza hökmdarın adından mandat kimi verilən üstü imzalı lövhəcik. Yol buraxılışı kimi istifadə olunan payızanın sahibi onun vasitəsilə özünə lazım olan hər şeyi ala bilərdi. Tapşırığın vacibliyindən asılı olaraq, payıza qızıldan, gümüşdən, çuqundan, bürüncdən və taxtadan ola bilərdi. Yarlıqların aşağıdakı növləri vardır. Etiket, malların üstünə yapışdırılan və onların adını, çəkisini, növünü, qiymətini və s. göstərən kağız; Malın üstünə yapışdırılan və onun adını, miqdarını, hansı müəssisə və ya firmada buraxıldığını bildirən etiket. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Uşaqlıq
Uşaqlıq - insanın doğuşdan yetkinlik dövrünə qədər olan dövr.
Karlıq
Eşitmə itkisi — eşitmə itkisi və ya karlıq , səsləri qəbul etmə qabiliyyətindəki tam ya da qismi bir azalmanı ifadə edir. Bir çox bioloji və ekoloji səbəblərə bağlı olaraq inkişaf edən eşitmə itkisi , səs qəbul etmə bacarığına sahib bütün canlılarda ortaya çıxa bilər. Səslərin tezliyini ifadə etmək üçün Hertz vahidi istifadə edilir. Qüsursuz bir insan qulağı 20-20.000 Hz arasındakı səsləri eşidir. Məsələn insan səsinin tezliyi 500–5000 Hz arasındadır. Səslərin şiddəti isə desibel ilə göstərilir. 80 dB üzərində ki səslərə uzun müddət məruz qalmaq eşitmə itkisinə səbəb ola bilər. 130 dB və üzərindəki səslər qulaqlarda fiziki ziyana səbəb ola bilər. [1] 80 dB'ye nümunə olaraq iş maşınlarının çıxardığı səs-küy , 130 dB-ə nümunə olaraq reaktiv təyyarəsi mühərriki nümunə verilə bilər. == Səbəbləri == İnsanlarda eşitmə itkisinin başlıca səbəbləri bunlardır : Keçiricilik Qabiliyyəti problemləri Tıxanmış xarici qulaq kanalı (qulaq kiri vs.
Narlıq
Narlıq — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Ucarlı
Ucarlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ucarlı oyk. Kürdəmir r-nunun Cəyli i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini Ucardan gəlmiş ailələr saldığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 99 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Varlıq
Varlıq — fəlsəfi kateqoriya olub,şüurdan asılı olmayaraq obyektiv reallığın- kosmos,təbiət və insanın mövcudluğudur. Varlıq anlayışı geniş və dar mənada işlədilir. Geniş mənada dünyada mövcud olan hər şey varlığa daxil edilir. Sözün məhdud mənasında (dar) varlıq dedikdə insanların şüürundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıq başa düşülür.Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri olan Parmenid işlətmişdir. O varlıq haqqında əsərində göstərirdi ki, “Varlıq” hərəkət etmir,dəyişməzdir və mükəmməldir. Demokritin atomist təlimi hesab edirdi ki,varlıq bölünməz kiçicik hissəciklərdən - atomlardan və boşluqdan ibarətdir.
Yaylıq
Yaylıq (albom)
Uşaqlıq (anatomiya)
Uşaqlıq (lat. uterus, yunanca metra, delphus, hystera) — tək və əzələvi üzvlərdən olub kiçik çanaqda, düz bağırsağın önündə, sidikliyin arxasında yerləşmişdir. Yuxarıda uşaqlıq boruları ilə və aşağıda uşaqlıq yolu ilə birləşir. Uşaqlığım vəzifəsi döllənmiş yumurtanı daxilində müəyyən vaxt bəsləməkdən ibarətdir; döl yetişdikdən sonra uşaqlıq yığılaraq onu xaricə çıxarır. Bu prosesə doğuş deyilir. == Ümumi məlumat == Uşaqlıq öndən arxaya yastılaşmış armuda bənzəyir; girdə enli ucu sərbəst olaraq yuxarıya və önə dar, ucu aşağı və arxaya çevrilmişdir. Yuxarı çox hissəsi uşaqlıq cismi – lat. corpus uteri və aşağı az hissəsi uşaqlıq boynu – lat. cervix uteri adlanır. Uşaqlıq cisminin uşaqlıq borularının başlanan yerindən yuxarı olan hissəsi uşaqlıq dibi – lat.
