Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsbiyyə
Əsbiyyə və ya Əl-Asaba Tripolidən təqribən 120 km məsafədə, qərb dağı sayılan Nafusa dağının ətəklərində şəhər. == Tarixi == === Qısa Tarixi === Əl-Asaba kənd təsərrüfatı ilə məşhur olan Nafusa dağlarında (Qərbi Dağ) yerləşən, 2010-cu il siyahıyaalınmasında faktiki olaraq təxminən 27.600 nəfər məskunlaşan bir əhalisi olan bir bölgədir və Qaryan şəhərindən sonra bölgənin ən böyük şəhərlərindən biridir. 23 mart 1913-cü ildə Əl-Təvisin protektoratı olan Liviya mücahidləri və italyanlar arasında döyüş baş verdi və bu zərbə zamanı italyanlara ağır itki verildi.
Rəsmiyyə Sabir
Rəsmiyyə Sabir (Abdullayeva Rəsmiyyə Sabir qızı) - Azərbayacan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Abdullayeva Rəsmiyyə Sabir qızı 1973-cü il sentyabrın 28-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Həsənküçə kənd orta məktəbində orta təhsil almışdır. 1990-1995-ci illərdə İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ali təhsil almış və "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" üzrə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. == Bədii yaradıcılığı == Rəsmiyyə Sabır çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb.
Rəsmiyyə Sadıqova
Rəsmiyyə Sadıqova (?-?)—Azərbaycan müğənnisi. == Həyatı == 40 il opera və balet teatrının solisti olmuş, yüz dəfə Əsli, Leyli, Şahsənəm, Telli kimi baş rollarda oynamış, eyni zamanda “Simayi Şəms” ritmik muğamının həmişəlik möhürünü vurmuş Rəsmiyyə Sadıqova əslən Masallı şəhərindən, Dadva məhəlləsindəndir.
Vəsiyyət (şeir)
Vəsiyyətnamə (ukr. Заповіт) — Taras Şevçenkonun 25 dekabr 1845-ci ildə Pereyaslavda müraciət-"vəsiyyətnamə" şəklində yazdığı proqramlaşdırılmış şeir. Şeir Ukrayna mədəniyyətinə böyük təsir göstərmişdir və təsir göstərməkdədir. Bir sıra bəstəkarlar musiqi əsərlərini şeirə əsasən bəstələmişdilər və ümumiyyətlə mədəni həyatda onu fəal istifadə edirlər və şeir əsəri 150-dən çox dillərə tərcümə olunmuşdur. == Musiqidə == "Vəsiyyətnamə" bir çox musiqi əsərlərin əsasını təşkil edir. Əsər üçün musiqini ilk dəfə Nikolay Lısenko bəstələmişdir (1868-ci ildə kişi xoru, solo tenor və fortepiano üçün, 1877-ci ildə ikinci buraxılışı işıq üzünü görmüşdü). "Vəsiyyətnamə" üçün yazılmış ən populyar musiqi Ukrayna xalq mahnısı intonasiyalarına çox yaxın idi. O, 1870-ci illərdə Qordi Qladki tərəfindən yaradılmış, daha sonra Lısenko tərəfindən redaktə edilmiş və Poltava şəhərində G. Markeviç tərəfindən nəşr olunmuşdur. Mahnı uzun müddət xalq mahnısı olaraq qəbil edilirdi. Yakov Stepovoy, Kirill Stetsenko, Porfiri Demutski, Aleksandr Aleksandrov və s.
Səfiyyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. == Saraydan öncəki həyatı == Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. === Saraya gəlişi === 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Səfiyyə Dibirova
Səfiyyə (Sofiya) Hacı qızı Dibirova (1933, Qullar, Balakən rayonu – 31 yanvar 2015, Balakən rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qax (1970–1982), Vartaşen (1963–1970), Zaqatala (1962–1963), Balakən (1960–1962) rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1958–1960). == Həyatı == Səfiyyə Hacı qızı Dibirova 1933-cü ildə Balakən rayonunun Qullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nuxa şəhərinə gəlmiş və buradakı müəllimlər institutuna daxil olmuşdur. 1954-cü ildə ədəbiyyət diplomu ilə doğulduğu kəndə qayıdaraq məktəbdə müəllimlik etmişdir.Səfiyyə Dibirova 1954–1956-cı illərdə kənd məktəbində pioner baş dəstə rəhbəri, 1956–1957-ci illərdə Balakən rayon pionerlər evinin direktoru olmuşdur. 1957-ci ilin yanvar ayında o, Azərbaycan LKGİ Balakən Rayon Komitəsinin Pioner və məktəblilərlə iş şöbəsinin müdiri təyin olunmuşdur. İki aydan sonra isə Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir.1958-ci ilin iyun ayında Səfiyyə Dibirova Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş və eyni ildə Balakən Rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə vəzifələrdə çalışmaqla bərabər, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır.1960-cı ildə Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə iki il çalışmışdır. 1962–1963-cü illərdə Azərbaycan KP Zaqatala Rayon Komitəsinin birinci katibi olmuşdur. 1963-cü ildə Vartaşen və Nuxa rayonları birləşdirildikdə Vartaşen Rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibi seçilmiş, iki il sonra bu rayonların ayrılması ilə Azərbaycan KP Vartaşen Rayon Komitəsinin birinci katibi kimi fəaliyyətini davam etdirmişdir. 1970-ci ildə Azərbaycan KP Qax Rayon Komitəsinin birinci katibi seçilmiş və 1982-ci ilin aprel ayına kimi bu vəzifədə çalışmışdır.Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin altı çağırış (5–10-cu çağırışlar) deputatı seçilmişdir.
