Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vəngli
Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur.Qarabağ müharibəsinin başlandığı ilk günlərdən ermənilər bu kənddə nəzarəti tam ələ keçirərək buradan qonşu azərbaycanlı kəndlərinə hücum etməyə, günahsız insanları qırmağa başladılar.
Vergili
Publi Vergili Maron (15 oktyabr e.ə. 70 – 21 sentyabr e.ə. 19, Brindizi, Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır. Vergilinin üç əsəri çox məşhurdur: "Ekloqlar" "Georgikilər" "Eneida" == Həyatı == Vergili Roma yaxınlığında And kəndində varlı ailədə anadan olmuşdur. Sonralar əmlakının böyük bir hissəsini itirən şairə bunları geri almağa imperator Oktavian Avqust və Messenat kömək etmişdir. Buna görə də onun əsərlərində xüsusilə də bukolikalarında onlar mədh edilir. == "Ekloqlar" == Bu Vergilinin ilk kitabıdır.
Publi Vergili Maron
Publi Vergili Maron (15 oktyabr e.ə. 70 – 21 sentyabr e.ə. 19, Brindizi, Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır. Vergilinin üç əsəri çox məşhurdur: "Ekloqlar" "Georgikilər" "Eneida" == Həyatı == Vergili Roma yaxınlığında And kəndində varlı ailədə anadan olmuşdur. Sonralar əmlakının böyük bir hissəsini itirən şairə bunları geri almağa imperator Oktavian Avqust və Messenat kömək etmişdir. Buna görə də onun əsərlərində xüsusilə də bukolikalarında onlar mədh edilir. == "Ekloqlar" == Bu Vergilinin ilk kitabıdır.
Dante və Vergili Cəhənnəmdə
Dante və Vergili Cəhənnəmdə (ing. Dante And Virgil in Hell, fr. Dante et Virgille en Enfe) — Vilyam Buqro ən məşhur əsərlərindən biri. Əsər 1850-ci ildə Parisdə tamamlanmışdır. Əsərdə tanınmış şairlər Dante Aligyeri və Vergili Cəhənnəmdə baş verən hadisələri heyrətlə seyr edərkən təsvir edilmişdir. Tablonun mərkəzində vampirizm - bir oğlanın qanını soran başqa bir oğlan təsvir edilmişdir. Arxada isə odda yanan müxtəlif insanlar və onları izləyən qanadlı eybəcər məxluq göstərilmişdir. Əsər 2005-ci ildə rejissor Yuv Bollun çəkdiyi fantastik qorxu filmi BladReynin preambulasında istifadə edilmişdir. == Sərgilərdə == Salon, Paris, Fransa, 1850 Vilyam Buqro: 1825 - 1925, Paris Fransa, 1984 Vilyam Buqro: 1825 - 1925, Monreal, Kanada, 1984 Vilyam Buqro: 1825 - 1925, Hardford, ABŞ, 1984 == Ədəbiyyat == Crespelle Jean-Paul, Les Maîtres de la belle époque, Paris, 1966 Adhémar Hélène [sous la direction de], Chronologie Impressionniste : 1803—1905, Paris, 1981 Gaudieri Alexander V. J. — Burollet Thérèse — Atkinson Tracy, William Bouguereau 1825—1905 [cat. exp.], Paris, 1984 Compin Isabelle — Roquebert Anne, Catalogue sommaire illustré des peintures du musée du Louvre et du musée d’Orsay, Paris, 1986 Compin Isabelle — Lacambre Geneviève — Roquebert Anne, Musée d’Orsay.