Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Valtorn
Valtorn — ilbiz qabığı kimi qıvrım formalı mis borudan hazırlanan nəfəsli musiqi aləti. Dilimizə italyanca "buynuz" mənası daşıyan "corno" sözündən keçmiştir. Qədim Misirdə, Qədim Romada və Mesopotamiyada buynuzdan hazırlanan ilk nümunələri, işarə vermək və ovçulara yol göstərmək üçün istifadə edilirdi. Müasir dövrümüzdə də bəzi ölkələrdə çobanlar və ovçular hələ də bu məqsədlə buynuzdan istifadə edirlər. == Alət haqqında == Valtornun gövdəsini təşkil edən boru, üfürülən baş hissədən aşağıya doğru qıvrılarak genişlənir və zınqırov formalı hissə ilə tamamlanır. Müasir valtornun uzunluğu təxminən 3,3 metrdir. Üfürülən ucunda konus formalı ağızlıq var. Fleyta və klarnetdə olduğu kimi, onun üzərində səs deşikləri və ya üfürmə dili yoxdur. Dodaqlar ağızlığa dodağın quruluşuna uyğun vəziyyətdə yerləşdirilir. Üfürüldükdə borunun içindəki hava kütləsinin titrəməsi nəticəsində səs yaranır.
Kreyq Valton
Kreyq Valton (10 yanvar 1975) — Avstraliyanı təmsil edən triatlonçu. == Karyerası == Kreyq Valton Avstraliyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 27-ci pillədə başa vurdu.
Valdorf
Valdorf Almaniyanın Baden-Vürtemberq bölgəsində yerləşən şəhərdir. Əhalisi 14708 nəfərdir. Sahəsi 19,91 kv.km-dir. Rəsmi kod - 08 2 26 095 Valdorf Heyderberqdən 15 km aralıda yerləşir. Bu şəhər Almaniyanın əsas tərəvəzçilik şəhəridir.
Valbonn
Valbonn (fr. Valbonne) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Valbonn kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Le-Bar-sür-Lu kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,97 km², əhalisi — 12 114 nəfərdir (2006) artım tendensiyası ilə: 12 619 nəfər (2012), əhalinin sıxlığı 665,2 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 12 802 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 12 619 nəfər.
Altron
Altron (ing. Ultron) – Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə yaradılmış komiks personajı. Roy Tomas və Con Bessema tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 54-cü sayında kameo kimi peyda olmuşdur. Altron Henk Pim tərəfindən yaxşı məqsədlər üçün yaradılmış, lakin daha sonra tərəf dəyişdirmiş süni intellektdir. Qisasçılar komandasının əzəli düşmənidir. Adamantium elementindən özünə bədən hazırlamış ilk Marvel Comics personajıdır. Altron 2015-ci il istehsalı "Qisasçılar: Altron dövrü" filmində Ceyms Speyder tərəfindən canlandırılmışdır. Altron bir çox Qisasçılar animasiyasında və videooyununda peyda olmuşdur. IGN Altronu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 23-cü yerdə göstərmişdir. "Wizard" jurnalı isə onu "Ən böyük 200 supercinayətkar" siyahısında 189-cu yerdə göstərmişdir.
Baltoro buzlağı
Baltoro (urdu بلتورو گلیشیر) — qütblərdən kənarda yerləşən dünyanın ən böyük buzlaqlarından biri. Baltoro buzlağı Mərkəzi Karakorum silsiləsində, Baltoro Muztaq (şimalda) və Maşerbrum (cənubda) silsilələri arasında yerləşir. Ərazi Kaşmir ərazisi tərkibində olmaqla Pakistan tərəfindən nəzarətdədir. Avropalı tədqiqatçılar ilk dəfə Baltoro buzlağına XIX əsrdə gəlib çatmışlar. 1856-cı ilin avqustunda Adolf Şlaqintveyt ilk dəfə olara buzlağı tədqiq etmişdir. Buzlağın uzunluğu 62 km, sahəsi 750 km²-dir. Baltoro buzlağının ümumi uzunluğu Cənubi Qaşerbrum axını ilə birgə hesablanır. Bu axın Qaşerbrum IV (7932) və Qaşerbrum III (7946) zirvələri arasından, 7200 metr hündürlüyə malik yayladan başlayır. Qaşerbrum IV massıvini cənubdan yvarlaqlaşdıraraq Baltoro şimaldan növbəti sağ axını olan Qodvin-Osteni qəbul edir (ing. Godwin Austen).
