VASİTƏLİ

sif. Vasitəsi olan; bir vasitə ilə əmələ gələn; birbaşa deyil, vasitə ilə olan.
◊ Vasitəli vergi mal. – burjua ölkələrində: istehlak şeylərindən alınan vergi.
Vasitəli nitq – qrammatikada: birisinin eyni ilə deyil, dəyişilmiş şəkildə verilən sözləri.
Vasitəli tamamlıq – qrammatikada: cümlədə ismin, təsirlik halından başqa, bütün hallarında işlənən söz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VASİTƏLİ dolayı
VASİTƏÇİLİK
VASİTƏSİLƏ
OBASTAN VİKİ
Vasitəsiz və vasitəli nitq
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli. == Vasitəsiz nitq == Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları: M:"V". "V?"-m.

Digər lüğətlərdə