Səfiyyə binti Hüyey
Səfiyyə binti Hüyey (ərəb. صفية بنت حيي‎; təq. 610, Mədinə – 670, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri. Mədinə yəhudilərindən olan Bəni Nadir qəbiləsinin rəisi Hüyey ibn Əxtabın qızı. == Bioqrafiyası == Səfiyyə binti Hüyey təxminən 610-cu ildə anadan olmuşdur. Onun atası Huyey ibn Əxtab Məhəmməd peyğəmbərin və müsəlmanların qatı düşməni olduğu üçün ənsarlarla mühacirlər arasında çəkişmə fürsətini əldən verməmiş, Qüreyşlə ittifaqa girmişdir. İlk əri Sallam bin Mişkam əl-Qureyzə qəbiləsinin məşhur şairi idi, lakin onların evliliyi uzun sürməmişdir. Onun ikinci əri Bəni Nadir qəbiləsinin nümayəndələri arasında yüksək mövqeyə malik olan Kənan ibn ər-Rəbi ibn Əbu əl-Hukayk idi. == Xeybər döyüşü == Mədinənin yəhudi qəbilələri (Bəni Kayinuka, Bəi Nadir və Bəni Qureyzə) müsəlmanlarla bağladıqları müqavilələri pozduqdan sonra onlar qovulur və Bənu Nadir Xeybərdə məskunlaşır. Mədinədən qovulduqdan sonra Səfiyyənin atası Məhəmməd peyğəmbərlə düşmənçiliyindən əl çəkmir.
Səfiyyə binti Əbdülmüttalib
Səfiyyə binti Əbdülmüttalib (ərəb. صفية بنت عبدالمطلب‎, 570, Məkkə – 640, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin bibisi, Zübeyr ibn Əvvamın anası. İslamda bütpərəst (İslam ədəbiyyatında müşrik) kişini öldürən ilk qadın səhabə kimi tanınır. == Bioqrafiya == 567-ci ildə Məkkədə anadan olmuşdur. Müsəlman olmadan əvvəl iki dəfə ərə gedir. Zübeyr ibn Əvvam ikinci evliliyindən idi. Məhəmmədin İslama dəvətini eşidən o, oğlu Zübeyrlə birlikdə İslamı qəbul etmişdir. İslamın yayılmasında peyğəmbərə dəstək verməsi ilə bilinir. O, oğlu Zübeyrlə birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir. O, müxtəlif müharibələrdə iştirak edib və müharibəyə gedən ilk müsəlman qadın kimi tanınıb.
Xəfiyyə (film, 2017)
Xəfiyyə (Rom: Thupparivaalan) — Mysskin tərəfindən ssenarisi yazılmış və eyni zamanda da rejissorluğu edilmiş 2017-ci ildə Tamil dilində çəkilmiş hind döyüş trilleri filmidir. Filmin prodüseri Vişaldır, o həmçinin Simranla baş rolda oynayır. Filmdə həmçinin Prasanna, Vinay, Anu Emmanuel, Andrea Jeremiah və K. Bhagyaraj da yer almışdır. Film və onun baş qəhrəmanı ingilis yazıçısı Artur Konan Doylun detektiv personajı Şerlok Holmsdan ilhamlanmışdır; filmin açılışında onun haqqında bəhs edilmişdir. Filmin hekayəsi bir uşağın ev itinin qətlini təhqiq etməyə başlayan və tezliklə özünü daha böyük bir sui-qəsdin arxasındakı cinayətkar tərəfindən təhdid altında görən detektiv Kaniyan Pongundrandan bəhs edir. Film 2016-cı ilin martında nümayiş etdirilmiş və 14 sentyabr 2017-ci ildə təqdim edilmişdir. Rejissor Vişal, Thupparivaalan 2 adlı davam filmini 2020-ci ildə buraxmış və bu filmdə də Vishal və Prasanna rollarını təkrarlamışdırlar.