Uşaqlıq (əsər)
Uşaqlıq (rus. Детство) – Lev Tolstoyun yazdığı ilk povest. İlk dəfə 1852-ci ildə Sovremennik jurnalının 9-cu sayısında nəşr olunmuşdur. Əsər bir çox oğlanın uşaqlıq dövründə yaşadığı utancaqlıq, ilk sevgi, ədalətsizlik kimi psixoloji təcrübələri əhatə edir. Əsər Tolstoyun 23 yaşı olarkən yayımlanmış və tez zamanda uğur qazanmışdır. Tolstoy bu əsərinin davamı kimi Yeniyetməlik və Gənclik əsərlərini qələmə almışdır.
Uşaqlıq borusu
Uşaqlıq (ya Fallop) borusu (lat. tuba uterina; tuba uterina fallopii - BNA, yun. salpinx) silindrəbənzər uzun boru şəklində cüt üzvlərdən olub, uşaqlığın yan tərəfində, enli bağın yuxarı kənarında yerləşmişdir. Böyüklərdə uzunluğu 6 sm-dən 20 sm-dək olur. Sağ boru sol borudan bir qədər uzun olur. Uşaqlıq borusu dörd hissədən ibarətdir; 1) uşaqlıq borusu boşazı - lat. isthmus tubae uterinae, 2) uşaqlıq borusu ampulu (pars ampularis)- 3) interstisial və ya uşaqlıq (pars interstisialis tubae )ən dar hissə. 4)qif (infundibulum tubae )ən distal və ən geniş hissə . Uşaqlıq borusu boğazı qısadır (təxminən 3-6 sm uzunluğundadır), uşaqlığın cismi ilə dibi arasında yan kənarından başlayaraq bayır tərəfə gedir və uşaqlıq borusu ampuluna keçir. Uşaqlıq borusu ampulu boğazdan uzundur (təxminən 8 sm uzunluğundadır), diametri böyük (6–8 mm), divarları nazik, gedişi qıvrım və özü də yumurtalığa yaxındır.
Uşaqlıq mioması
Uşaqlıq mioması – uşaqlıq divarının saya əzələ hüceyrələrindən əmələ gələn şişvari törəmədir. Miomaların ölçüləri bir neçə millimetr və 20-25 sm arasında dəyişə bilir. Uşaqlıq miomasının dəqiq əmələ gəlmə səbəbləri hələ də tam dəqiq müəyyən olunmayıb, lakin, miomanın hormonal tənzimləmə ilə əlaqəsi barədə məlumatlar mövcuddur. == Əmələ gəlmə səbəbləri == Uşaqlıq miomasının inkişafı haqqında müasir təsəvvürlər hormonal nəzəriyyəyə əsaslanır. Estragenlərin ekskresiyasının və metabolik çevrilməsinin, eləcə də estragen fraksiyaları nisbətinin (estron və estradiolun follikulin, estriolun isə lyutein fazalarına doğru artması) pozulması miometriyada morfoloji dəyişikliklərə gətirib çıxarır. Miometri kütləsi estrogenlərin başlatdığı saya əzələ hüceyrələrinin hiperplaziyası və həmçinin də bu hüceyrələrin hipertrofiyası nəticəsində arta bilər. Estrogenlərlə bərabər miomanın böyüməsini progesteron stimullaşdırır. Uşaqlıq mioması zamanı saya əzələ hüceyrələrinin hipertrofiyası onların hamiləlik dövründə olan hipertrofiyası ilə eynidir və yalnız estradiol ilə proqesteronun nisbətən yüksək konsentrasiyasında birləşmiş təsiri zamanı ortaya çıxa bilər. Lyüetin fazasında proqesteron miositlərin mitotik fəallığını artırır, bundan əlavə proqesteron böyümə faktorlarının induksiyası yolu ilə miomanın böyüməsinə təsir edir. Mioma toxumasında estradiol və proqesteron reseptorları sabit miometridəkindən daha çoxdur.
