Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Valualı Elizabet
Valualı Elizabet (fr. Élisabeth de France) (d. 2 aprel 1545 - ö. 3 oktyabr 1568) — Fransa kralı II Henri və xanımı Ketrin Medicinin böyük qızı, İspaniya kralı II Filippin isə üçüncü xanımı. == Mənbə == Baumgartner, Frederic J. (1988). Henry II, King of France:1547-1559. Duke University Press. Carrión, María M. (2010). Subject Stages: Marriage, Theatre and the Law in Early Modern Spain. University of Toronto Press.
Valualı Ketrin
Valualı Ketrin (fr. Catherine de Valois) (d. 27 oktyabr 1401 — ö. 3 yanvar 1437) — İngiltərə kralı V Henrinin xanımı və İngiltərə kraliçası. Fransa kralı VI Çarlzın qızı idi və 1420-ci ildə İngiltərə kralı ilə evlənərək varisi olan VI Henrini dünyaya gətirmişdi. Ərinin ölümündən sonra Ouen Tüdorla olan münasibəti və bu münasibətdən övladlarının doğulması ərindən aldığı taxt hüququnu ikiyə böldü və nəticədə ikinci evliliyindən olan nəvələrindən Henri Tüdor taxta çıxdı. == Mənbə == Allmand, Christopher (1992). Henry V. University of California Press. Chrimes, S. B. (1980). "The Reign of Henry VI: Some Recent Contributions".
Valualı Marqarita
Valualı Marqarita (ing. Margaret of Valois; fr. Marguerite de Valois) (d. 14 may 1553 – ö. 27 mart 1615) — Navarra və Fransa kralı IV Henrinin xanımı, Fransa kraliçası. O, eyni zamanda Fransa kralı II Henri və Yekaterina Mediçinin qızı, II Fransisk, IX Karl və III Henrinin doğma bacısı idi. Fransadakı katoliklər və kalvinistlər arasında sülh yaratmaq məqsədilə planlaşdırılan Marqaritanın Navarra kralıyla baş tutan evliliyi, nigahdan 6 gün sonra baş tutan Varfolomey gecəsi qətliamı ilə ləkələndi. Kiçik qardaşı Anju hersoqu Fransiskin hugenotlar üzərinə tərtib etdiyi hərbi əməliyyatlar əsnasında qardaşının tərəfini tutmuş, bu səbəblə ərinin dərin nifrətini qazanmışdır. Navarra kraliçası olaraq əri və Fransa monarxiyası arasındakı münasibətləri tənzimləməyə çalışan Marqarita 2 saray arasında get-gəl edərək uzlaşma yaratmaq istəsə də, nəticədə öz evliliyi pozuldu. Ərinin ondan üz çevirməsinin ardından Marqarita 1585-ci ildə Navarradakı müxalif qüvvələrə və katolik birliklərə rəhbərlik etməyə başladı.
Valualı Medlin
Valualı Medlin (fr. Madeleine de Valois) (d. 10 avqust 1520 - ö. 7 iyul 1537) — Şotlandiya kralı V Ceymsin ilk xanımı, Şotlandiya kraliçası. O, Fransa kralı I Fransisk və xanımı Fransalı Klaudyenin qızıdır. Evliliyi 1517-ci ildə bağlanan Şotlandiya-Fransa sülhünə əsasən baş tutdu. Ancaq Medlinin doğuşdan bəri səhhəti yaxşı deyildi və toydan yalnız 6 ay sonra vəfat etdi. Bu səbəblə Şotlandiyanın Yay kraliçası olaraq anılır. == Həyatı == === Uşaqlıq illəri === Medlin 10 avqust 1520-ci ildə Sen-Jermen-an-Le sarayında Fransa kralı I Fransisk və xanımı Fransalı Klaudyenin üçüncü qızı olaraq dünyaya gəldi. Olduqca çəlimsiz bir uşaq olan Medlin həssas olan səhhətinin pozulmaması üçün daha mülayim iqlimi olan cənub torpaqlarına göndərildi.
Valualı Yolanda
Valualı Yolanda (fr. Yolande de Valois; it. Iolanda di Valois) (23 sentyabr 1434, Tur – 23 avqust 1478, Şamberi, Fransa metropoliyası) — Savoyya hersoqu IX Amadeusun xanımı, Savoyya hersoqinası. Atası Fransa kralı VII Çarlz, anası isə onun ikinci xanımı Anjulu Mariyadır. 1452-ci ildə Savoyya hersoqu Lüdovikin böyük oğlu Amadeusla evləndirildi. Ərinin 1465-ci ildə taxta çıxmasıyla Savoyya hersoqinası oldu. Ancaq ərinin epilepsiya xəstəsi olması səbəbilə hersoqluğun idarəsində söz sahibi olmuşdur. 1472-ci ilin martında əri IX Amadeusun vəfat etməsiylə, oğlu Filibert hersoq, özü isə taxt naibi elan edildi. Atasına qarşı ayaqlanıb onu taxtdan devirən qardaşı XI Lüdovikə qarşı Burqundiya hersoqu Cəsur Karlla ittifaq bağladı. Ancaq müttəfiq qoşunların 1476-cı ildə fransızlara məğlub olmasının ardından, oğlu bütün bu itkilərin səbəbkarı olaraq anasını gördü və onu həbs etdirdi.
Valualı Çarlz
Karl Valua (fr. Charles de Valois; 12 mart 1270, Vensen – 16 dekabr 1325[…]) — Fransa kralı III Filippin oğlu, Valua sülaləsinin banisi. == Mənbə == Topping, Peter (1975). "The Morea, 1311–1364". In Setton, Kenneth M.; Hazard, Harry W. (eds.). A History of the Crusades, Volume III: The Fourteenth and Fifteenth Centuries. Madison and London: University of Wisconsin Press. pp. 104–140. ISBN 0-299-06670-3 Russell, Delbert W. (2013).
Valualı Mariya Elizabet
Valualı Mariya Elizabet (fr. Marie-Élisabeth de Valois; 27 oktyabr 1572, Luvr sarayı[d] – 2 aprel 1578, Paris) — Fransa kralı IX Karlın yeganə övladı, Fransız şahzadəsi. Mariya Elizabet 1572-ci ildə Parisdəki Luvr sarayında dünyaya gəldi. Atası Valua sülaləsinə mənsub Fransa kralı IX Karl, anası isə Müqəddəs Roma imperatoru II Maksimilyanın qızı Avstriyalı Elizabetadır. Doğumundan dörd ay sonra — 2 fevral 1573-cü ildə vəftiz olundu. Doğumundan 2 ay öncə baş verən Varfolomey gecəsi qətliamı səbəbilə ölkədə yaranan dini-siyasi çalxantılara baxmayaraq, körpənin xaç anası İngiltərənin protestant kraliçası I Elizabet və nənəsi Müqəddəs Roma imperatriçası Avstriyalı Mariya seçildi. Kraliça isə mərasimə gəlməyərək öz yerinə vəkilini göndərdi. Körpənin xaç atası isə Savoyya hersoqu Emmanuil Filibert seçildi. Ancaq çox keçmədən 1574-cü ildə atası IX Karl vəfat etdi və əmisi III Henri Fransa taxt-tacını ələ keçirdi. Təxminən bir il sonra babası II Maksimilyan qızının cehizini geri ödəyərək onu Vyanaya çağırdı.