Stoffel Vandorn
Stoffel Vandorn (nid. Stoffel Vandoorne, d. 26 mart 1992 Kortreyk, Belçika) — Belçika yarışçısı, McLaren komandasında Formula-1 pilotu. == Karyera == === Kartinq === Vandorn karyerasına 1998-ci ildə - 6 yaşında kartinq ilə başladı. 2008-ci ildə Belçika KF2 çempion, 2009-cu ildə KF2 kateqoriyasında Dünya Kubokunda ikinci oldu. === Formula Reno === 2010-cu ildə Vandorn Formula-Renault 1.6-a getdi . İlk cəhddə, o, ilini 6 qalibiyyətlə bitirərək seriyada ən yaxşı oldu. 2011-ci ildə daha yüksək səviyyəli sinifə - Eurocup Formula Renault 2.0-a getdi və orada KTR komandası çıxış etdi. Mövsüm boyunca Macarıstanda bir podium və səkkiz dəfə xal qazanmaqla, sonda 5-ci oldu. Vandorn paralel olaraq Formula Renault 2.0 Northern European Cup-ada qatıldı, burada mövsümün üçüncü pillədə 8 podium ilə bitirdi.
Valdorf salatı
Valdorf salatı (ing. Waldorf salad) — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatı. Qozun digər növləri əlavə olunmasına icazə verilir. Həmçinin təzə üzüm və ya kişmiş əlavə edilə bilər. == Tarixi == Valdorf salatı ilk dəfə 14 mart 1896-cı ildə Müqəddəs Məryəm Uşaq Xəstəxanasının şərəfinə xeyriyyə üçün Nyu-Yorkdakı Valdorf otelində düzəldilmişdir. Valdorfun metrdoteli Oskar Tsikiri həmin yeməyi inkişafında və yeni reseptlərə ruhlandırmada böyük rol oynadı. 1896-cı ildə "Valdorfun Oskarı" tərəfindən salat "Kulinariya kitabı" (ing. The Cook Book) adlandırdıldı. Orijinal reseptdə qoz-fındıq yox idi, lakin 1928-ci ildə Kulinariya kitabında reseptə onlar da əlavə edildi. == Ədəbiyyat == Arnold E. Bender, David A. Bender.
Alisa Volton
Alisa Louise Volton (2 oktyabr 1949) — Walmart Inc sərvətinin Amerikalı varisidir. O, Walmart-ın qurucusu Sem Volton və Helen Voltonun yeganə qızı və S. Robson Volton, Cim Volton və Con T. Voltonun bacısıdır. 2016-cı ilin sentyabr ayında Walmartın 11 milyon dollardan çox səhmlərinə sahib oldu. 2020-ci ilin may ayına olan məlumata görə, dəyəri 56 milyard dollar olan 9-cu və dünyanın ən varlı qadını olaraq yer aldı. Forbes-in məlumatına görə, 2020-ci ilin iyul ayına görə Alice Walton, 62.9 milyard dollar dəyərində xalis dəyəri ilə Forbes 400’də 11-ci yerdədir. == Həyatı və təhsili == Volton Arkanzas ştatının Newport şəhərində anadan olub. 3 qardaşı ilə birlikdə Bentonville, Arkanzasda böyüdü və 1966-cı ildə Bentonville HS-ni bitirdi. Texas ştatının San Antonio şəhərindəki Trinity Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsini bitirib. == Karyerası == O, karyerasına First Commerce Corporation'da kapital analitiki və pul meneceri kimi başlayıb və Arvest Bank investisiya fəaliyyətinə başçılıq edib. Uolton, eyni zamanda EF Huttonda broker kimi çalışıb.
Anri Vallon
Anri Vallon (15 iyun 1879[…], Paris – 1 dekabr 1962[…], Paris) — fransız psixoloqu. Əməllə idrakın əlaqəsini göstərmişdir. Ontogenetik inkişafın mərhələlərinin sxemini təklif etmişdir.
