İNDİDƏN

zərf
1. Bu vaxtdan, bu andan, bu gündən, bu dəqiqədən, qabaqcadan. İndidən hazırlıq görmək lazımdır.
– Rüstəm kişi elə indidən müavini itaətdə saxlamağı qərara aldı. M.İbrahimov.

// Fürsət varkən, imkan varkən, nə qədər ki gec deyil.
Hər kəs dünyanın təqazasına bir az bələddirsə, indidən gərək yəqin eliyə ki, Ordubad cəhaləti Əylis mədəniyyətinin qabağında dayana bilməz. C.Məmmədquluzadə.

2. Tezdən, ertədən, vaxtından əvvəl. İndidən niyə gəlmisən?

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNDİDƏN qabaqcadan

Antonimlər (əks mənalı sözlər)

  • İNDİDƏN İNDİDƏN – DÜNƏNDƏN Rüstəm kişi elə indidən müavini itaətdə saxlamağı qərara aldı (M.İbrahimov); Dünəndən hamı onun yolunu gözləyir
İNDİCƏ-İNDİCƏ
İNDİFERÉNT

Digər lüğətlərdə