Pokemon: Xəfiyyə Pikaçu
Pokemon: Xəfiyyə Pikaçu (ing. Pokémon Detective Pikachu; yap. 名探偵ピカチュウ) — rejissorluğunu Rob Lettermanın etdiyi 2019-cu ildə istehsal olunmuş şəhər fantaziyası müəmma filmi. Ssenari Satoşi Taciri tərəfindən yaradılmış Pokemon françayzinqinə, Detective Pikachu oyununa və Hernandes, Samit və Nikol Pörlman tərəfindən yazılan hekayəyə əsaslanaraq Ded Hernandes, Benci Samit və Derek Konoli tərəfindən yazılmışdır. Film Toho ilə birlikdə Legendary Pictures tərəfindən hazırlanmışdır. Bu ilk canlı ifa janrında olan Pokemon filmidir. Rayan Reynolds filmdə Pikaçunun səsləndirməsini və üz hərəkətlərinin yaxalanmasını icra edərək, Castis Smit, Ketrin Nyuton, Suki Uoterhaus, Omar Çaparro, Kris Qir, Ken Vatanabe və Bill Nayi ilə birlikdə canlı ifa rollarını canlandırıb. Filmin çəkilişləri 2018-ci ilin yanvar-may aylarında Kolorado, İngiltərə və Şotlandiyada edilmişdir. Warner Bros., RealD 3D və Dolby Cinema tərəfindən paylanan film, 3 may 2019-cu ildə Yaponiyada, 10 may 2019-cu ildə isə ABŞ-da buraxılmışdır. ABŞ-da Pokemon 3 filmindən sonra Warner Bros.
Xəfiyyə 2 (film, 2021)
Xəfiyyə 2 (Rom: Thupparivaalan 2) Vişalın prodüseri, rejissoru və eyni zamanda da baş rol ifaçısı olduğu hind döyüş trilleri detektiv filmidir. 2017-ci ildə çəkilmiş Thupparivaalan filminin davamı olan filmdə Prasanna və Ashya da rol almışdırlar. Filmin musiqisini İlaiyaraaja bəstələmişdir. Vişal rejissorluq debütünü daha əvvəl yaradıcı fikir ayrılıqları və maliyyə problemləri səbəbindən layihədən çəkilən Mysskin tərəfindən çəkilmiş bu filmlə etmişdir. == İstehsal == Əsas çəkilişlər 2019-cu ilin noyabr ayının əvvəlində Bristolda başlamışdır və ilk çəkiliş cədvəli bir ay sonra başa çatdırılmışdır. Mysskin və Vişal büdcə məsələlərinə görə ayrıldıqdan sonra filmin çəkilişləri 2020-ci ilin noyabrında Vişalın rejissorluğu ilə davam etdirilmişdir. == Musiqi == Filmin musiqisini İlaiyaraaja bəstələmişdir.
Pokemon: Xəfiyyə Pikaçu (film, 2019)
Pokemon: Xəfiyyə Pikaçu (ing. Pokémon Detective Pikachu; yap. 名探偵ピカチュウ) — rejissorluğunu Rob Lettermanın etdiyi 2019-cu ildə istehsal olunmuş şəhər fantaziyası müəmma filmi. Ssenari Satoşi Taciri tərəfindən yaradılmış Pokemon françayzinqinə, Detective Pikachu oyununa və Hernandes, Samit və Nikol Pörlman tərəfindən yazılan hekayəyə əsaslanaraq Ded Hernandes, Benci Samit və Derek Konoli tərəfindən yazılmışdır. Film Toho ilə birlikdə Legendary Pictures tərəfindən hazırlanmışdır. Bu ilk canlı ifa janrında olan Pokemon filmidir. Rayan Reynolds filmdə Pikaçunun səsləndirməsini və üz hərəkətlərinin yaxalanmasını icra edərək, Castis Smit, Ketrin Nyuton, Suki Uoterhaus, Omar Çaparro, Kris Qir, Ken Vatanabe və Bill Nayi ilə birlikdə canlı ifa rollarını canlandırıb. Filmin çəkilişləri 2018-ci ilin yanvar-may aylarında Kolorado, İngiltərə və Şotlandiyada edilmişdir. Warner Bros., RealD 3D və Dolby Cinema tərəfindən paylanan film, 3 may 2019-cu ildə Yaponiyada, 10 may 2019-cu ildə isə ABŞ-da buraxılmışdır. ABŞ-da Pokemon 3 filmindən sonra Warner Bros.