Con Dalton
Con Dalton (ing. John Dalton, 6 sentyabr 1766, İqlsfild, Kamberlend, İngiltərə — 27 iyul 1844, Mançester, İngiltərə) — ingilis fiziki və kimyaçısı. Atom və Molekul təliminin baş direktoru. == Həyatı == Con Dalton 1803-cü ildə bir sıra elementlərin nisbi atom kütlələrinin birinci cədvəlini tərtib etmiş, atom-molekul təliminin inkişafında böyük rol oynamışdır. Eləcə də Daltonun adıyla görmə qabiliyyətindəki problem - daltonizm adlandırılmışdır. O özü də bu xəstəlikdən əziyyət çəkmişdir və 1794-cü ildə bu haqda yazmışdır. == Daltonun Atom Nəzəriyyəsi == Daltonun Atom Nəzəriyyəsi atomlar haqqında elmi nəzəriyyədir. Dalton bu teori ilə elementlərin müəyyən üsullarla birləşməsi səbəbini aydınlaşdırdı. Atomların ideyası həmin vaxt məlum idi, lakin geniş qəbul edilməmişdi. Daltonun bu teorisi həqiqi müşahidə üzərində qurulmuşdu.
Dalton-Plan
Dalton Plan — fərdiləşdirilmiş tədris sistemi. == Təsviri == 20-ci əsrin əvvəllərində H.Parkherst tərəfindən yaradılmış, Dalton (ABŞ, Massaçusets ştatı) şəhərinin adı ilə adlandırılmışdır. Dalton Plan üzrə tədrisin təşkili zamanı şagirdlər ümumi sinif fəaliyyətindən asılı olmurlar, onlara həm məşğələ, müxtəlif fənlərin öyrənilməsi ardıcıllığının seçimində, həm də iş vaxtından istifadədə sərbəstlik verilirdi. Dərs ilinin əvvəlində hər bir şagird müəllimlə müəyyən tapşırıqların müstəqil və vaxtında yerinə yetirilməsinə dair müqavilə bağlayırdı. == Xüsusiyyətləri == Şagirdlər ayrı-ayrı fənlər üzrə kabinet-laboratoriyalarda (Dalton Planın digər adı – laboratoriya planı buradan götürülmüşdür) işləyərək burada fənn müəllimindən məsləhət ala bilirdilər. Dalton Plan tədris tempini şagirdlərin qabiliyyətinə uyğunlaşdırmağa imkan yaradır, onları müstəqilliyə, təşəbbüskarlığa, səmərəli iş metodları axtarmağa, məsuliyyət hissini artırmağa sövq edirdi. 1920-ci illərdə SSRİ məktəblərində Dalton-Planın ifrat fərdiliyini aradan qaldırmaqla, onu modifikasiya etmək cəhdləri göstərilmişdir. Bu cəhdlər briqada-laboratoriya tədris metodu formasında öz ifadəsini tapırdı. Dalton Plan elementləri, məs. “müqavilə”lərin tətbiqi ABŞ-nin bir sıra məktəbində hələ də saxlanmışdır.
Dalton Plan
Dalton Plan — fərdiləşdirilmiş tədris sistemi. == Təsviri == 20-ci əsrin əvvəllərində H.Parkherst tərəfindən yaradılmış, Dalton (ABŞ, Massaçusets ştatı) şəhərinin adı ilə adlandırılmışdır. Dalton Plan üzrə tədrisin təşkili zamanı şagirdlər ümumi sinif fəaliyyətindən asılı olmurlar, onlara həm məşğələ, müxtəlif fənlərin öyrənilməsi ardıcıllığının seçimində, həm də iş vaxtından istifadədə sərbəstlik verilirdi. Dərs ilinin əvvəlində hər bir şagird müəllimlə müəyyən tapşırıqların müstəqil və vaxtında yerinə yetirilməsinə dair müqavilə bağlayırdı. == Xüsusiyyətləri == Şagirdlər ayrı-ayrı fənlər üzrə kabinet-laboratoriyalarda (Dalton Planın digər adı – laboratoriya planı buradan götürülmüşdür) işləyərək burada fənn müəllimindən məsləhət ala bilirdilər. Dalton Plan tədris tempini şagirdlərin qabiliyyətinə uyğunlaşdırmağa imkan yaradır, onları müstəqilliyə, təşəbbüskarlığa, səmərəli iş metodları axtarmağa, məsuliyyət hissini artırmağa sövq edirdi. 1920-ci illərdə SSRİ məktəblərində Dalton-Planın ifrat fərdiliyini aradan qaldırmaqla, onu modifikasiya etmək cəhdləri göstərilmişdir. Bu cəhdlər briqada-laboratoriya tədris metodu formasında öz ifadəsini tapırdı. Dalton Plan elementləri, məs. “müqavilə”lərin tətbiqi ABŞ-nin bir sıra məktəbində hələ də saxlanmışdır.