Uşaqlıq yolu
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.
Ayarlı (Üçkilsə)
Ayarlı, Lernamerdz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə, Abaran çayının qolunun yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara köməklik məqsədini güdən şəhər yoxsullarından ibarət təbəqə» mənasını bildirən ayarı sözü əsasında əmələ gələn ayarlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Lernamerdz qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 38 nəfər, 1873 - cü ildə 265 nəfər, 1886-cı ildə 252 nəfər, 1897-ci ildə 355 nəfər, 1904 - cü ildə 353 nəfər, 1914 - cü ildə 373 nəfər, 1916-cı ildə 339 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanla sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir.
Hel (varlıq)
Hel (q.skan. Hel) — german-skandinav mifologiyasında ölülər diyarının hakimi (Helheym), Loki və div Anqrbodanın qızı, üç xtonik varlıqdan biri. Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur. Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.
Mütləq varlıq
Mütləq — idealist fəlsəfədə anlayışdır. Mütləq "özü onun üçün kafi olan"digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfədə işlənir. Din üçün mütləq varlıq Allahdır, Fixtedə-"Mən" adlanır; Hegel fəlsəfəsində Mütləq rolunda dünya zəkası(mütləq ruh); Şopenhauerdə iradə, Berqsonda intuisiya çıxış edir.
U (çarlıq)
U ya Şərqi U (çin. ənən. 東吳, sadə. 东吴, pinyin: Dōng Wú, hərfi mənası: "Dun U") — Üç çarlıq dövründə 222–280-ci illərdə mövcud olmuş dövlət . U çarlığı II əsrdə Han sülaləsinə qarşı qalxmış ümumi üsyanların gedişində Yantszı çayının aşağı hissəsini — Çzyandun ərazilərini işğal etmiş Sun Çe (孫策) tərəfindən qurulmuşdur. 200-cü ildə varis Sun Çyuan qonşu əyalətləri get-gedə ələ keçirərək çarlığı genişləndirir. 208-ci ildə, Sun Çyuan Lyu Bey ordusu ilə birlikdə Çibi döyüşündə Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 219-cu ildə Vey çarlığının Çzinçjou əyalətini ələ keçirir. 229-cu ildə özünü imperator elan edir. Sun Çzuan özünə Da-di taxt-tac ölkəsinə isə U adını verir. Müasir Nankin, tarixi Çzyankan 建業 şəhərini ölkənin paytaxtına çevirir.
Uzarlı (Urmiya)
Uzarlı (fars. ‎اوزرلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (62 ailə).
Varlıq (dəqiqləşdirmə)
Varlıq
Varlıq (jurnal)
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. == Haqqında == "Varlıq" İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib.Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Dərgidə Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. "Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.Jurnalın redaksiya heyətində Cənubi Azərbaycan poeziyası və ədəbiyyatının görkəmli nümayənədlərindən sayılan Professor Həmid Nitqi, Məmmədəli Fərzanə, Kərim Sönməz, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdariniya, və Qulamhüseyn Beqdeli kimi tanınmış qələm sahibləri təmsil olunurdular. == Mövzular == Bu jurnal mədəniyyət və elmi-tarixi mövzularda çıxır, Azərbaycan dilinin və ədəbiyyatının problemləri mövzusunda maraqlı yazılar çap edirdi. Varlıq mövcud olduğu dövrdə həm də mədəni mərkəz funksiyasını daşımışdır.
