Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vagina
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.
Vagina trixomonadı
== Morfologiyası == Vagina trixomonadı nisbətən iri olub, uzunluğu 15-30 mkm-dir. Bədən forması oval ya da armudvari olub qısa titrəyici membrana malikdir. Bədənin ön hissəsində kinetosomdan 4 qamçı çıxır. Kinetosomdan oval nüvəyə doğru qısa rizoplast yönəlmişdir. Kinetosoma həmçinin parazitin arxa tərəfinə doğru yönələn parabazal fibril, qısa titrəyici membran və aksostil birləşmiş olur. Sitoplazması dənəli quruluşa malikdir. Ovalşəkilli nüvə bədənin ön 1/3 hissəsində yerləşir. == Çoxalması == İkiyə bölünmə yolu ilə çoxalır. Bölünmə zamanı kinetosom uzununa iki yerə ayrılır, hər hissədə iki qamçı qalır. Aksostil reduksiya edir.
Vagil
Vagil — Rusiyada çay, Sverdlovsk vilayəti ərazisində axır. Çayın mənbəsi Tavda çayının sol sahilindən 650 kilometr məsafədədir. Çayın uzunluğu — 117 kilometr, üst sahəsi — 3830 кm²-dir. == Mənbə == Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 11. Средний Урал и Приуралье. Вып. 2. Тобол/ Под ред. В. В. Николаенко.
Vanina Vanini
Vanina Vanini (fr. Vanina Vanini) — əsl adı Mari-Henri Beyle olan fransız yazıçı Stendalın 1829-cu ildə nəşr olunmuş povesti. == Məzmun == Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) Avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir. == Nəşr və tərcümə == Əsər Vidadi Paşayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kirilcə 1969-cu ildə Gənclik, latınca 2017-ci ildə Bakı Kitab Klubunda 80 səhifədə nəşr edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Vanina Vanini (povest)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Magical Girl Raising Project
Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画, azərb. Maho-şoco yetişdirmə layihəsi‎) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır. Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-ci ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir.
Vağzal
Vağzal — dəmiryol, su və hava nəqliyyatında sərnişinlərin və onların yüklərinin qəbulu və yola salınması üçün xüsusi bina və qurğu kompleksi. Nəqliyyat növündən asılı olaraq dəmiryol, dəniz. çay və aerovağzallar olur. . == Adın yaranması == Maks Fasmerin fərziyyəsinə görə «vağzal» sözü (ilk variantda «fokzal») «voksxoll» (ing. Vauxhall) sözündən yaranıb. Bu London ətrafında XVIII əsrdə yerləşən və Ceyn Voksa (Jane Vaux) məxsus parkın adından götürülüb.. Digər versiyaya görə XIX əsrdə parklarda yay estradaları "kurzal" adalnırdı. Çox sayda insanların toplaşması sonradab sözün vağzalların adlanması üçün istifadə edilib.
Kolagirən (vağzal)
Kolagirən — Tiflis quberniyasının Borçalı qəzasının ərazisində, indi Quqark rayonunda vağzal. == Toponimi == 1948-ci ildə kənd ermənicə Antarmut, 1978-ci ildə Dzoraqet adlandırılmışdır. Kolagirən türk tayfasının adını əks etdirir. 1588-ci ilə aid türkcə mənbədə qışı Bərdə sancağının "Qəsəbə" nahiyəsində maldar həyat tərzi keçirən Kolagirən tayfasının adı qeyd olunmuşdur Qədim türk mənşəli kol tayfasının adından və kuran "düşərgə" sözündən ibarətdir. Orta əsrlərdə Anadoluda yaşamış Danişmandlu-Turkmən tayfasının 24 boyundan biri Kolagirən adlanırdı Kolangirən qolunun özü də bir sıra tirələrdən (Xocalı, Həsən Abdallu, Əyyublu, Çikdamlu, Çölməkçi, Darğalı, Dadulu, Darblu, Dür-Həsənli və b.) ibarət idi. == Tarixi == Yaşayış məntəqəsi kimi 1920-ci ildən sonra fəaliyyət göstərmişdir. Yəni 1918–1920-ci illərdə Türkiyədən köçürülən ermənilər həmin ərazidə yerləşdirilmişdir. Vağzalın adı (daha sonra yaşayış məntəqəsi) kolagirən türk tayfasının adını əks etdirir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Dzoraket (Dərəçay) qoyulmuşdur.
İki nəfərlik vağzal (film, 1982)
"İki nəfərlik vağzal" (rus. Вокзал для двоих) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Soyuq bir qış axşamı. Həbsxanada axşam yoxlaması keçirilir. Yoxlama qurtarandan sonra Platon Ryabininə xəbər verilir ki, onu görməyə həyat yoldaşı gəlib. Qadın həbsxanadan 10 kilometr aralıda qəsəbədə otaq tutub. Ryabininin görüşdən imtina etməyə ixtiyarı var. Lakin rəhbərliyin sözünə əməl etməməyə ixtiyarı yoxdur. Onu səhər yoxlamasına qədər buraxırlar və xəbərdarlıq edirlər ki, az da olsa gecikmək – qaçış kimi başa düşüləcək. Platon həbsxanadan qəsəbəyə gedəndə həbsə düşənə qədər keçirdiyi həyatı yadına düşür.