Dalton Trambo
Daltron Trambo (ing. Dalton Trumbo; 9 dekabr 1905[…] – 10 sentyabr 1976[…], Los-Anceles, Kaliforniya) — ssenarist, yazıçı, rejissor. == Həyatı == Ceyms Dalton Trambo 1905-ci ildə Koloradoda anadan olmuşdur. Hələ məktəbdə oxuduğu illərdə yerli qəzetlərin birində müxbir kimi fəaliyyət göstərir və orada müxtəlif mülki təşkilatların işini işıqlandırırdı. O, hələ Kolorado Universitetində oxuyarkən də jurnalistlik işini davam etdirirdi. Trambo öz sənətini peşəkarlıq səviyyəsinə "Vogue" jurnalı ilə əməkdaşlığı zamanı çatdırmışdır. Onun ilk mətbu əsəri sosrealizm janrında yazılmış "Tutqunluq" idi və bu qəzet məhsulu Kolorado ştatının geridə qalmış sadə əhalisinin həyatından bəhs edirdi. Dalton Trambo kinematoqrafla 1936-cı ildən əlaqə saxlamağa başlasa da artıq XX əsrin 40-cı illərində o, Hollivudun ən tanınmış müəlliflərindən biri idi. Dalton Trambonun antihərbi romanı olan "Conni silah götürdü" əsəri 1939-cu ildə Milli ədəbi mükafat (National Book Award) qazanmışdır. Trambo 40-cı illərdə ABŞ-nin kommunist partiyasına qoşulmuşdur.
Dalton qanunları
Dalton qanunları — qazların xassələrinə aid fiziki qanunauyğunluqları təsvir edən üç qanun. == Haqqında == Con Daltonun 1801,1802 və 1803-cü illərdə kəşf etdiyi bu qanunlar onun fiziki atomistikasının mahiyyətini təşkil etmiş və Daltonun kimyəvi atomistikasının əsası olmuşdur. Dalton qanunlarının müasir ifadələri xronoloji ardıcılıqla verilmişdir. Parsial təzyiqlər qanunu:qaz qarışıqlarının təzyiqi onların parsial təzyiqlərinin cəminə bərabərdir(qarışığı təşkil edən hər bir qazın ayrılıqda qarışığın həcmini tutduğu zaman göstərdiyi təzyiqə parsial təzyiq deyilir). Qızdırılma zamanı qazların bərabər (müntəzəm) genişlənmə qanunu: sabit təzyiqdə bütün qazlar temperaturun yüksəlməsi ilə eyni dərəcədə genişlənir. Qazların mayelər tərəfindən udulması qanunu: verilən mayedə sabit temperaturda qaz qarışığı komponentinin həll olunması onun parsial təzyiqi ilə mütənasibdir və qarışığın təzyiqindən və başqa komponentlərin təbiətindən asılı deyil;bu qanun Henri qanununa mühüm əlavədir. Dalton qanunları real qazların xassələrinin ideal xassələrinə yaxın olduğu və qazın həll olunmasının zəif olduğu şəraitdə ödənir. == Mənbə == "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı.
Edit Varton
Edit Varton ― 1862-1937-ci illərdə yaşamış Amerikalı yazıçı. == Həyatı == Edit Varton 1862-ci ildə Amerikada anadan olmuş qadın yazıçıdır. O, bir çox roman və hekayələr yazmışdır. Ən bilinən romanı 1920.ci ildə qələmə alınmış Məsumiyyət Çağı ( The Age Of İnnocence ) adlı romandır. Bu roman 1921.ci ildə Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir. 1911.ci ildən sonra həyatını daha çox Fransa da davam etdirən E. Varton 1.ci dünya müharibəsi vaxtı müxtəlif yardım fəaliyyətləri səbəbi ilə Fransa dövləti tərəfindən mükafatlandırılmışdır. Henri Ceyms, Andre Jid, Ernest Heminquey və dövrün bəzi yazıçıları ilə yaxın dostluq münasibəti qurmuş E. Varton 1937.ci il, 75 yaşında Fransada vəfat etmişdir.
Marsiyak-Vallon
Marsiyak-Vallon (fr. Marcillac-Vallon, oks. Marcilhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12138. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 17 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1680 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 917 nəfər (15-64 yaş arasında) arasında 696 nəfər iqtisadi cəhətdən fəal, 221 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.9%, 1999-cu ildə 74.2%).