Varlıq (qəzet)
"Varlıq" — həftəlik qəzet. == Tarixi == Varlıq qəzeti 1992-ci ildə Əli Hacı tərəfindən təsis edilmişdir. İlk dövrlərdə qəzetin baş redaktoru Əli Hacı Ağaevli olmuş sonradan Qardaşxan Əzizxanlı baş redaktor olmuşdur.. Varlıq qəzetinin redaktoru Məzahir Həsənov olmuşdur. == İlk sayı == Qəzetin ilk sayı 21 yanvar 1992 ildə çap olunmuşdur. Qəzet 4 səhifədən ibarət idi.
Varlıq dərgisi
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. == Haqqında == "Varlıq" İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib.Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Dərgidə Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. "Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.Jurnalın redaksiya heyətində Cənubi Azərbaycan poeziyası və ədəbiyyatının görkəmli nümayənədlərindən sayılan Professor Həmid Nitqi, Məmmədəli Fərzanə, Kərim Sönməz, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdariniya, və Qulamhüseyn Beqdeli kimi tanınmış qələm sahibləri təmsil olunurdular. == Mövzular == Bu jurnal mədəniyyət və elmi-tarixi mövzularda çıxır, Azərbaycan dilinin və ədəbiyyatının problemləri mövzusunda maraqlı yazılar çap edirdi. Varlıq mövcud olduğu dövrdə həm də mədəni mərkəz funksiyasını daşımışdır.
Varlıq jurnalı
Varlıq — 15 iyul 1933-cü ildə Yaşar Nabi Nayır tərəfindən nəşr olunan aylıq sənət və ədəbiyyat jurnalı (ilk sayında sahibi Səbri Esat Siyavuşgil çıxdı). İlk yaşlarında Qərb ədəbiyyatının və şeirlərinin tərcümələri ilə tanınan, Türkcəni öz anlayışı ilə tanıdan Varlıq, fasiləsiz nəşr olunmaqla bu günə qədər yaşamışdır. "Heç bir şeydən yaratma" səyindən ilham alan ad sahibi Yaşar Nabi Nayır tərəfindən nəşr olundu və bir çox məşhur yazıçı və türk ədəbiyyatının şairlərinin ilk əsərləri nəşr olundu. == Jurnalın yazıçıları == Melih Cevdet Anday, Cahit Sitki Taranci Orxan Vəli Bedri Rəhmi Eyuboğlu Necati Cumali Tarik Dursun Ece Ayhan Attila İlhan Yaşar Kamal Aziz Nesin Semih Poroy Tomris UyarJurnalın ilk nömrələrinə Yeddi məşəlin şeirləri daxil idi. Qəribələr ilk dəfə Varlıq jurnalının səhifələrində göründü; Varlıqda qəribə bir manifest nəşr olundu. Jurnalda Kənd İnstitutunun yazıçıları, xüsusən də Mahmud Makalın hekayələri yer aldı. Varlıq jurnalında yazmaqla Respublika dövrü yazıçılarının çoxu tanınıb. Əvvəlcə Ankarada nəşr olunan jurnal 1946-cı ildən bu yana İstanbulda nəşr olunur. Yaşar Nabi'nin ölümündən sonra qızı Filiz Nayır Deniztekin jurnal rəhbərliyini əlinə aldı.Jurnal, Eurozine, Avropa Mədəni Jurnalı Şəbəkəsinin üzvüdür. == Tarixi == === İlk illəri === 15 iyul 1933-cü ildə Ankarada hər 15 gündə bir nəşr üçün təsis edilmişdir.
Vey (çarlıq)
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Yaylıq (albom)
Yaylıq – Azərbaycan reperi PRoMetenin 2013-cü ildə buraxdığı EP albomudur. == Hazırlanması == PRoMetenin "Yaylıq" adlı Sailor-la birgə işlənən EP albomu 2013-cü ilin yay aylarında dinləyicilərə bir-bir təqdim olunub. Albom 4 trekdən ibarətdir.
Yazlıq (Qaraqoyunlu)
Yazlıq — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Kəndin uzun zamanlardab bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 23 km, Qaraqoyunlu ilçə mərkəzinə 8 km uzaqlıqdadır.