Ayarlı, Lernamerdz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Ayarlı | |
---|---|
40°15′48″ şm. e. 44°15′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 975 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 13 km şimal-şərqdə, Abaran çayının qolunun yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.
Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara köməklik məqsədini güdən şəhər yoxsullarından ibarət təbəqə» mənasını bildirən ayarı sözü əsasında[3] əmələ gələn ayarlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Lernamerdz qoyulmuşdur.
Kənddə 1831-ci ildə 38 nəfər, 1873 - cü ildə 265 nəfər, 1886-cı ildə 252 nəfər, 1897-ci ildə 355 nəfər, 1904 - cü ildə 353 nəfər, 1914 - cü ildə 373 nəfər, 1916-cı ildə 339 nəfər yalnız azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur.
İndiki Ermənistanla sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. Onlar 1924-25-cı illərdə sıxışdırılaraq kənddən çıxarılmış, onların yerinə ermənilər və kürdlər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Ayarlıda 1918-ci ildə 800 nəfər yaşamışdır. Kənd bütünlükdə soyqırım qurbanı olmuşdur. Əhalisinin əksəriyyəti işgəncələrlə öldürülmüş, salamat qalanlar didərgin düşmüşlər. Bundan sonra kəndə ermənilər yerləşdirilmişdir.[6]