Silven Viltor
Silven Viltor (fr. Sylvain Wiltord, 10 may 1974, Nyoyi-syur-Marn, Sena-Sen-Deni, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu. Hücumçu "Bordo", "Olimpik Marsel", "Arsenal" və Fransa millisindəki çıxışları ilə məşhurdur. 11 iyun 2012 tarixində futbol karyerasını bitirdiyini açıqlamışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Silven Viltor ilə əlaqəli mediafayllar var.
Timoti Dalton
Timoti Dalton (ing. Timothy Dalton; 21 mart 1946, Koluin-Bey[d], Uels) — Böyük Britaniya aktyorudur. Daha çox Edvard Roçester və Ceyms Bond rolları ilə məşhurluq qazanmışdır. == Həyatı == Timoti Dalton 21 mart 1946-cı ildə Vöyük Britaniyanın Uels qraflığının Şimali Uels bölgəsində yerləşən Denbişir unitar inzibati ərazisinin Koluin Bey şəhərində dünyaya gəlmişdir. Atası İkinci dünya müharibəsində yaradılan, Böyük Britaniyanın "Xüsusi əməliyyatların idarə edilməsi" kəşfiyyat-diversant bölməsində xidmət etmişdir. Bu bölmə rəsmi olaraq 1946-cı ildə ləğv edilmişdir. Həmin ildə Timoti Daltonun atası, ailəsi ilə birgə Derbişir qraflığının Belper şəhərinə köçür. Timoti Dalton 16 yaşında məktəbi bitirmiş və teatrda çalışmışdır. 1966-cı ildən başlayaraq filmlərdə, ardınca televiziya seriallarında iştirak etməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" filmində iştirak etmişdir.
Valern (Fransa)
Valern (fr. Valernes, oks. Valèrna) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04231. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 241 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 156 nəfər arasında (15-64 yaş arasında) 120 nəfər iqtisadi fəal, 36 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.9%, 1999-cu ildə 73.4%). Fəal 120 nəfərdən 111 nəfər (54 kişi və 57 qadın), 9 nəfər işsiz (3 kişi və 6 qadın) işlədi.
Valter Bauer
Valter Bauer (alm. Walter Bauer‎; 8 avqust 1877, Köniqsberq, Prussiya – 17 noyabr 1960, Göttingen, Aşağı Saksoniya) — Almaniya ilahiyyatçısı. O, Əhdi-cədid yunancasının lüğətşünası və erkən xristianlığın inkişafı üzrə alim olmuşdur. Bauer Şərqi Prussiyanın Köniqsberq şəhərində anadan olmuşdur. O, atasının professor olduğu Marburqda böyümüşdür.
Valter Benyamin
Valter Benyamin (alm. Walter Benjamin‎; 15 iyul 1892[…], Berlin – 26 sentyabr 1940[…]) — alman filosofu. Kulturoloq, estetik, ədəbi tənqidçi, esseist və tərcüməçi.
Valter Kronkayt
Valter Leland Kronkayt, Jr. (4 noyabr 1916[…], Sent-Cozef, Missuri – 17 iyul 2009[…], Nyu-York, Nyu-York ştatı) — Aktyor. == Həyatı == Valter Kronkayt 24 noyabr 1916-cı ildə anadan olub. 17 iyul 2009-cu ildə vəfat edib.
Valter Kronkite
Valter Leland Kronkayt, Jr. (4 noyabr 1916[…], Sent-Cozef, Missuri – 17 iyul 2009[…], Nyu-York, Nyu-York ştatı) — Aktyor. == Həyatı == Valter Kronkayt 24 noyabr 1916-cı ildə anadan olub. 17 iyul 2009-cu ildə vəfat edib.
Valter Lübke
Valter Lübke(22 avqust 1953 – 2 iyun 2019) - alman siyasətçi. 1999-cu ildən başlayaraq 10 il ərzində Hessen əyaləti landtaqının üzvü olub. Siyasətçi 2019 may ayında regional hökumətin rəhbəri vəzifəsində çalışmasının 10 illiyini qeyd edib. Angela Merkelin partiyası olan Xristian Demokrat İttifaqına aid idi. 2019-cu il iyunun 2-də Volter Lübke öz bağında başından aldığı odlu silah yarası nəticəsində dünyasını dəyişib. Kassel dairəsinin daxil olduğu Hessen federal əyaləti polisinin məlumatına görə hadisə yerində silah tapılmayıb.