Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Batkən vilayəti
Batken Vilayəti (Qırğız dili: Баткен областы). Qırğızıstanda vilayət.
Batken
Batken (qırğız dilində: Batken) - Qırğızıstanda şəhər, Batken vilayətinin və Batken rayonunun inzibati mərkəzi. == Coğrafiyası == Batken şəhəri Qırğızıstanın cənub-qərbində, Oş şəhərindən qərbdə, 240 km. aralı məsafədə yerləşir. Şəhərin ümumi sahəsi 5180 hektardır. Şəhərətrafı ərazilər nəzərə alınmadan şəhərin xüsusi ərazisi 1143 hektardır. Şəhərətrafı ərazilərdə kənd təsərrüfatına yararlı ərazilər 4037 hektardır, bu ərazidən 1106 hektarı kəndli təsərrüfatlarının, o cümlədən, 918 hektarı becərilən torpaqların, 2400 hektarı otlaqların payına düşür. Şəhər idarəetmə orqanlarının sərəncamında olan ərazinin sahəsi 205 km².-dir, bu ərazidən 51,8 km².-i şəhərin, qalan 153 km²-i isə şəhərətrafı 3 kəndin ərazisini (onlardan ən böyüyü 3207 nəfər əhalisi olan Kızıl-Jol kəndidir) təşkil edir. == Əhalisi == Batken şəhərinin əhalisi 23 134 nəfərdir (2009) . 2009-cu ildə aparılmış əhalinin siyahıya alınmasına görə Batken şəhərində 14 millətin nümayəndələri yaşasa da, burada əhalinin mütləq əksəriyyətini - 99,5 faizini qırğızlar təşkil edirlər. == İnzibati-ərazi quruluşu == Şəhər inzibati-ərazi quruluşuna görə 6 kvartala - Aeroport, Bazar-Başi, Bulak-Başi, Keleçek, Kızıl-Don, və Kızıl-Jol kvartallarına bölünür.
I Varsken
I Varsken (V əsr – 482, İberiya)- Quqark knyazlığının altıncı knyazı. == Həyatı == II Arşuşa və Nuşirəvan Artsruninin oğlu idi. Hələ atasının sağlığında Vardan Mamikonyanın qızı Vardeni Mamikonyan ilə evlənmişdi. Sasani şahının əmri ilə Zərdüşt dininə keçən Varsken xristianlıqdan əl çəkmədiyi üçün həyat yoldaşını 475-ci ildə edam etdirmişdi. Bu hərəkətindən xoşlanan şah tərəfindən Qafqaz Albaniyasının mərzbanı təyin olunmuşdu və şahın qızı ilə evlənmişdi. Bundan sonra İberiyanı işğal etmək istəyən Varsken Vaxtanq Qorqasali tərəfindən 482-ci ildə öldürüldü.
Batken rayonu
Batken rayonu (qırğ. Баткен району) — Qırğızıstan Respublikasının Batken vilayətinin üç rayonundan biridir. Rayonun inzibati mərkəzi Batken şəhəridir. == Coğrafiya == Batken rayonu Qırğızıstan Respublikasının Batken vilayətinin mərkəzi hissəsində yerləşir. Bölgənin şimal hissəsi Fərqanə vadisinin cənub hissəsində, qalan hissəsi Alay silsiləsinin dağətəyi və dağlıq hissələrindədir. Rayonun ən yüksək nöqtəsi 5621 metrdir. Qərbdə Leylek, şərqinddə Qırğızıstanın Batkən vilayətinin Kadamjay rayonu, şimalda Özbəkistan, cənubda isə Tacikistanla həmsərhəddir. Rayon daxilində Özbəkistanın Fərqanə vilayətinin Sox rayonuna aid 2 və Tacikistana məxsus Vorux eksklavı var. Batken rayonunun əsas çayları Sok (qolları Kojo-Aşkan, Arça-Başı və Akterek) və İsfara (orta axınında — Karavşin və Kşemış). Rayon ərazisində buzlaq dağ formasiyaları mövcuddur.
Batken vilayəti
Batken Vilayəti (Qırğız dili: Баткен областы). Qırğızıstanda vilayət.
Karl van Vexten
Karl van Vexten (tam adı Carl Van Vechten; 17 iyun 1880 – 21 dekabr 1964) — Amerikan yazıçısı və fotoqrafı. O, Harlem İntibahının nümayəndəsi Qeytruda Staynın ədəbi icraçısı olmuşdur. == Həyatı və karyerası == Ayova ştatının Sidar Rapids şəhərində anadan olan Vexten Çarles və Ada van Vexten ailəsinin ən gənc üzvü idi. O. 1898-ci ildə Vaşinqton Ali Məktəbini, daha sonra 1903-cü ildə isə Çikaqo Universitetini bitirmişdir. 1906-cı ildə Nyu-york şəhərinə köçür. Nyu-York Taymz jurnalında musiqi tənqidçisinin köməkçisi vəzifəsində işə qəbul olur. 1907-ci ildə operaya olan marağı onu Avropaya səyahət etməyə vadar edir. İlk uğursuz nikahından sonra 1914-cü ildə aktrisa Fane Marinoff ilə evləndi. Karl van Vexten ömrünün sonuna kimi bu xanımla birlikdə olsa da, ölümündən sonra onun 25 il homoseksuallığını ifadə edən şəxsi fotoları tapılmışdır. 1913-cü ildə Parisdə Qeytruda Stayn ilə görüşdü.