SƏLİQƏLİ

sif.
1. Səliqəyə, üsula müvafiq, səliqəyə salınmış, müntəzəm, düzgün, nizamlı. Səliqəli iş otağı. Səliqəli yataqxana. Səliqəli ev.
[Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı ki, əl-ayağa dolaşmasın! Mir Cəlal.

// Hər şey öz yerində, qaydada. Balaca həyət yenə əvvəlki kimi səliqəli idi.
2. Səliqəsi olan, işi səliqə ilə görən, səliqə qaydalarını gözləyən. Səliqəli qız. Səliqəli şagird.
– Səliqəli maldarlar axşam vaxtı çöldən naxır qayıdan zaman oğul-uşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər töylə həyətinə. C.Məmmədquluzadə.

3. Zərf mənasında. Təmiz, diqqətli, dürüst, hər şey öz yerində.
Skamyada mənimlə birlikdə səliqəli geyinmiş cavan bir gürcü də oturmuşdu. A.Şaiq.
Şagirdlərdən, əyinlərinə geydikləri formanın son dərəcə səliqəli olmasını, düymələrinin, papaqlarındakı ulduzun par-par parıldamasını tələb edirdilər. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏLİQƏLİ 1. SƏLİQƏLİ, DİQQƏTLİ, TƏMİZ 2. SƏLİQƏLİ, NİZAMLI
  • SƏLİQƏLİ sahmanlı — qaydalı — təmiz

Antonimlər (əks mənalı sözlər)

  • SƏLİQƏLİ SƏLİQƏLİ – NATƏMİZ Otaq səliqəli, otaq tərtəmiz; Düzülmüş nizamla təzə stullar (H.Hüseynzadə); Otaq natəmizdir
SƏLİQƏ-SAHMANLI
SƏLİQƏLİK

Digər lüğətlərdə

наркомани́ческий отягоща́ть пла́тина портня́жничество престра́нный русачо́к торова́тый трёпаный ввинти́ть колла́пс мно́гие насанда́лить оборони́ бог причёсанный расчлене́ние глохнуть fill out incest parasynapsis pleasure-resort tinsmith unburned гаврик занашивать птенчик