Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi — hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən o. Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir: A1 - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün; A - bütün növ motosikletləri idarə etmək üçün B1 - kvadrisiklləri idarə etmək üçün B - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; C1 - “D” kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; BE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C1E - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; CE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1E - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; DE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; Tramvay - tramvayları idarə etmək üçün; Trolleybus - trolleybusları idarə etmək üçün. == Azərbaycanda sürücülük vəsiqəsi == Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: sahibinin soyadı; sahibinin adı və atasının adı; sahibinin doğum tarixi və yeri; sahibinin yaşayış yeri; vəsiqəni vermiş orqanın adı; vəsiqənin verilmə tarixi və yeri; vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; vəsiqənin nömrəsi; vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; sahibinin qan qrupu və imzası; xüsusi qeydlər.Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Şəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az.-əbcəd هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: 1.
Vəsiqə
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az.-əbcəd هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: 1.
Vəzirəli xan
Vəzirəli xan ibn Mirzə Yəhyaəli xan Baranlı (19 aprel 1780, Lakhnau – 15 may 1817) — Aud nəvvabı. == Həyatı == Vəzirəli xan 19 aprel, 1780-ci ildə Lakhnau şəhərində anadan olmuşdu. Vəzirəli xan 15 may 1817-ci ildə vəfat edib.
Vəsiqələr (qiymətli kağız)
Vəsiqələr — müəssisə tərəfindən öz səhmləri üçün buraxılmış call-opsionlardır. Onlar səhmdarlara adi səhmlərin yeni emissiyasına onların açıq yerləşdirilməsindən öncə abunə olmaq hüququ verir. Dövriyyədə olan hər bir səhm bir vəsiqə alır. Bir səhm müəyyən sayda vəsiqə+ abunə qiymətinə bərabər pul məbləğinə alınır. Yeni səhmlərə abunə qiyməti adətən buraxılma anına səhmlərin bazar qiymətindən aşağı təyin edilir. == Müddətinə görə vəsiqələr == Vəsiqələr adətən qısamüddətli olur (emissiya anından 2-10 həftə müddətinə) və onların icra müddətinə qədər sərbəst dövriyyədə olurlar. Müəyyən tarixədək köhnə səhmlər vəsiqələrlə birgə satılır, yəni səhmlərin alıcısı həm də vəsiqələr buraxılırsa onları da əldə edir. Bu tarixdən sonra səhmlər vəsiqəsiz və daha aşağı qiymətə satılır. Bəzən səhmlərin populyar buraxılışlarına vəsiqələr birjada, digər hallarda isə birjadankənar bazarda satılır. Vəsiqələr səhmlərin bölünməsi və dividendlərin səhmlərlə ödənilməsindən müdafiə olunmayıblar.
Vasitəsiz və vasitəli nitq
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli. == Vasitəsiz nitq == Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları: M:"V". "V?"-m.
Frantişek Veselı
Frantişek Veselı (7 dekabr 1943, Praqa – 30 oktyabr 2009, Praqa) — Çexiya futbolçusu == Həyatı == Çexiyalı Avropa çempionu Frantişek Veselı 2009-cu ildə dünyasını dəyişib. 1976-cı ildə qitə birinciliyinin qalibi olan veteran futbolçu 65 yaşında ürək tutmasından ölüb. == Karyerası == Frantişek karyerasının böyük hissəsini keçirdiyi Praqanın "Slaviya" klubunda 920 oyunda meydana çıxıb. O, Avropa çempionluğunu qazandığı Çexoslovakiya yığmasının heyətində 34 görüş keçirib.